Adil Şükürov: Zədəli futbolçularımız geri qayıtsa, qayğılarımız bitəcək
Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.
I Liqanın 14-cü turunda "Səbail" "Şəfa" ilə heç-heçə etdi - 0:0. Sport24.az xəbər verir ki, oyundan sonra meydan sahiblərinin baş məşqçisi Adil Şükürov mətbuat konfransında iştirak etdi.
Mütəxəssis qarşılaşma haqda bunları söylədi:
"Liderə qarşı oynayırdıq. Yarışdan qopmamaq lazım idi. Uşaqlara təşəkkür edirəm ki, sona kimi mübarizə apardılar".
- İtkiləri nəzərə alsaq, bu gün "Səbail" 1 xal qazandı, yoxsa itirdi?
- Doğru vurğuladınız. Heyətdə çatışmazlıqlar var idi. Bunun da təsiri çox hiss olundu. Ehtiyat oyunçular skamyasına baxanda görürsən ki, nəsə çatmır. Yenə də uşaqlara təşəkkür edirəm.
- Hakim təyinatı sizə qəribə gəlmədi?
- Yox. Rəşad təcrübəli hakimdir. Derbilər idarə edən referidir. Oyunu da yaxşı idarə etdi.
- Sabah "Mingəçevir"in oyunu var. Bu gün mingəçevirli referi turun əsas matçını idarə etdi...
- Burada qəribə nəsə yoxdur. Bu gün hansısa hakimin başqa fikirdə olduğunu yaxın da buraxmıram. Bəzən olur ki, məşqçilər emosional olur. Amma sonda hakimin dediyi ilə razılaşırıq.
- Komandanı Premyer Liqaya qaytaracağınıza inanırsınız?
- Yarışın ortasındayıq. Qarşıda oyunlar var. Çempionat demək olar ki, qarşıdadır. Hər şey ola bilər.
- Gərgin mübarizəli çempionatda sizi narahat edən hansı məqamlar var?
- Zədəli futbolçularımız geri qayıtsa, qayğılarımız bitəcək. Onlar gələndən sonra qələbələri sıralayacağıq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 12 Fevral 2026 21:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















