Icma.az
close
up
RU
“Adım Azərbaycanda çox müzakirə olundu” “Qarabağ”ın futbolçusu

“Adım Azərbaycanda çox müzakirə olundu” “Qarabağ”ın futbolçusu

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Qarabağ"ın müdafiəçisi Dani Bolt Braziliya mətbuatına müsahibə verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, Ağdam klubunun uğurlarından və Azərbaycandakı durumundan danışıb.

"Komandamız Bakıda məskunlaşıb. Amma burada mühit çox pozitivdir. "Qarabağ"ın fərqi kollektividir. Bizim çox güclü və təvazökar bir komandamız var. Qaçmalı olduğumuzda qaçırıq, müdafiəyə ehtiyac olduğunda müdafiə olunuruq. Hər gün bir faiz daha yaxşı olmağa çalışmaq, bir oyunu qazanmaq özünəinam gətirir, digərini qazanmaq daha çox təcrübə. Futbolda müəyyən bir formula yoxdur, amma şükürlər olsun ki, işlər yolundadır", - futbolçu deyib.

Bolt ona Yamaykalı atlet, Olimpiya çempionu Usein Bolta görə verilən ləqəbindən söz açıb. O bildirib ki, Azərbaycana gələrkən adı çox müzakirə olunub:  "Bolt" adı burada çox müzakirə edildi. Çox insan bu barədə soruşdu. Mən konteksti izah etdim. Bildirdim ki, sürətim səbəbilə belə adlandırılmışam. Amma mənim üçün fərqi yoxdur, Daniel və ya Bolt deyə çağırıla bilərəm".

Müdafiəçi ölkəmizdəki yaşayışından da söz açıb: "Mədəniyyət Braziliyadan çox fərqlidir, amma xarici kimi burada yaşamaq çox yaxşı oldu. Klubda çox pozitiv bir mühit var, insanlar çox qonaqpərvər və köməksevərdir. Ölkə çox gözəldir və işıqlı şəhərləri var. Təcrübəm çox yaxşıdır".

O, Çempionlar Liqası xəyalından da söz açıb: "Çempionlar Liqasında oynamaq hər gənc futbolçunun xəyalıdır. Bu, böyük komandalar və oyunçularla mübarizə aparmaq üçün bir fürsətdir. Biz həmişə daha çoxunu istəyirik, amma burada oynadığım üçün minnətdaram".

"Biz bilirdik ki, çox çətin oyun olacaq, böyük komandaya qarşı oynayacağıq. Amma gözləntilər pozitivdir. Futbolda da, həyatda da nəyi idarə edə biləcəyimizə fokuslanmalıyıq. 90 dəqiqədə əlimizdən gələni etməyə çalışacağıq. Kim yaxşı oynayarsa, irəliləyəcək", - futbolçu Çempionlar Liqasının pley-off mərhələsinin ilk görüşündə "Nyukasl"a 1:6 hesablı məğlubiyyətdən və qarşıdakı cavab matçından danışarkən əlavə edib.
Milli.Az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 24 Fevral 2026 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri