Icma.az
close
up
RU
Adımın Azərbaycan millisi ilə hallanmasına şadam, bu ölkədə özümü xoşbəxt hiss edirəm portuqaliyalı qolkiper

Adımın Azərbaycan millisi ilə hallanmasına şadam, bu ölkədə özümü xoşbəxt hiss edirəm portuqaliyalı qolkiper

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Şamaxı"nın qapıçısı Rikardo Fernandeş Sportal.az saytına müsahibə verib.

- Komandan 12-ci turda "Sabah"la 0:0 oynadı. “Sabah” liqanın iddialı klublarındandır, amma onlardan bir xal almağı bacardınız. Bir xal sizi razı saldı?

"Sabah"ın evində oynamaq həmişə çətin səfərə çevrilir. Biz həmişə mümkün olan ən yaxşı nəticə üçün çalışırıq və mübarizə aparırıq. Bütün xallar bizim üçün vacibdir.

- "Şamaxı" hazırda turnir cədvəlində 14 xalla 9-cu pillədədir. "Neftçi"dən cəmi bir xal geridəsiniz. "Şamaxı"nın potensialı nəyə imkan verir? Avrokuboklar uğrunda mübarizəyə qoşula bilərsiniz?

Daxildən dəqiq müəyyən edilmiş məqsədlərimiz var. Məqsədimiz bütün oyunlarda mümkün olan ən yaxşı nəticəni əldə etməyə çalışmaqdır. Oyundan-oyuna, məşqdən-məşqə bunun üçün can atırıq. Təbii ki, daha çox iş görərək və təvazökarlıqla bunu reallaşdırmaq olar.

- “Şamaxı" növbəti turda "Sumqayıt"la qarşılaşacaq. "Sumqayıt" bu mövsüm daha iddialıdır. Səncə, "Şamaxı" rəqibini məğlub edə bilər? Yoxsa, bir xal da sizin üçün yetərlidir?

Şübhəsiz ki, “Sumqayıt” əla mövsüm keçirir və cəlbedici, hücum futbolu oynayır. Azarkeşlərimizin qarşısında oynayacağıq və onlara sevinc bəxş etmək üçün mübarizə aparacağıq. İş və öhdəlik vəd edə bilərik.

- Mətbuatda yayılan xəbərlərə görə, "Sabah" səninlə maraqlanır. Maraqlıdır, "Sabah"ın təklifi rəsmi və ciddi olarsa, səni yeni mövsümdən həmin komandada görə bilərik? Səhv etmirəmsə, yayda onların təklifini qəbul etmədin və "Şamaxı"da qalmağa üstünlük verdin...

Mən bu məsələyə şərh vermirəm. Keçmişdən danışmağa dəyməz. mən “Şamaxı”nın futbolçusuyam. 

- Ayxan Abbasov milli komandanın mətbuat konfransında ona verilən suala cavab olaraq bildirmişdiki: “Bəlkə elə Rikardo Fernandesi Azərbaycan yığması üçün milliləşdirək?". Maraqlıdır, zamanı gələndə, AFFA təklif göndərsə, millimiz üçün oynamağa razılıq verərsən?

Adımın Azərbaycan millisi ilə hallanmasına şadam. Mən bu ölkədə özümü xoşbəxt hiss edirəm. Amma bu kimi məsələlər daxili və məsul şəxslərlə müzakirə olunmalı məsələlərdir.

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://sportal.az
archiveBu xəbər 26 Noyabr 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri