Icma.az
close
up
RU
Adımız yolumuzdur “Türküstan” 19 yaşında

Adımız yolumuzdur “Türküstan” 19 yaşında

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Aqil Camal: “Medianın missiyası təkcə xəbər vermək deyil, kimliyi yaşatmaqdır”


Azərbaycan mətbuatında özünəməxsus yeri olan "Türküstan" qəzetinin 19 yaşı tamam oldu. "Türküstan Media Qrupu" 2006-cı il 11 iyun tarixindən "Türküstan" qəzetinin nəşri ilə fəaliyyətə başlayıb. Qrupun onlayn xəbər portalı olan "Turkustan.az" saytı 15 dekabr 2015-ci ildən fəaliyyətdədir. Hazırda, qrupun qəzet, internet saytı ilə yanaşı internet TV, sosial şəbəkə səhifələri aktiv fəaliyyət göstərir.

"Türküstan"ın media siyasətində prioritet, Azərbaycanın bütövlüyü, Güney Azərbaycan, Türk Dünyası, Türk ölkələri və toplumları arasında yaxınlaşma və işbirliyinə media dəstəyi verməkdir. Eyni zamanda, Azərbaycanda və dünyada baş verən ən müxtəlif hadisələrlə bağlı ən son xəbərlərlə oxucuları məlumatlandırmaqdır.


"Türküstan"ın baş redaktoru Aqil Camal "Şərq"ə açıqlamasında bildirib ki, 19 ildir həftədə bir dəfə nəşr olunan “Türküstan” qəzetinin və “Turkustan.az saytının xəbər siyasətinin əsas prioritetləri dünya azərbaycanlılarının həmrəyliyi, Güney Azərbaycanda yaşayan soydaşların milli, mədəni haqlarının müdafiəsi, Türk ölkələri və toplumları arasında inteqrasiya prosesinə media dəstəyi verməkdir. Baş redaktorun sözlərinə görə, 19 illik dövrdə məqsədyönlü və səmərəli fəaliyyətinə görə “Türküstan” çoxsaylı yerli və xarici qurumların təltifləri ilə mükafatlandırılıb: 

"O cümlədən, 2012-ci ildə Türkiyədə TÜRKSOY-un “Türk dünyasına xidmət” media mükafatına, 2017-ci ilə Qazaxıstanda Beynəlxalq Türk Akademiyasının “Türk dünyasına xidmət” Media mükafatına layiq görülüb. 20-ci ilə qədəm basdığımız ərəfədə, 19 ildir bizimlə yol gələn - fədakar “Türküstan” ailəsinə, çoxsaylı müəlliflərimizə, oxucularımıza və izləyicilərimizə, layihələrimizi davamlı dəstəkləyən Medianın İnkişafı Agentliyinə təşəkkürümü bildirirəm. Adımız Yolumuzdur". 

Baş redaktor vurğulayıb ki, bu il ümumilikdə Azərbaycan Mətbuatı üçün əlamətdar bir ildir: "Mətbuatımız 150 illiyini qeyd edir. Biz də çox məmnunuq ki, "Türküstan" da 150 ilin 20 ilində mövcud olub. Bu mövcudluğu davam etdirmək üçün biz həmçinin "turkustan.az" olaraq onlayn rejimdə də fəaliyyət göstəririk. Qarşıdakı dövrdə "Türküstan"ın internet televiziyasının yaradılması, eyni zamanda daha çox kütlələrə sirayət edən sosial şəbəkə platformalarında möhkəmlənmək, daha çox oxucu kütləsinə xitab etmək planlarımız var. Demək olar ki, bu iş artıq həyata keçirilir. Ənənəvi media bir çox hallarda yerini informasiya texnologiyalarının imkanları ilə yeni yaranmış platformalara verib. Bu baxımdan biz də hesab edirik ki, bu platformalarda öz yerimizi tutmalıyıq. Çünki ənənəvi media alətləri ilə böyük oxucu kütlələrinə çatmaq o qədər də effektiv olmur. Düzdür, sosial şəbəkələrlə bağlı müəyyən fikirlər var. Amma hər bir sosial şəbəkə istifadəçisi orada öz adı ilə çıxış edir. Yəni ciddi və qeyri-ciddi olmaq artıq oxucunun öz seçimidir. Ona görə də düşünürük ki, ənənəvi alətləri qoruyub saxlamaqla yanaşı, yeni informasiya texnologiyalarının imkanlarından da maksimum yararlanmalıyıq". 


PS. "Şərq" qəzeti olaraq baş redaktor Aqil Camal başda olmaqla, bütün "Türküstan" ailəsini təbrik edir, fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 İyun 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see314

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see311

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see301

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see271

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see267

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see259

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see253

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see250

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see247

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see239

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see222

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see221

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see220

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see219

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see217

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see208

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see201

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri