Türküstan ın fəaliyyətə başlamasından 19 il ötür
Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Türküstan" Media Qrupu - 11 iyun 2006-cı ildə “Türküstan” qəzetinin nəşri ilə fəaliyyətə başlayıb.
19 ildir həftədə bir dəfə nəşr olunan “Türküstan” qəzetinin xəbər siyasətinin əsas prioritetləri dünya azərbaycanlılarının həmrəyliyi, diasporunun fəaliyyətinin işıqlandırılması, Güney Azərbaycanda yaşayan soydaşların milli, mədəni haqlarının müdafiəsi, Türk ölkələri və toplumları arasında inteqrasiya prosesinə media dəstəyi verməkdir.
“Türküstan” Media Qrupuna aid olan qəzetin Turkustan.az saytı, intensiv fəaliyyətdə olan, ciddi sosial şəbəkə hesablarına malik onlayn media resursudur.
19 illik fəaliyyyəti dövründə “Türküstan” müxtəlif dövlət orqanları, yerli və xarici qurumlar tərəfindən təltif olunub, o cümlədən, 2012-ci ildə Türkiyədə TÜRKSOY-un “Türk dünyasına xidmət” media mükafatına, 2017-ci ilə Qazaxıstanda Beynəlxalq Türk Akademiyasının Media mükafatına layiq görülüb.
“Türküstan”ın layihələri 2013-ci ildən davamlı olaraq Medianın İnkişafına Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəklənir. Əməkdaşlarla yanaşı, kənar müəlliflər də “Türküstan”ın səhifələrində davamlı çıxış edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 11 İyun 2025 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















