Icma.az
close
up
RU
Adın karması: Ad dəyişmək xoşbəxtlik gətirirmi? KONKRET

Adın karması: Ad dəyişmək xoşbəxtlik gətirirmi? KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bəzi insanlar həyatlarında mənfi hadisələr yaşadıqda, irəliləyə bilmədiklərini hiss etdikdə və ya “köhnə enerjidən” qurtulmaq istədikdə adlarını dəyişərək yeni bir başlanğıc əldə edəcəklərinə inanırlar. Bu zaman təkcə rəsmi sənədlərdəki ad deyil, həm də gündəlik həyatda insanların onu çağırma forması da dəyişir və bu, şəxsin özünü dərk etməsinə, yeni bir şəxsiyyət formalaşdırmasına psixoloji təsir göstərə bilər.

Xüsusilə də bir uşağa artıq vəfat etmiş yaxın qohumun adının verilməsi bəzən onun həmin şəxsin həyatını təkrar yaşayacağına dair narahatlıqlar doğurur. Bu inanc qədim köklərə dayanır və “adın karması” anlayışını önə çıxarır.

Bəs bu doğrudanmı belədir? Ad həqiqətən insanın taleyinə təsir edir, yoxsa bu, sadəcə mifik düşüncənin bir uzantısıdır?

KONKRET.az xəbər verir ki, Psixoloq Vüsalə Rüstəm bu haqda vacib məqamlara Yenisabah.az-a açıqlamasında aydınlıq gətirib. O, bildirib ki, ad insana doğulduqdan sonra valideynləri tərəfindən verilir, insanın öz adını seçmək imkanı olmur, və bu, sosial statusdur:

“Hər bir toplumun özünə məxsus adları vardır. Bəzi dinlərdə insanlar hesab edirlər ki, insanın adını çəkməklə insanın taleyinə dəyişdirmək mümkündür. Onun üçün də uşağın əsl adını gizlədərmişlər, amma bu fikir özünü doğruldan fikir deyil. Valideynlər bəzən uşağa çox qədim baba- nənə adlarını verirlər ki, bu da uşağa böyüdükdən sonra böyük psixoloji problemlər yaradır. Uşaq hər adı çəkiləndə utanır, təklənir, ad lağ mənbəyinə çevrilir. Bunun üçün də uşağa onun utanacağı adı qoymaq olmaz. Bəzi dinlərdə adı insanın taleyi hesab edirlər. Bu belədir? Deyil.

Düşünün, uşaqlarına Kamal, Məhəmməd, Əli, Marks, Puşkin və s. adlar qoyan insanlar olub ki, guya uşaqları da həmin insanlara bənzəsinlər. Nəticə etibarı ilə bu adlardan çox sayda neqativ iş görən hətta cinayətkar olan insanlar görmüşük. Ad insana heç bir xoşbəxtlik və bədbəxtlik gətirmir. Ada dəyər verən onu daşıyan insandır”.

Psixoloq onu da vurğulayıb ki, ölən qohum, baba- nənə adları valideynlər tərəfindən könüllü olaraq uşağa verildikdə bu o demək deyil ki, uşaq da həmin insanların taleyini yaşayacaq:

“İnsan taleyi ada bağlı deyil. Rəhmətə gedən insanların adı gələcəkdə uşağı utandırmayacaqsa adı verə bilərlər, əks halda valideynlər uşağa utanc yükünü yükləməməlidirlər. Çox zaman belə utanılacaq adları uşaq özü böyüyəndən sonra məcbur qalıb dəyişir, bu dəyişim isə sırf adın səslənərkən gətirdiyi psixoloji gərginliklə bağlıdır, taleyinə təsiri yoxdur

Heç bir adın karması ola bilməz. Karmik düşüncəni yaradan insan özü və enerjisidir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://konkret.az
archiveBu xəbər 05 Aprel 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see336

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see270

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see257

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see257

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see253

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see243

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see242

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see240

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see240

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see233

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see226

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see225

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see216

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see215

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see215

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see212

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see193

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see191

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see182

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri