Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı
Icma.az bildirir, Bizim media portalına istinadən.
Xalq artisti Röya Ayxanın adından Niderlandın Amsterdam şəhərində saxta konsert afişaları hazırlanaraq sosial şəbəkələrdə yayımlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Xalq artisti sosial media hesabında məlumat yayıb.
Belə ki, afişalarda sənətçinin 30 yanvar 2027-ci il tarixində Amsterdamda yerləşən De Koning Saal-da konsert verəcəyi bildirilib. Afişalarda Röya Ayxanın fotolarından istifadə olunub, bilet sifarişi üçün isə əlaqə nömrələri yerləşdirilib.
Röya Ayxan saxta elanlara inanmamağa, bilet almamağa və heç bir ödəniş etməməyə çağırış edib. O, konsertləri ilə bağlı məlumatların yalnız rəsmi səhifələrindən izlənilməsini xahiş edib:
"Son günlər Amsterdamda mənim adımdan süni intellekt vasitəsilə hazırlanmış saxta konsert afişalarının yayıldığını və həmin afişalar üzərindən bilet satışının həyata keçirildiyini müşahidə edirəm.
Bildirirəm ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. Amsterdamda elan olunan bu konsertlərlə bağlı tərəfimdən heç bir razılıq verilməyib. Həmin tədbirlərdə iştirakım nəzərdə tutulmayıb və yayılan afişaların mənim rəsmi komandamla heç bir əlaqəsi yoxdur.
Xahiş edirəm, saxta elanlara inanmayın, bilet almayın və hər hansı ödəniş etməzdən əvvəl məlumatları rəsmi səhifələrim vasitəsilə dəqiqləşdirin.
Adımdan istifadə etməklə insanların etibarından sui-istifadə edilməsinə qarşı hər kəsi diqqətli olmağa çağırıram". (Musavat.com)
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 09 Noyabr 2026 21:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















