Icma.az
close
up
RU
Adını sağlığında əbədiləşdirən şəxsiyyət Cavad Heyət

Adını sağlığında əbədiləşdirən şəxsiyyət Cavad Heyət

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

O tayı-bu taylı bütün Azərbaycanın adını qürurla çəkə biləcəyi böyük şəxsiyyətlərdən biri olan Cavad Heyət millətin nicatı yolunda yorulmadan mücadilə edən ziyalılarımızdan idi. İranda ilk dəfə açıq ürək əməliyyatını (koronar şuntlama) gerçəkləşdirən, Beynəlxalq Cərrahlar Cəmiyyətinin İdarə Heyətinin və Paris Cərrahlar Akademiyasının üzvü, “Varlıq” jurnalının təsisçisi, türkologiyaya aid yeddicildlik kitabın müəllifi, Bakı Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, Xəzər Universitetinin fəxri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının, N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəxri professoru, Azərbaycan Cərrahları Elmi Cəmiyyətinin fəxri üzvü, Türk Dil Qurumunun fəxri sədri, eləcə də İstanbul Universitetinin fəxri doktoru olmuş, “İki Azərbaycanın ağsaqqalı”, “Çağımızın ağsaqqalı”, “Dövrümüzün Prometeyi” ləqəbləri ilə tanınmış Cavad Heyət sevincli və fərəhli günlərdə daim Azərbaycanın  yanında olaraq insanların qəlbində taxt qurub.

Yaxın keçmişimizdən məlumdur ki, 1988-ci ildən Qarabağda başlayan silahlı münaqişələrin elə ilk günlərindən cəbhə bölgələrində erməni separatizminə qarşı mübarizədə daxili işlər orqanlarının əməkdaşları qəhrəmanlıqlar nümayiş etdirirdi. Azərbaycan polisi vətənin layiqli müdafiəçisi kimi tanınırdı. Onlar öz qanları ilə xalqımızın qəhrəmanlıq səlnaməsinə şanlı səhifələr yazırdilar. Və təbiidir ki, illərlə davam edən müharibənin törətdiyi fəlakətlər Azərbaycan polisindən də yan keçməyirdi. Respublikanın daxili işlər orqanlarının yüzlərlə əməkdaşı vətən yolunda düşmən gülləsinə sinə gərərək şəhid olur, erməni gülləsinə tuş gələrək yaralanır, respublikanın müxtəlif səhiyyə ocaqlarında müalicə olunaraq, yenidən ön sıralara qayıdırdılar. Yaralanmış polis işçilərimizin həyatının xilas edilməsində, onların tam müalicə olunub yenidən xidmətə qayıtmasında ən ağır yük isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin, onun mərkəzi hospitalının üzərinə düşürdü. Ağır müharibə günlərində - 1-ci Qarabağ müharibəsində yaralanmış polis işçilərinin həyatının xilas edilməsində, onların tam müalicə olunub yenidən xidmətə qayıtmasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə dəstək olanlardan biri, bəlkə də elə birincisi   mərhum professor Cavad Heyət idi.

Qeyd etdiyim kimi, Türk dünyasının qüdrətli övladlarından biri, bütün dünya türklərinin qürur və fəxarət yeri olan Cavad Heyətin qəlbi, ürəyi həmişə Azərbaycanla birgə döyünürdü. O, hər zaman Azərbaycanın sevincini öz sevinci, dərdini öz dərdi bilirdi. 1988-ci ildən başlayaraq Azərbaycan bədnam ermənilərin təcavüzünə məruz qalanda, torpaqlarımız işğal olunanda, soydaşlarımız öz doğma od-ocaqlarından pərən-pərən düşəndə etiraz səsini ucaldanlardan biri də məhz Cavad Heyət idi. O, Qarabağ müharibəsi ilə bağlı Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında, erməni təcavüzünün pislənməsində böyük fədakarlıq göstərirdi. Onun Azərbaycana qarşı erməni terrorizmini, işğalçılıq siyasətini ifşa edən çıxışları ən ali məclislərdə, ən mötəbər kürsülərdə səslənirdi, məqalələrində, məruzələrində əksini tapırdı.

Cavad Heyət Azərbaycanın haqq səsini, dünya ictimaiyyətinə çatdırmaqla kifayətlənmirdi. O, hər an yaralılarımıza kömək etməyə can atırdı. Birinci Qarabağ müharibəsinin ən ağır vaxtlarına Alman-Azərbaycan cəmiyyətinin yaradıcısı, doktor Ağabəy Azərbaycani respublikamızda müalicəsi mümkün olmayan yaralılarımızın İran İslam Respublikasında müalicəsini təşkil etmək üçün dayısı Cavad Heyətlə danışdıqdan sonra biz İrana yollandıq. İranda Cavad Heyətlə görüş keçirdik. Cavad Heyətlə - bu böyük qəlb sahibi ilə tanış olmaq, onu yaxından tanımaq mənə də müəssər oldu. Cavad Heyətlə yaralılar barəsində danışarkən onun hansı acı hisslər yaşadığı bu gün də gözlərim önündədir. Elə ilk görüşümüzdə Cavad Heyət bizə kömək etməyinə söz verdi və məhz Cavad Heyətin qayğısı sayəsində ötən əsrin 90-cı illərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən yaralıların xaricdə müalicəsi reallaşdı. Doktor Cavad Heyətin köməkliyi 320 yaralımızın - polis işçilərimizin, Daxili Qoşunların hərbi qulluqçularının, mülki vətəndaşlarımızın Almanıyanın Zolıngen, İranın Tehran, Təbriz və Rəşt şəhərlərində müalicələri və protezlərlə təmin olunmaları təşkil edildi.

Alovlu vətənpərvər olan Cavad Heyət ağır yaralıları şəxsən özü əməliyyat edir, neçə-neçə qəhrəman soydaşımızı ölümün caynağından qurtarırdı. Bu proseslərin bir çoxunun bilavasitə iştirakçısı olduğumdan dünya şöhrətli cərrah, alim, naşir Cavad Heyəti daha dərindən tanımaq mənə qismət olub. Bu böyük türkün keçdiyi şərəfli ömür yolu daim diqqətimi cəlb edirdi.

Doktor Cavad Heyət təbabətə dair qiymətli araşdırmaların müəllifi kimi də tanınıb. Onun kitabları tibb sahəsində yazılmış dəyərli vəsait kimi mütəxəssislər tərəfindən daim yüksək qiymətləndirilib. Bir sıra beynəlxalq elmi forumlar və toplantılarda öz təcrübəsinə əsaslanaraq dərin məzmunlu məruzələrlə çıxış etmiş alimin 100-dən artıq məqaləsi müxtəlif tibb jurnallarında işıq üzü görüb. Cavad Heyət uzun müddət cərrahlığın tədrisi və cərrahların yeni nəslinin formalaşdırılması ilə məşğul olub. Bütün bunlarla yanaşı, Cavad Heyətin zəngin və çoxşaxəli səmərəli fəaliyyətində Azərbaycan ədəbiyyatı tarixi, türk xalqlarının keçmişi, milli folklor və eləcə də islamşünaslığa dair tədqiqatlar mühüm yer tutub. Cavad Heyət dostu Prof. Dr. H.Nitqi ilə birlikdə İranda elmi türkologiyanın əsasını qoyub. Bundan əlavə, Cavad Heyət filologiya və türkologiya sahəsində “Azərbaycan ədəbiyyat tarixinə bir baxış”, “Azərbaycan şifahi xalq ədəbiyyatı”, “Türk dili və ləhcələrinin tarixi”, “İki dilin müqayisəsi” kitablarının müəllifi olaraq, onun əsərləri Azərbaycanda sevilərək oxunur.

Cavad Heyətin ən böyük xidmətlərindən biri də onun "Varlığ"ıdır. İranda İslam İnqilabının qələbəsindən sonra verilən nisbi dil azadlığından bəhrələnən alovlu vətənpərvər ziyalı dostları ilə birgə "Varlıq" dərgisinin nəşrinə başlayıb. Jurnalın işıq üzü görməsində Cavad Heyətin böyük rolu olub. Jurnalda Azərbaycanın müdafiəsi, Qarabağ problemi ilə bağlı məqalələr də yer alıb. “Varlıq” jurnalı cənubi azərbaycanlıların milli şüurunun formalaşmasında mühüm rol oynayıb.

"Varlıq" jurnalı öz səhifələrində erməni təcavüzü haqqında dolğun məlumat verir, bu təcavüzü pisləyirdi, Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalına, qan qardaşlarının öz doğma yurd-yuvalarından pərən-pərən düşmələrinə etiraz səsini ucaldırdı.

Fəxarət hissi ilə qeyd edə bilərəm ki, Azərbaycanın böyük dostu olan Cavad Heyət Azərbaycan dili, ədəbiyyatı, tarixinə dair çoxsaylı kitabların, məqalələrin müəllifi olaraq ensiklopedik məlumatlı, eyni zamanda prinsipial, azadlığı və həqiqəti hər şeydən üstün tutan, xalqını, Vətənini, dilini və mədəniyyətini çox sevən bir şəxsiyyət idi.

Mədəniyyətin müxtəlif problemlərinin öyrənilməsinə münasibətdə tarixi həqiqətlərdən çıxış edərək obyektivlik nümayiş etdirən alimin ədəbi simpoziumlarda və türkoloji konfranslarda Cavad Heyətin çıxışları həmişə təqdirlə qarşılanırdı. Cavad Heyətin  Azərbaycan sevdasından söhbət düşərkən 1993-cü ildə Kəlbəcərin işğalından sonra onun Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirələ məktub yazması və yardım istəməsi xüsusilə yada düşür. Yaxın keçmişimizdən məlumdur ki, 1993-cü ildə Kəlbəcərin işğalından sonra Cavad Heyət Süleyman Dəmirələ məktub yazmış və yardım istəmişdi. Yeri gəlmişkən, məktubdan bəzi hissələrini xatırlayaq:

“Mən bu sətirləri göz yaşlarımın qarşısını ala bilmədən yazıram və bu anda Allah-Təaladan xalqımıza qurtuluş, ya da özümə ölüm istəyirəm... Məmləkətimizin başına gətirilən bu faciə böyük bir millət və ya güclü bir dövlət tərəfindən deyil, bütün tarix boyu himayəmiz altında dolanan və ədalətimiz sayəsində bütün insani haqlardan faydalanan ermənilər tərəfindən açılmışdır. Silahsız, ordusuz və əsarətdən yenicə çıxmış qardaşlarımızı yalqızmı buraxmalıyıq? Erməni-daşnak ordusunun onların yurdlarına həyasızcasına təcavüzünə, qadın və kişilərini, qoca və uşaqlarını acından öldürmələrinə tamaşaçımı qalacağıq? Bu, bizlərin şərəfinə, türklüyə və müsəlmanlığa, nəhayət, insanlığa yaraşarmı?”

Çox böyük həyəcanla, kövrək hisslərlə Süleyman Dəmirələ yazılmış bu məktubda Doktor Cavad Heyət Azərbaycanın zorla cəlb edildiyi ədalətsiz müharibəyə etirazını bildirirdi. Azərbaycanı düşdüyü fəlakətdən çıxarmaq üçün səyləri gücləndirməyə, erməni faşizminin qarşısını almağa, "böyük dövlətlərin silahları ilə təpədən-dırnağadək silahlanmış ermənilərin qarşısında azərbaycanlıları müdafiə edib, soyqırımına mane olmağa" çağırırdı. Cavad Heyət həmin məktubda Azərbaycanı düşdüyü fəlakətli vəziyyətdən çıxarmaq üçün səyləri gücləndirməyə, “böyük dövlətlərin silahları ilə təpədən-dırnağadək silahlanmış ermənilər qarşısında azərbaycanlıları müdafiə edib soyqırımına mane olmağa çağırırdı. Bu məktubunda Doktor Cavad  qardaşlarının taleyinə biganə qala bilməyərək, ağır gündə, dar məqamda onlara kömək üçün həyəcan təbili çalırdı. Əlindən gələni əsirgəməyən Doktor Cavad Heyət başqalarını da yardıma, haraya çağırırdı. O, bütün dünyanı Azərbaycanın haqq işinin müdafiəsinə səsləyirdi.

Təsadüfi deyil ki, Cavad Heyətin bu cür yanğılı Azərbaycan sevdası xalqımız tərəfindən daim yüksək qiymətləndirilib. Xalq şairi Bəxtiyar Vahabzadə çox haqlı olaraq qeyd edirdi ki, “Cavad Heyət həkimlikdən qazandığı sərvətini millətinin mənəvi yüksəlişinə sərf edən mənəviyyat fədaisidir. Təbabət maddi elmdir, o, təbabətdən əldə etdiyi maddi gəliri xalqın mənəviyyatına xərcləməklə maddi dünyanı mənəvi dünyaya fəda edir. O, həkim kimi adamların vücudunu, naşir, ədəbiyyatçı və tarixçi alim kimi isə vətəndaşların mənəviyyatını müalicə edir, onları öz soykökünə, yəni mənəvi varlığına qaytarır. Mən mənsub olduğum xalqa bundan böyük xidmət tanımır və güneyli fikir və əqidə qardaşımın o şəraitdə elədiklərinin böyüklüyü qarşısında səcdə edirəm”.

Təsadüfi deyildi ki, Ulu öndər Heydər Əliyev də Cavad Heyətin şəxsiyyətini, milli-mədəni sahədəki fəaliyyətini yüksək qiymətləndirirdi və bir neçə dəfə onu qəbul edərək səmimi söhbətlər etmişdi. Ulu öndərimiz Cavad Heyəti Bakıda qəbul edərkən xeyirxahlığına, Vətən üçün əhəmiyyətli işlərinə və İranla Azərbaycan arasında dostluq körpüsü yaratdığına görə ona minnətdarlıq etmişdi.

Cavad Heyət 2007-ci il iyunun 23-də Tehranda AzərTAC-a müsahibəsində Heydər Əliyevin onu özünə dost bilməsini yüksək dəyərləndirərək deyirdi ki, “mən bu dahi insanın fikirlərindən, sözlərindən, prinsiplərindən həmişə bəhrələnmişəm. O, həqiqətən öndər, dahi şəxsiyyət idi. Azərbaycanı bəlalardan xilas etmiş Heydər Əliyev ən böyük adlara layiqdir”.

Prezident İlham Əliyev də Cavad Heyətə diqqət və qayğı göstərirdi. 2005-ci il iyunun 27-də Prezidentimiz onu qəbul etmiş, fəaliyyətini yüksək dəyərləndirmiş və ölkəmizə tez-tez səfərə gələn bu fədakar alimimizə Bakının mərkəzində ev hədiyyə etmişdi.  Cavad Heyət Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinə çox sevininərək qeyd edirdi ki, "Mən inanıram ki, Azərbaycanın Prezidenti Heydər Əliyev yolu ilə sonadək inamla irəliləyəcəkdir. Çünki İlham Əliyevin bu şərəfli missiyada güvəndiyi Azərbaycan xalqı, bəhrələndiyi Heydər Əliyev dühasıdır".

Cavad Heyət sabiq daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən də qəbul edilmiş, DİN-in rəhbəri polis əməkdaşlarının sağlamlığına verdiyi töhfələrə görə professor Cavad Heyətə dərin minnətdarlığını bildirmişdi.

2014-cü ildə haqq dünyasına qovuşmuş, Bakıda - 2-ci Fəxri xiyabanda dəfn olunmuş görkəmli azərbaycanlı cərrah, professor Cavad Heyətin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

Bəhruz Səfərəliyev

Əməkdar həkim, istefada olan polkovnik, Azərbayan Respublikası DİN-in Tibb İdraəsinin sabiq rəisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Dekabr 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see299

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see269

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see240

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see232

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see221

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see214

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see194

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see183

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see182

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see179

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see165

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see161

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see154

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see152

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see152

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see151

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see150

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see149

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see146

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri