Icma.az
close
up
RU
525ci qəzet Adını daşıdığım şəxsiyyət

525ci qəzet Adını daşıdığım şəxsiyyət

Icma.az bildirir, 525.az portalına istinadən.

Mənim adım Tələtdir. Bu, mənim babamın - Tələt Qənbərovun adıdır. Mən doğularkən atam və anam qərara gəliblər ki, adımı Tələt qoysunlar. Mən böyüdükcə bu adın məsuliyyətini başa düşürəm. Valideynlərim istəyirlər ki, mən də babam kimi vətənə, xalqa layiqli insan olum, o cür yaşayım. Babamı görməmişəm, o, həyatdan gedəndə mən hələ anadan olmamışdım. Babam haqqında mənə o qədər maraqlı əhvalatlar və xatirələr danışıblar ki, elə bilirəm, o sağdır və haradasa çox uzaqlardadır.

Mənim babam Tələt Qənbərov öz peşəsini sevən və onu uca tutan köhnə kişilərdən olub. "Köhnə kişi" deyəndə, adamın gözünün qabağında ağır təbiətli, təmkinli, qürurlu və şəxsi ləyaqət hissini hər şeydən yüksək tutan bütöv bir xarakterin sahibi canlanır.

O, prokuror idi. Qədim yunan dilində prokuror "qayğı" deməkdir. Tələt Qənbərov 1932-ci il avqustun 10-da Azərbaycanın ən səfalı guşələrindən olan cənnət məkanda  - Şuşada anadan olub. Atası Balakişi iqtisadçı, anası Sona isə evdar xanım imiş. Ailədə yeddi uşaq olublar: üç oğlan, dörd qız böyüdən valideynləri onlara ali təhsil verərək, kamil insan kimi yetişmələrinə çalışıblar.

Tələt Qənbərov Şuşada dövrünün tanınmış maarifçisi Mirzə Xosrov Axundzadənin ibtidai sinfinə gedib və məktəbi əla qiymətlərlə bitirib.

1955-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirən babam Tələtin təyinatı Çelyabinsk vilayətinə (Keçmiş SSRİ-nin vilayətlərindən biri) verilib. Burada milis orqanlarında iki il çalışdıqdan sonra Naxçıvana təyinat alıb. O, daha sonra Saatlı və Kürdəmir rayonlarında nümunəvi milis işçisi kimi (o dövrdə polis orqanı milis adlanırdı) asayişin keşiyində durub. 1962-ci ildə isə Daxili İşlər orqanlarında vicdanlı, fədakar əməyinə görə milisdən prokurorluq orqanlarına qəbul olunub və fəaliyyətini Şəmkir rayon prokurorunun köməkçisi kimi davam etdirib. Şəmkir rayonunda bir müddət işlədikdən sonra, 1965-ci ildə Respublika Baş Prokurorluğunda mühüm işlər üzrə müstəntiq vəzifəsinə təyin edilib. İşinə son dərəcə məsuliyyətlə yanaşan, vəzifə borcunu ləyaqətlə yerinə yetirən, çalışdığı kollektivin dərin rəğbət və hörmətini qazanan, yaxşı işlədiyi üçün dəfələrlə mükafatlandırılan Tələt Qənbərov, 1971-1976-cı illərdə 5 il Cəlilabadda, 1976-1987-cı illərdə 11 il Lənkəranda, 1987-1992-ci illərdə Göyçayda rayon prokuroru vəzifəsində çalışıb, sonra isə 1995-ci ilədək Baş Prokurorluqda şöbə prokuroru kimi fəaliyyətini davam etdirib. 1995-ci ilin 18 dekabrında amansız xəstəlik onun həyat dolu qəlbini əbədi susdursa da, 63 illik ömür yolunda xatırlanacaq, nümunə göstəriləcək, təqdir olunacaq çox şeylər qoyub gedib.

Babam hədsiz dərəcədə çalışqan, dinamik, çılğın, günün nəbzini tutmağı bacaran, fəaliyyətindən zövq alan, hər anın qədrini bilən, həyatın maraqlı tərəfini görməyi və dəyərləndirməyi sevən, insanlarla yaxın ünsiyyətə can atan, hər sözünün, hərəkətinin yerini bilən insan kimi xarakterizə olunur. Yaxşılıq etməkdən, köməksizlərə həyan olmaqdan, əl tutmaqdan zövq alan bir məmur, çalışdığı kollektivə və onu tanıyanlara ağsaqqallıq edən,  məsləhət verən, doğru yol göstərən,  münaqişələri sülhlə yekunlaşdıran bir ziyalı olub Tələt babam. Hüquq-mühafizə orqanlarında çalışdığı 40 il ərzində özünü möhkəm əqidəli, ədalətli və peşəkar hüquqşünas kimi göstərib, prokuror nüfuzunu həmişə uca tutub və qoruyub saxlayıb.

Tələt Qənbərov incəsənətə də qəlbən bağlı olub. İşlədiyi rayonlara gələn aktyor truppasını hörmətlə qarşılayar, onlarla maraqlı vaxt keçirər, bütün mədəni tədbirlərdə böyük həvəslə iştirak edərmiş. Lənkəranda çalışdığı illərdə onun həyat və fəaliyyətindən bəhs edən "Prokuror" pyesi Lənkəran Dövlət Dram Teatrının səhnəsində tamaşaya qoyulmuş və uzun müddət teatrın repertuarından düşməmişdi. Mərhum yazıçı, Əməkdar incəsənət xadimi Məmmədhüseyin Əliyevin "Prokuror" pyesi əsasında hazırlanmış bu tamaşa yenidən səhnələrə qayıdıb. Tamaşaya yenidən həyat verən tanınmış və istedadlı rejissor Anar Babalıdır. Tamaşa artıq Lerik, Biləsuvar, Hacıqabul və Şirvan şəhərlərində səhnəyə qoyulub. 16 dekabr 2024-cü ildə isə Bakıda, Akademik Milli Dram Teatrında yeni versiyada təqdimatı olunacaq.

Tanınmış rus yazıçısı Georqi Qordinin Moskvada fransız dilində çapdan çıxmış "Qanunun keşiyində" kitabının bir fəsli də babam Tələt Qənbərova həsr olunub. Babama həsr olunmuş sözügedən esse Moskvada nəşr olunan və o zamanların məşhur "İnsan və Qanun" jurnalında dərc edilib. Lənkəran, Göyçay və Cəlilabad rayon prokurorluq binaları məhz onun yaxından iştirakı ilə inşa olunub, hətta prokuror ailələri üçün xidməti bina da tikdirilib.

Tələt Qənbərov təmiz ürəkli, geniş qəlbli insan olduğundan, peşəsindən və vəzifəsindən asılı olmayaraq hər kəsə eyni gözlə baxıb, köməksizlərə təmənnasız yardım edib, kimsəsizlərə dayaq durub, çalışdığı kollektivin problemlərini özününkü sayıb. Heç təsadüfi deyil ki, 1992-ci ildə erməni vəhşiliyinin qurbanı olaraq, Qarabağın dağlıq hissəsindən qaçqın düşmüş altı ailəni himayəsinə götürən Tələt babam onlara Göyçayda fərdi evlər tikdirib, ev avadanlıqları hədiyyə edib. Göyçayda prokuror kimi çalışdığı müddətdə həmin ailələrin problemlərinin həllinə nail olmuşdu.

Səliqə-sahmanlı, intizamlı və işçilərindən də belə olmağı tələb edən Tələt Qənbərov prokuror nüfuzunu, prokuror şərəfini hər şeydən üstün tutar, daşıdığı vəzifəyə xələl gətirəcək davranışlara yol verməzmiş. Onun nəzərincə, prokuror qanunların keşikçisi olmaqla bərabər, həm də qanunların aliliyini qorumalı, bu adı şərəflə daşımalıdır. Məhz bu xüsusiyyətlərinə görə ona ölkə Prezidentinin Sərəncamı ilə "Azərbaycan Respublikasının Əməkdar Hüquqşünas"ı fəxri adı verilmişdi.

Tələt babam Surə nənəmlə dörd övlad böyüdərək, tərbiyə ediblər. Övladlarından Natiq əmim Moskva Dövlət İdarəetmə İnstitutunu bitirərək, ixtisası üzrə çalışıb, Sərxan əmim Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirib, hüquq üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb, bibim Aidə isə Tibb Universitetini bitirib, həkim-pediatr işləyir. Ailənin sonbeşiyi olan atam Kəramət isə Bakı Dövlət Universitetinin Şərqşünaslıq və Moskva Dövlət Hüquq Akademiyasının Hüquq fakültələrini bitirib. Bir müddət Respublika Baş Prokurorluğunda, hazırda isə dövlət qurumunda məsul vəzifədə çalışır.

Gözəl insan, peşəkar hüquqşünas kimi dərin ehtiram qazanmış babam Tələt Qənbərov 18 dekabr 1995-ci ildə 63 yaşında haqq dünyasına qovuşub, lakin vəsiyyət etdiyi kimi Şuşada torpağa tapşırılmaq, istəyi üzrə "Bir qarış Qarabağ torpağına dönmək" ona qismət olmayıb. Babam ömrünün sonlarını Ağdam, Şuşa, Laçın nisgili ilə yaşayıb, Qarabağsız yaşadığı ömürdən zövq ala bilməyib. Qarabağ azad edildikdən sonra atam Şuşaya getmiş, babamın anadan olduğu evi ziyarət etmişdi. Geri qayıdanda çox məyus idi, dedi ki, evin bir divarı qalıb. Bir ovuc torpaq gətirmişdi, mənə dedi ki, bunu sənin üçün gətirmişəm, Şuşada baban Tələt Qənbərovun anadan olduğu evin həyətindən götürmüşəm. Mən o torpağı əziz xatirə kimi qoruyur, müqəddəs bir əmanət kimi saxlayırdım. 10 avqust 2022-ci ildə babam Tələt Qənbərovun 90 illik yubileyi idi. Bütün qohumlar onun məzarını ziyarət etmək üçün toplaşmışdılar. Atamın şəxsi arxivində saxladığı kinolentlərdən bilirdim ki, babam Tələt Qənbərovun dəfn mərasimi izdihamlı olub. İşlədiyi rayonlardan onu tanıyanlar, dostları, qohumlar, iş yoldaşları, həmçinin respublikanın ziyalıları bu mərasimdə iştirak etmiş və nitq söyləmişlər. Vida mərasimində Bütün Qafqazın Şeyxi, Şeyx həzrətləri Şeyxülislam Hacı Allahşükür Paşazadə, sovet dövründə DİN-də nazir müavini işləmiş Abdulla İbrahimov, Azərbaycanın Xalq artistləri - tanınmış müğənni Mirzə Babayev, professor, korifey bəstəkarımız Süleyman Ələsgərov babam haqqında xatirələr danışıblar.  Süleyman Ələsgərov mərasimində Səməd Vurğundan bir parça şeir oxuyub:

Ölüm sevinməsin qoy!

Ömrünü vermir bada

El qədrini canından daha əziz bilənlər

Şirin bir xatirətək qalacaqdır dünyada

Sevərək yaşayanlar,

sevilərək ölənlər...

Mən isə babamın 90 illik yubileyinə hazırladığım, Süleyman Rüstəmin "Mən səninəm, sən də mənimsən, Qarabağ!" şeirindən bir parça oxudum və özümlə gətirdiyim bir ovuc Şuşa torpağını babamın məzarı üstünə qoydum.

Ruhu şad olsun, ulu adaşım, əziz babam!

Xatirənə sonsuz ehtiramla:

 nəvən Tələt Qənbərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:261
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Dekabr 2024 23:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see335

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see306

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see295

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see291

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see286

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see285

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see263

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see260

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see256

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see254

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see243

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see233

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see226

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see225

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see220

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see210

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see202

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see201

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see193

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri