Icma.az
close
up
RU
“Adının yanındakı Uğur həmişə Turanla olsun!..”

“Adının yanındakı Uğur həmişə Turanla olsun!..”

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Turan Uğur- 42
Əslən Təbrizin Dəryan qəsəbəsindəndir. Rəhmətlik babası İsmayıl Paydar-Dəryani 1946-cı ildə Arazın o tayından- Güney Azərbaycanından quzeyə pənah gətirənlərdəndir. O, Pişəvəri hərakatının fəal üzvlərindən biri, Tudəçi olub. 1983-cü ilin oktyabr ayının 14-də Göyçay rayonunda dünyaya gəlib. 1999-2003-cü illərdə Bakı Slavyan Universitetinin rus dili filologiyası, 2004-2007-ci illərdə Azərbaycan Dillər Universitetinin avropaşünaslıq-fransaşünaslıq (fransız dili ixtisası) üzrə bakalavr, 2007-2009-cu illərdə Qərb Universitetinin regionşünaslıq-fransaşünaslıq ixtisası üzrə magistr təhsili alıb. Ədəbi yaradıcılığa 22 yaşından dövri mətbuatda nəşr olunan şeirləri ilə gəlib. 2011-ci ildən AzTV-nin "Səhər" musiqi-informasiya proqramında müxbir, 2015-2022-ci illərdə "Mədəniyyət" kanalında "Buraxılış və əlaqələndirmə” şöbəsində efir redaktoru, 2022-ci ildən AzTv-nin “Uşaq, gənclik və maarifçilik” redaksiyasında baş redaktor müavini vəzifəsində çalışıb. Müəllifi olduğu “Sətirlər” verilişi üç il ardıcıl olaraq, 2019-2022-ci illərdə “Mədəniyyət” kanalında nümayiş olunub və izləyicilərin rəğbətini qazanıb. Bundan başqa “Çıraq”, “Xudafərin”, “Güzgü” verilişlərinin ssenari müəllifi, habelə “Çərçivəsiz”, “Palitra-Art” verilişlərinin redaktoru olub. “Məram”, “Örnək”, “Şuşa-270- Gəncliyin gözü ilə”, “147 ilin işığı”, “Vətən dedim- Laçın”, “Bir qəsəbənin 3 qəhrəmanı”, “Üfüqdə açılan gecə kimi” bədii-sənədli filmlərin və verilişlərin ssenari müəllifidir. Bəzi verilişlərdə- GünAz tv-də “Turan”, “Xudafərin”-də aparıcı qismində çıxış edib. 2021-ci ildə nəşr olunan “Sətirlər” kitabının müəllifidir. 108 ssenarisini, 50-yə yaxın şeirini Xalq artisti Mehriban Zəki ifa edib. Hazırda AzTv-də müəllif kimi bir sıra ədəbi-bədii və publisistik verilişlər hazırlayır...
Deyir ki:- “Televiziya ayrıca bir ada deyil, burada baş verənlər cəmiyyətdə, məmləkətdə və bəşəriyyətdə gedən proseslərin fonunda dəyərləndirilməli, əlbəttə, bütün naqisliklərə, çatışmazlıqlara, problemlərə qlobal şəkildə baxılmalıdır. İnanın, küçədə gedərkən gözümüzə sataşan hansısa bir mənfi nüans da, yaxud ucqar bir dağ kəndindəki hansısa bir nənənin problemləri də bizim işimizə təsirsiz ötüşmür. İlk baxışdan dediklərim təəccüblü görünə bilər. O ki qaldı lokal şəkildə məsələyə baxmaq, onda qeyri-peşəkarların, diletantların bizim sferada meydan sulaması, nəinki televiziya jurnalistikasından, ümumən dünyadan bixəbərlərin bizim sahədə işləməsi, bəzi hallarda isə rəhbər vəzifələrdə təmsil olunması televiziya kanallarının bu günə düşməsini şərtləndirib. Çalışdığım Azərbaycan Televiziyasında redaktorluq və rejissura məktəbi keçən televiziyaçılar hələ də fəaliyyət göstərdiyindən, sadaladığım neqativ amillər AzTV-yə az təsir edir. Unutmayaq ki, 69 illik bir ənənəyə malik olan məbədə mənfi tendensiyaların tez, sürəkli şəkildə təsir etməsi asan məsələ deyil. Bir çox özəl kanallarda isə etika və estetikadan min kilometr uzaq insanların çalışması qətiyyən qəbuledilməzdir...”
Onun Köhnə məhləmiz şeirinə musiqi bəstələnib. Yazıçının 2023-cü ildə ustad şairimiz Məmməd İsmayılın həyatından bəhs edən "Tale şairi: Məmməd İsmayıl" adlı xatirə-romanı nəşr olunub. Ssenari müəllifi və aparıcısı olduğu "İrs" folklor verilişi "Mədəniyyət" kanalında hələ də uğurla yayımlanır. Esseləri mütəmadi olaraq "Ədəbiyyat qəzeti" ndə, "Türküstan" və "Bütöv Azərbaycan" qəzetlərində və "Füyuzat" jurnalında dərc olunub...
Mərhum şairimiz, professor Məmməd İsmayıl onun yaradıcılığı haqqında yazırdı: “Turan Uğurun qələmindən çıxan ssenarilər ayrıca bir əsər kimi də oxuna bilər. Nəsrin, şeirin, mənsur şeirin qarışımından yaranan bu ssenariləri həm də müstəqil əsər kimi oxumağa dəyər. Çünki bu ssenarilər böyük arayışların və yaşantıların son ucu olaraq hazırlanıb. Bəlkə, burada Turan Uğurun şairliyinin də payı az deyil. Buna arzularla imkanların uyğunluğu da deyə bilərsiniz...”
Bəli, söhbət şair, ssenarist, televiziyaçı İsmayılzadə Turan Asif oğlu- Turan Uğurdan gedir. O Turan Uğurdan ki, mənsur şeirlərinin birində yazır:
“Bu dünyada bütün qazandıqlarım ömrümə qənimdir, bütün itirdiklərim ancaq mənimdir. Bu dünyada bütün qazandıqlarımı apar tulla, bu dünyada bütün itirdiklərim isə mənə doğmadır. Bütün qazandıqlarım əyyaşdır, bütün itirdiklərim sirdaşdır. Bütün qazandıqlarım törəboy, bütün itirdiklərim ucaboydur. Bütün qazandıqlarım Yalıncıq kimi, bütün itirdiklərim Beyrək kimidir. Bütün qazandıqlarım pisim, nəhsimdir, bütün itirdiklərim mənim bəsimdir. Bu dünyada bütün qazandıqlarım açıq-saçıqdır, bütün itirdiklərim alnı açıqdır. Bütün qazandıqlarım mənim yadımdır, bütün itirdiklərim doğma adımdır, bütün qazandıqlarım mənə utancdır, bütün itirdiklərim karlı qazancdır. Bütün qazandıqlarım boşdur, saxtadır, bütün itirdiklərim qızıl taxtadır. Bütün qazandıqlarım şikəst kimidir, bütün itirdiklərim müqəddəs kimi, bu dünyada bütün qazandıqlarıma fitrə düşür, bütün itirdiklərimə rəhmət düşür. Bütün qazandıqlarım suçlu, bütün itirdiklərim güclüdür. Bu dünyada bütün qazandıqlarım xardır, tikandır, bütün ititdiklərim cənnət-məkandır, bütün qazandıqlarım acı gerçəkdir, bütün itirdiklərim gözəl, göyçəkdir...”
Professor, Əməkdar elm xadimi Qəzənfər Paşayev isə ona müraciətlə deyir: “Turan Uğur, siz cavansınız, işinizi yaxşı aparırsınız. Çünki sizin ürəyiniz poeziya ilə döyünür. Bunu hiss edirəm, görürəm. Nə gözəl şeirlər deyirsiniz, intonasiyanı da tutursunuz. Şeiri seçməyi də bacarırsınız. Allaha şükür, yaddaşınız da möhkəmdir. Bütün bunların hamısı işıqlı gələcəyinizə təminat verir...”
“2019-cu ilin yanvarında Dövlət Televiziyasının rəhbərliyinə yeni təyinat oldu, köklü islahatlar aparıldı. İnsafən demək lazımdır ki, sədrimiz Rövşən Məmmədov olmasaydı, bu cür rəngarəng, maraqlı verilişlər ərsəyə gəlməyəcəkdi. O, özü ilə azad mühit, müəyyən sərbəstlik gətirdi. Bilirsiz ki, yaradıcı iş də azadlığı sevir. Tez bir zamanda köhnə verilişlərin, zəmanəmizə uyğun tempdə olmayan proqramların qapadıldığını və yeni layihələrin gerçəkləşməsini gördük. Rövşən müəllimin sədr kimi təyinatından cəmi 15-20 gün sonra mənə də bədii-ədəbi veriliş, ədəbiyyatla bağlı layihə hazırlamağı həvalə etdilər. Yəqin ki, şairliyimdən agah olduqları üçün ilk ağıllarına mən gəlmişəm. Bu mənada ədəbiyyat sevdalısı olduğumu bilən, mənə verilişi təqdim edən kolleqalarımı da unutmuram...”- söyləyir.
O, sabit həyatı xoşlayır. Möhkəmlik və inadkarlığı ilə seçilir. İşində və həyatında əzmkar, çalışqan və səbirlidir. Məqsədinə çatmaq üçün yorulmadan çalışır və qarşısına çıxan çətinlikləri asanlıqla dəf edir. Eyni zamanda, nizam-intizamı, məsuliyyəti və sədaqəti ilə seçilir. Adətən ənənəvi dəyərlərə önəm verir və ailəyə, dostlara qarşı çox sadiqdir. Onun üçün təhlükəsizlik və sabitlik çox vacibdir. Təbiətcə sakit, təmkinli və düşüncəlidir. Emosiyalarını nadir hallarda açıq şəkildə göstərir və daha çox daxili gücə sahibdir. Verdiyi sözə və öhdəliklərinə ciddi yanaşır. Etibarlı və işgüzardır. Tələsmədən, addım-addım məqsədinə doğru irəliləyir. Bəzən dəyişikliklərə qarşı müqavimət göstərsə də, dürüstlüyü ilə ətraflarındakıların hörmətini qazanır. Güclü yaddaşı var. Məsuliyyətli olduğundan iş həyatında çox bacarıqlıdır. Enerjisini boş yerə sərf etməyi xoşlamır, səmərəli işlərə xərcləyir. Reallıq aşiqidir, xəyallar və fantaziyalar onun həyatının az hissəsini təşkil edir...
Akademik Rəfael Hüseynov onun barəsində söyləyir: “Turan Uğur ədəbi gəncliyimizin çalışqan və istedadlı təmsilçilərindəndir. İnanıram ki, uzaq olmayan gələcəkdə o, Azərbaycan ədəbiyyatşünaslığı və publisistikasında ən seçilən imza sahiblərindən biri kimi etiraf ediləcək. Adının yanındakı Uğur həmişə Turanla olsun!”
O, polad iradəsi ilə özünü idarə edə və istədiyi zaman mükəmməl görünüşə nail ola bilir. Çünki həyatında güzəştə getməkdən qaçan və istədiyi şeydən çətinliklə imtina edən bir xarakterə malikdir. Digər tərəfdən, sevdiklərinə qarşı həddindən artıq dözümlülük və səbir göstərə bilir. Daim həyatını təmin etmək və gələcəklə bağlı qayğılarını aradan qaldırmaq üçün çalışır. Şəxsi baxımına və inkişafa böyük əhəmiyyət verir. Onun üçün ən vacib şey inamdır.
Bəli, oktyabrın 14-ü haqqında söhbət açdığım şair, ssenarist Turan Uğurun növbəti ad günüdür. Bu dəfə 42 yaşı tamam olur. Bu münasibətlə, onu təbrik edir, möhkəm can sağlığı və yaradıcılıq uğurları arzulayıram. Uğrları bol olsun!
Hörmətlə, Elman Eldaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 13 Oktyabr 2025 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see623

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see270

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see258

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see247

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see232

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see229

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see219

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see217

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see210

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see204

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see196

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see192

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see192

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see185

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see185

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see181

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see179

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see177

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see173

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri