Arda Turanla danışıqların detalları bəlli oldu
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyə Futbol Federasiyası (TFF) milli komandanın baş məşqçisi vəzifəsi üçün Arda Turanın namizədliyini nəzərdən keçirir.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən həftə federasiyada keçirilən iclasda Arda Turanın adı müzakirə olunub. Bildirilib ki, 39 yaşlı mütəxəssis oktyabrın 10-da özəl təyyarə ilə İstanbula gəlib.
Nəşrin iddiasına əsasən, TFF rəhbərliyi Arda Turana rəsmi təklif göndərməyi qərara alıb. Ailəsi ilə məsləhətləşən mütəxəssis milli komandaya rəhbərlik etmək təklifini dəyərləndirib.
Məlumata görə, federasiya ilə ilk təmas zamanı Arda Turan klubunun onun gedişinə razı olmayacağını bildirib. O, müharibə şəraitində Ukrayna təmsilçisini yarı yolda qoymaq istəmədiyini vurğulayıb.
Bundan sonra TFF tərəfindən ona həm klubda, həm də milli komandada eyni vaxtda fəaliyyət göstərmək variantı təklif edilib. Arda Turanın bu məsələni "Şaxtyor Donetsk" rəhbərliyi ilə müzakirə edəcəyi qeyd olunur.
Xəbərdə digər yerli məşqçilərin də namizədlər arasında olduğu bildirilsə də, Arda Turanla razılıq əldə olunmayacağı təqdirdə, əcnəbi mütəxəssislərin namizədliyinin nəzərdən keçiriləcəyi vurğulanıb.
Qeyd edək ki, Arda Turan hazırda Ukraynanın "Şaxtyor Donetsk" klubunun baş məşqçisidir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 12 Oktyabr 2026 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















