Adino Mustedanaqiç: Əsas hədəfimiz oyundan oyuna inkişaf etməkdir
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
"Sabah"ın U-19 komandasının əsas hədəfi oyundan-oyuna inkişaf etməkdir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"a müsahibəsində baş məşqçi Adino Mustedanaqiç bildirib.
Xorvatiyalı mütəxəssis komandasının inkişaf etdiyini söyləyib:
"Əsas komandamız Çempionlar Liqasında iştirak hüququ qazandıqda U-19 komandamızın da UEFA Gənclər Liqasında mübarizə aparacağı məlum oldu. Biz dərhal məqsəd və gözləntilərimizi müəyyənləşdirdik. Əsas hədəfimiz oyundan-oyuna inkişaf etməkdir. Qarşıdakı görüşlərdən də gözləntimiz budur".
O, keçirdikləri matçları şərh edib:
"Mançester Yunayted"lə oyunda əsasən müdafiə olunur, demək olar ki, yalnız qapımızı qoruyurduq. "Slaviya" ilə qarşılaşmada isə daha irəlidə oynamağa, topu saxlamağa çalışdıq və qapıya daha çox zərbə endirdik. Bu da komandanın inkişaf etdiyini göstərir".
Adino Mustedanaqiçin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 15 Oktyabr 2026 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















