Icma.az
close
up
RU
Adino Mustedanaqiç: Futbolçular isə bu nağılın gerçəyə çevrilməsi üçün üzərlərinə düşəni etdilər

Adino Mustedanaqiç: Futbolçular isə bu nağılın gerçəyə çevrilməsi üçün üzərlərinə düşəni etdilər

Icma.az bildirir, sport24.az portalına istinadən.

"Həyəcan, sevinc və düzünü desəm, bir az da inanılmaz bir hissdir. Mövsümə iki komanda ilə başlamaq nağıla bənzəyir – sanki baş verməsi çətin bir şeydir. Təkcə bir komandaya rəhbərlik etmək özü kifayət qədər çətindir, ikisinə rəhbərlik etmək isə daha da çətin. Amma şükür ki, əlimdə zəhmətkeş bir heyət və hər addımda bizi dəstəkləyən klub var idi. Futbolçular isə bu nağılın gerçəyə çevrilməsi üçün üzərlərinə düşəni etdilər". Bu sözləri Sport24.az-a açıqlamasında "Sabah"ın U-19 və əvəzedici komandalarının baş məşqçisi Adino Mustedanaqiç deyib.
Xorvatiyalı mütəxəssis əvəzedicilərin çempionatında çempionluğun taleyi həll olunduğu "Neftçi - 2" ilə matç barədə fikirlərini bölüşüb:
"Əlbəttə ki, rəqibin aldığı qırmızı vərəqə oyuna təsir etdi. Taktiki dəyişikliklər etdik və ikinci hissəyə çox yaxşı başladıq. Düşünürəm ki, bizim təzyiqimiz, tempimiz və qətiyyətimiz də bu qırmızı vərəqəyə təsir göstərdi. Amma qeyd etməliyəm ki, birinci yarıya da yaxşı başladıq, sadəcə "Neftçi"nin cərimə zərbəsi bizi bir az sarsıtdı. Buna baxmayaraq, yenə də çempionluğa layiq qalib ruhumuzu nümayiş etdirdik. İndi istirahət vaxtıdır. Hər zaman olduğu kimi, klub rəhbərliyi ilə birlikdə oturub danışmalıyıq. Keçən il ilk dəfə Avropa turnirində iştirak etdik və ikinci mərhələdən başladıq. Bu il daha yaxşı olmalıyıq".
Mustedanaqiç uşaq futbolundakı əsas problemlərdən söz açıb:
"Keyfiyyət ön planda olmaq əvəzinə, say çoxluğuna üstünlük verilməsi və uzunmüddətli, kompleks yanaşmanın olmamasıdır. Halbuki bütün sahələri bir-birinə bağlı şəkildə inkişaf etdirmək lazımdır ki, istedadların yetişəcəyi mühit formalaşsın".
Qeyd edək ki, "Sabah"ın əvəzedici komandası Azərbaycan çempionatının qalibi olub. "Bayquşlar" mövsümü 69 xalla birinci sırada bitirib.
Komandanın bas məşqçisi Adino Mustedanaqiç eyni zamanda həm də U-19-a rəhbərlik edib və həmin kollektiv də liqasında çempion olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://sport24.az
archiveBu xəbər 27 May 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri