Icma.az
close
up
RU
ADMİU nəzdində Humanitar Kollecdə Gənclər Günü konsert proqramı ilə qeyd olunub

ADMİU nəzdində Humanitar Kollecdə Gənclər Günü konsert proqramı ilə qeyd olunub

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 1 fevral, AZƏRTAC

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) nəzdində Humanitar Kollec və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan konsert proqramı keçirilib.

AZƏRTAC xəbər verir ki, qonaqlar əvvəlcə Humanitar Kollecin xalçaçı və rəssam tələbələrinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Kollecin akt zalında keçirilən bayram tədbiri Dövlət Himni səsləndirilməsi ilə açıq elan olunub, bu günün təsisçisi Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Humanitar Kollecin direktoru dosent Nərmin Qaralova əlamətdar gün münasibətilə müstəqil Azərbaycan gənclərini təbrik edib, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzulayıb. Direktor Gənclər Günü barədə Ulu Öndər Heydər Əliyevin tarixi Sərəncamının əhəmiyyəti və bu sahədə ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə görülən işlər barədə geniş məlumat verərək vurğulayıb ki, bu gün hər sahədə gənclərə göstərilən qayğı, diqqət göz önündədir: “Biz bunu təhsil müəssisəsi olaraq hər zaman hiss edirik. Ümid edirəm, gənclər onlara yaradılan bu şəraitdən səmərəli istifadə edərlər. Bilirsiniz ki, gənclik insan həyatının ən xüsusi, fərqli bir dövrüdür. Bu dövrdə insan öyrənir, daim inkişaf edir, dünyanı dərk etməyə, özünü tapmağa, mənəvi dəyərlərini, gələcəyini formalaşdırmağa çalışır. Ona görə də bu günlərin dəyərini bilmək lazımdır. Qürur hissi ilə qeyd etməliyəm ki, bu gün Humanitar Kollecin tələbələri müxtəlif tədbirlərdə fəal iştirak etməklə mühüm proseslərdə rol oynayır, ölkəmizi xaricdə də layiqincə təmsil etməyə çalışırlar.”

Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxışında deyib: “Ulu Öndər Heydər Əliyevin gəncliyə göstərdiyi qayğının təzahürüdür ki, fevral ayının 2-si respublikamızda Azərbaycan Gəncləri günü elan olunub və 1997-ci ildən etibarən hər il gənclərimiz bu günü qeyd edirlər. Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunmağa başlayıb, dünyada isə yalnız 1999-cu ildə BMT-nın qərarı ilə avqustun 12-si Ümumdünya Gənclər günü elan edilib".

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Səbinə Xasayeva və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədrinin müavini Sevinc Abdullayeva ölkədə gənclərlə bağlı görülən işlərdən danışıb, gəncləri bayram münasibəti ilə təbrik edib, onlara uğurlar arzulayıblar. Natiqlər gənclərin Azərbaycanın gələcəyi kimi dəyərləndirildiklərini, azərbaycançılıq məfkurəsi ruhunda tərbiyə alan bu nəslin dövlətimizin ictimai-siyasi, iqtisadi və mədəni inkişafında mühüm rol oynayaraq ildən-ilə potensialının gerçəkləşdirilməsi üçün daha geniş imkanlar əldə etdiklərini xüsusi vurğulayıblar. Bildiriblər ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti onları vətənpərvər ruhda formalaşdırıb. 44 günlük Vətən müharibəsində düşmən tapdağında olan torpaqlarımızın azad olunması uğrundakı döyüşlərdə əldə olunan tarixi Zəfərimiz bir daha sübut etdi ki, mübariz Azərbaycan gəncliyi vətənimizi qorumağa və bu yolda can verməyə daim hazırdır.

Konsert proqramında ADMİU nəzdində Humanitar Kollecin musiqiçilərdən ibarət müəllim və tələbə heyətinin ifasında “Məhəbbət”, “Alma atdım nar gəldi”, “You are the reason”, "Flamenko”, “Doğma diyar", “Göygöl”, “Həyat sevgisi”, “Bulaq suyu, dağ havası”, "Ritm kompozisiyası", "Şirvan müxəmməsi – Bəhri divani" və "Həyat sevgisi" kimi yerli və xarici bəstəkarların əsərləri səslənib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Fevral 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri