Icma.az
close
up
RU
ADMİU nəzdində Humanitar Kollecdə Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib

ADMİU nəzdində Humanitar Kollecdə Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ADMİU nəzdində Humanitar Kollecdə PHŞ-ın Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə 8 Noyabr — Zəfər Günü münasibətilə konsert proqramı keçirilib.

Kollecin mətbuat xidmətindən xalqcebhesi.az-a verilən məlumata görə, tədbir 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş kollecin altı məzununun xatirəsinin anılması ilə başlayıb. İştirakçılar şəhidlərin xatirə lövhəsinin önünə tər güllər düzərək onların əziz xatirəsini ehtiramla yad ediblər. Ardınca Dekorativ-tətbiqi sənət və Bədii xalça ixtisası tələbələrinin hazırladıqları, Zəfər Gününə həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Daha sonra tədbir kollecin akt zalında davam edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Humanitar Kollecin direktoru, musiqişünas dosent Nərmin Qaralova açılış nitqi ilə çıxış edərək tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib. O qeyd edib ki, “düz 5 il öncə, 2020-ci ilin unudulmaz payızında Azərbaycan xalqı bir amal uğrunda — Vətən uğrunda bir yumruq kimi birləşdi. 44 gün ərzində biz əsrlərin həsrət yükünü çiynimizdən atdıq və azadlığa qovuşduq. Bu gün ‘Qarabağ Azərbaycandır!’ sözünü qürurla deyiriksə, bunu şəhidlərimizin qanı, xalqımızın birliyi və Ali Baş Komandanın müdrik rəhbərliyi sayəsində əldə etmişik.”

Tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədr müavini Sevinc Abdullayeva da çıxış edib. O bildirib ki, 8 Noyabr tarixinin Zəfər Günü kimi qeyd olunması Prezident İlham Əliyevin xalqımıza ən böyük hədiyyəsidir. “Bu zəfər təkcə torpaqlarımızın azadlığı deyil, milli kimliyimizin və qürurumuzun bərpasıdır. Qələbə, Azərbaycan xalqının birliyi və şəhidlərimizin fədakarlığı ilə mümkün olub.”

Tədbirdə iştirak edən Naxçıvan Musiqi Kollecinin direktoru, əməkdar müəllim Məhəbbət Babayeva və sənət adamı Xədicə Sənanqızı da çıxış edərək, Azərbaycan Ordusunun qəhrəmanlığından və Zəfərin xalqımız üçün mənəvi qürur mənbəyi olmasından danışıblar. Onlar gəncləri vətənpərvərlik ruhuna sadiq qalmağa, sənət vasitəsilə bu dəyərləri yaşatmağa çağırıblar.
Tədbirin bədii hissəsində kollecin müəllim və tələbə heyətinin ifasında “Ritm kompozisiyası”, “Qarabağ havası”, “Vətən, sənə vurulmuşam”, “Azərbaycan”, “Vətən marşı”, “Zəngəzur”, “Zəfər mahnısı”, “Min yaşasın”, “Ey Vətən”, “Anam Azərbaycanım”, “Azərbaycanım mənim” kimi vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib ifa olunub.

Kollecin tələbələri Gülçin Tanrıverdiyeva və Canəli Canəliyev isə Zəlimxan Yaqubun “Qələbə, qələbə, yalnız qələbə” və Asim Yadıgarın “Zəfər yolu” şeirlərini səsləndirərək tamaşaçılara təsirli anlar yaşadıblar.

Tədbir Zəfər Gününə həsr olunan qürur və minnətdarlıq duyğuları ilə yekunlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 05 Noyabr 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see252

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see160

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see154

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see128

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri