Icma.az
close
up
RU
Adnanın DTX da ilk günü PƏRVİZ HƏŞIMLI YAZIR

Adnanın DTX da ilk günü PƏRVİZ HƏŞIMLI YAZIR

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yaşadığı zəngin həyatının hər anını ictimailəşdirməkdən çəkinməyən iş adamı  Adnan Əhmədzadənin həbsi ətrafındakı müzakirələr  onun ittiham olunduğu cinayətdən daha çox həyat tərzi ətrafında aparılır.

Adnan Əhmədzadə indi DTX-nın İstintaq Təcridxanasındadır.

Bir zamanlar yolu o təcridxanaya düşən adam kimi Adnanın oradakı ilk gününü təsvir edim.

Əvvala onu deyim ki, Prezidentdən medal alması, ölkə başçısı ilə zaman-zaman görüşü, Messini Azərbaycana gətirməsi və sair hallar onu böyük ehtimalla öz nəzərində toxunulmaz etmişdi.

Bu cür adamlar isə həbs kimi məhrumiyyətli həyata psixoloji cəhətdən hazır olmur.

Ona görə də Adnan DTX-ya “sönmüş” vəziyyətdə daxil olub.

Bir neçə saatını istintaq otağında yaxud da rəhbərlikdən kiminsə sorğu- sualında keçirən Adnan əsl şokdan  sonuncu mərtəbəyə- təcridxanaya qalxanda ayılır.

Bu dəfə onun üzünə  harasa getdiyində  taybatay açılan İtaliya istehsalı olan dəbdəbəli qapılardan  deyil.

Əməliyyatçların təcridxanaya gətirdiyi Adnanın burada  ilk eşitdiyi və həyatının sonuna kimi  unutmayacağı bir səs qulağına həkk olur.

Bu,  böyük açarları dəmir qapılara salanda şaq-şaqqıldayan ağır qapıların səsidir.

Olduqca soyuqqanlı nəzarətçi onu girişdə qəbul edir.

“Niyə tutulmusan, günahın var, yaxud da yoxdur. Bunun bizə heç bir aidiyyəti yoxdur. Burada bütün qaydalara əməl etməlisən”  deyə soyuqqanlı nəzarətçi bu dəfə ondan əllərini qaldıraraq yoxlamaya hazır olmağı tələb edir.

Xatırlayıram,  bu söz mənə deyiləndə Eldar Mahmudov başda olmaqla , məni şərləyən hər kəsi uca səslə söymüşdüm və “mənim yerim bura deyil” demişdim.

Üst-baş yoxlanır. Kəmərini verir, ayaqblarının kəndiri varsa, onu da verir, cibindəki əşyaları da həmçinin təqdim edir.

Və beləcə təcridxana həyatına ilk qədəmlərini basır.

Böyük ehtimalla təkadamlıq kameraya salınır. Bu an nəzarətçi ona başa salır ki, su istəsə qapını taqqıldada bilər.

Saat 22.00 yatmaq vaxtıdır. Yerində uzanmalısan,  gəzmək olmaz.

Adnan isə çarəsiz halda çarpayıda oturur, iki əlləri ilə  başından bərk-bərk yapışır və var gücü ilə üzünə qədər sürüşdürür.

Ətrafa baxır,  yerdə betona bərkidilmiş dəmir masa və ona bitişik oturacag. Qədim hamamlara oxşayan təcridxana otağında gözünə açıq şəraitdə olan unitaz və onun yanında su kranı dəyir.

Başını yuxarı qaldıranda isə əlinin çatmadığı çox yüksəklikdə olan pəncərəni görür.

Sonrakı günlər o pəncərəyə gələn qonaqlarını  – göyərçinləri görəcək.

Hə, bir də Alov Qüllələrinin gecə ətrafa yayılan işıqları da onun bədənini başqa bir qərbiçlik hissi ilə bürüyəcək.

Fikirlərə daldığı an yenə də ağır iri  açarların qapıya taxıldığını hiss edir  və ayağa qalxır.

Nəzarətçi əlində gətirdiyi alüminium boşqab və stəkan göstərərək “yeyəndən sonra yuyarsan” deyərək gətirdiklərini ona verir.

Xatırlayıram, çox təəccüblənmişdim,  sual da etmişdim ki, bu nədir, bunda yemək yeyilər?

Yəqin ki, Adnan bu sualı vermədən səssizcə qab-qacağını qəbul edir.

Uşaqları, ailəsi gözündə canlanır. Həyatın artıq onun üçün bitdiyini düşünür. Bilir ki, qurtulması mümkün olmayan  dərin və qaranlıq quyunun dibindədir.

“Odboy” vaxtıdırsa, uzanır. Səhərə kimi yata bilmir.

Düşüncələr onu çox uzaqlara aparır. Arada onu bu fikirlərdən ayıran isə nəzarətçinin qapıya yaxınlaşıb gözlükdən onu güdməsini hiss etməsi olur .

Təzə məhbus olanda nəzarətçilər səhərə kimi onu davamlı nəzarətdə saxlamalıdır.

Adnan səhərə kimi “dağı-arana, aranı da dağa daşıya” qalır. Səhərə yaxın yuxu onu aparır.

Amma gözünün acısını açmağa macal tapmamış saat 6-olur.

Dəhlizdən “Qalx” komandası onun yuxusuna haram qatır.

Oyanır və yerini qaydaya salır, çarpayıda oturur.

Bir az keçəndən sonra qapısının üstündəki “fortuşka” açılır nəzarətçi ona yemək təklif edir.

Axşamdan ona verilən  kasanı uzadır.  Nəzarətçi bir çömçə mannanı tökür  kasa alüminium olduğundan əlini yandırır.

Eyni acını çay alanda da yaşayır.

1-2 saniyə içərisində masaya qoymasa adamı  qışqırdacaq səviyyədə əllərin yanır.

İlk gündür, heç nə boğazından keçəsi deyil.

Cəhd edir ki, bir -iki qaşıq da olsa udsun, amma manna belə  boğazından keçmir ki, keçmir.

Keçəsi də deyil.

Amma alışacaq, insan oğlu hər zülmə tabedir.

Həyat isə davam edir…

Pərviz Həşimli 

Gununsesi.info 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 22 Sentyabr 2025 02:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see259

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see217

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see205

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see199

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see198

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see197

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see196

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see195

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see195

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see191

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see188

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see188

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see184

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see183

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see180

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see173

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see173

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see173

Səssiz irəliləyən xərçəng növü İlk əlamətləri bunlardır

26 Sentyabr 2026 14:14see171

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri