Icma.az
close
up
RU
İnsan hüquqları bizə niyə lazımdır? PƏRVİZ HƏŞİMLİ YAZIR

İnsan hüquqları bizə niyə lazımdır? PƏRVİZ HƏŞİMLİ YAZIR

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Əslində bu qeydləri  məhz dünən – 10 Dekabrda qələmə almaq istəyirdim. 

Ancaq günün sonuna kimi müşahidə etdim, görək, özünün ana qanununda “demokratik”, “hüquqi” dövlət quruculuğunu prioritet tutan, Avropa Şurasının üzvü olan, Avropa İttifaqı ilə uzun bir yol gələn, iqtisadi inkişad üçün  azad bazar iqtisadiyyatı yolunu tutan Azərbaycanda 10 Dekabr-Beynəlxalq İnsan Hüquqları Günü necə qeyd olunacaq.

Rastıma yalnız Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Orucun bir qeydi çıxdı.

Zahid Oruc yazır ki,  Azərbaycan üçün isə insan hüquqlarının ən böyük təntənəsi torpaqlarımızın işğaldan azad olunması və Böyük Qayıdış prosesinin başlanmasıdır.

Təbii ki, bu bir həqiqətdir, tariximizin şanlı səhifəsidir.

Amma cəmiyyət yaşamalıdır, inkişaf etməlidir.

Suveren Azərbaycanın qarşısında növbəti prioriteti demokratikləşmə olmalıdır.

Etiraf edək ki,  ölkəmizin məhkəmə-hüquq sistemində ciddi problemlər var.

İnsan hüquqları ilə bağlı  bir xeyli məsələlər var ki, onların həlli Azərbaycan üçün vacibdir.

Ola bilsin ki, dəyişən geosiyasi şərait səbəbindən hökumət bu sahəyə önəm vermir.

Amma biz güclü Azərbaycan qurmaq istəyiriksə, inkişaf etmək istəyiriksə, bu problemləri həll etməliyik.

Dəfələrlə vurğulanıb ki, neft dönəmi bitir.

Azərbaycana sərmayə lazımdır.  Sərmayə üçün də azad məhkəmə -hüquq sistemi vacib şərtdir.

Azərbaycana sərmayə qoymaq istəyən xarici investorlar isə çağırışlarını hər zaman qulaqardına vurduğumuz beynəlxalq  insan haqları təşkilatlarının hesabatına baxır.

Təəssüf ki, bu hesabatlarda Azərbaycan ciddi tənqid hədəfindədir.

Kifayət qədər mütərəqqi qanunvericilik bazamız var.

Bunun üçün zamana da ehtiyac yoxdur.

Avropa Şurasına daxil olandan sonra ciddi nailiyyətlər əldə etmişik.  Bu prosesə yenidən qayıdılmalıdır.

Həbsdə olan bütün ictimai-siyasi fəalları, jurnalistləri azad etməklə dövlətimiz güclü olduğunu bir daha ifadə etmiş olar.

O insanların həbsdə qalması dövləti güclü etmir. Əksinə, onların hər birinə vətəndaş gözüylə baxmaq lazımdır.

Bugün o insanların bir qismi azadlıqda olsaydı,  Azərbaycan daha bir ilini -2026-cı ili AŞ PA-dan kənarda qalmazdı.

Bu üzücüdür.

Cəbhə xəttində məğlub etdiyimiz Ermənistan bugün AŞ PA-da təmsil olunur. Avropa İttifaqı ilə sıx əməkdaşlığa keçib.

Artıq ermənilər Avropaya sadə viza ilə gedirlər.

Biz də Avropa İttifaqı ilə illər əvvəl başlanan tərəfdaşlığımızı və əməkdaşlığımızı gücləndirməliyik.

Bu əməkdaşlıq həm təhlükəsizlik, xalqımıza gələcəkdə ləyaqətli həyat vəd edir.

Ermənistan bunu edir, biz niyə etməyək?

Ermənilərdən fərqli olaraq, demokratik dövlətçilik ənənəmiz var.

Ermənistan bir neçə il əvvəl Rusiyanın forpostu olanda Azərbaycan özünün Milli Təhlükəsizlik Konsepsiyasında xarici siyasət kursu kimi Avropa və Avroatlantik strukturlara inteqrasiya kursunu prioritet elan edib.

Pərviz Həşimli

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:235
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 11 Dekabr 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri