Icma.az
close
up
RU
ADNSU: Bir neçə müəllimin əsassız iddiaları universitetin imicinə zərər vurur, tələbələrə mənfi təsir göstərir

ADNSU: Bir neçə müəllimin əsassız iddiaları universitetin imicinə zərər vurur, tələbələrə mənfi təsir göstərir

Pravda.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Son günlərdə bəzi informasiya portallarında Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bir neçə müəllimin iş müqavilələrinin uzadılması üzrə müsabiqələrin nəticələri haqqında böhtan xarakterli fikirlər yer alıb. Xatırladaq ki, ali təhsil müəssisələrində kafedra müdiri, professor-müəllim vəzifələrinin tutulması haqqında Əsasnaməyə əsasən müəllim vəzifəsi müsabiqə yolu ilə 5 il müddətinə seçilir. Müddəti başa çatmış müəllimin vəzifəsinin tutulması üçün açıq müsahibə elan olunur və kafedra əməkdaşlarının səsverməsi yolu ilə həmin vəzifəyə seçki həyata keçirilir. Ən yaxşı müəllimlərin müsabiqə yolu ilə tədrisə cəlb edilməsi ali məktəblər üçün prioritet məsələlərdən olduğundan ADNSU-da səsvermənin bütün mərhələlərinin açıq və ədalətli keçirilməsi təmin edilib. Müsabiqənin nəticələrindən narazı qalan müəllimlərin şikayətləri istər Nəsimi rayonu Məhkəməsində, istərsə də Bakı Appelyasiya Məhkəməsində təmin olunmayıb, araşdırma zamanı şikayətlərdə qeyd olunan faktlar öz təsdiqini tapmayıb.

Bu barədə Pravda.az-ın sorğusuna cavab olaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) bildirilib.

"Bəzi məqalələrdə ADNSU-nun rektoru vəzifəsini müvəqqəti icra edən dosent Vazeh Əskərovun rəhbəri olduğu universitetdə guya ikinci ali təhsil alması barədə qeydlər həqiqəti əks etdirmir və elektron təhsil sistemi sayəsində bunu bir neçə kliklə öyrənmək olar.  ADNSU obyektiv səbəblər üzündən yollarını ayırdığı müəllimlərin bir neçə informasiya portalında qərəzli kampaniya aparmasından təəssüf hissi keçirir. Ölkəmizin ən nüfuzlu ali məktəblərindən biri olan ADNSU-da son bir il ərzində müəllimlərin əmək haqqı 20% artıb, müəllimlərin dərs yükü azaldılıb, elmlə məşğul olmaq imkanlarının genişlənməsi sayəsində onların beynəlxalq elmi jurnallarda rekord sayda məqaləsi dərc olunub, alimlərimizin təqribən 70%-i əlavə maaş alır, yeni laboratoriyalar, karyera mərkəzi, layihələrin idarəolunması ofisi açılıb, universitetimiz nüfuzlu beynəlxalq reytinqlərdə irəliləyib, neft mühəndisliyi ixtisası üzrə dünyanın ən yaxşı ali məktəbləri sırasına daxil olub. Bir neçə müəllimin əsassız iddiaları universitetimizin imicinə zərər vurmaqla yanaşı ADNSU-da çalışan, hər gün öz biliklərini gənc nəslə ötürən yüzlərlə müəllimə, eləcə də bizdə təhsil alan 20,000-dək tələbəyə mənfi təsir göstərir. Biz, akademik mühitimizlə bağlı məsələlərin obyektiv və ədalətli müzakirəsinə çağırırıq. Belə sui-istifadələr gələcəyin mütəxəssislərinin formalaşdırılmasına, ölkəmizdə elm və təhsilin inkişafına kölgə salır", - məlumatda qeyd olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://pravda.az
archiveBu xəbər 15 Yanvar 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see177

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see142

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see137

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see137

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see135

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see134

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see134

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see133

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see131

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see128

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see126

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see125

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see125

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see121

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see121

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see116

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri