Icma.az
close
up
RU
Ermənistan deputatının əsassız iddiaları ifşa olunub

Ermənistan deputatının əsassız iddiaları ifşa olunub

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Yeni texnologiyalar və sosial media dünya üzrə seçkilərə təsir edib. Məsuliyyətlə istifadə edildikdə, onlar şəffaflığı, vətəndaş iştirakını və daha geniş iştirakçılığı təşviq edərək demokratiyanı gücləndirir. Lakin onlar, həmçinin yanlış məlumat, saxta xəbərlər və ictimai rəyin manipulyasiyası kimi çətinliklər yaradır. SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva qurumun qış sessiyası çərçivəsində Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər üzrə Ümumi Komitədə “Yeni texnologiyaların və sosial medianın seçkilərə təsirləri” mövzusunda xüsusi müzakirədə çıxışı zamanı deyib.

Sevinc Fətəliyeva bildirib ki, Azərbaycan rəqəmsal platformaların seçkilərdə həm imkanlarını, həm də risklərini tanıyır. Media dəqiq məlumatın təmin edilməsində və açıq siyasi dialoqun asanlaşdırılmasında mühüm rol oynayır. Seçki qanunvericiliyimiz ənənəvi və rəqəmsal mediaya bərabər çıxışı təmin edərək ədalətli rəqabəti təşviq edir. Onun sözlərinə görə, Mərkəzi Seçki Komissiyası (MSK) şəffaflığı artırmaq üçün qabaqcıl texnologiyaları tətbiq edir. Onlayn platformalar seçici qeydiyyatı, prosedurlar və nəticələr barədə real vaxt yeniləmələri təmin edərək ictimai etimadı gücləndirir və gənc seçiciləri cəlb edir.

“Eyni zamanda, sosial media manipulyasiya alətinə çevrilib. Sensasion məzmunu üstün tutan alqoritmlər tərəfindən yayılan saxta xəbərlər seçiciləri yanıltmaq və demokratik institutları sarsıtmaq potensialına malikdir. Bununla mübarizə azad sözün qorunması ilə yanaşı, beynəlxalq əməkdaşlıq tələb edir. Azərbaycan rəqəmsal savadlılıq proqramları və qəsdən dezinformasiya yayanlara qarşı hüquqi tədbirlər vasitəsilə yanlış məlumatlara qarşı fəal mübarizə aparır, əsas azadlıqları qoruyur”, - deyən nümayəndə heyətinin üzvü əlavə edib ki, 2024-cü ildə ilk dəfə olaraq, prezident və parlament seçkiləri bütün Azərbaycan ərazisində, o cümlədən işğaldan azad edilmiş bölgələrdə keçirilib. Bu da Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasında tarixi bir mərhələdir.

Mövzu ilə bağlı məruzəçinin hazırladığı sənəddə Azərbaycan haqqında məqamlara cavab olaraq Sevinc Fətəliyeva bildirib: “Seçkilər ölkəmizdə yaxşı qurulmuş prosedurlarla ədalətli şəkildə keçirilir və milyonlarla vətəndaş səsvermə hüququndan istifadə edir. Azərbaycan güclü, aktiv, müstəqil mediaya və ictimai həyata fəal töhfə verən canlı bir vətəndaş cəmiyyətinə malikdir. Əlavə olaraq, Azərbaycan seçkilərdə obyektivliyi qorumaq üçün süni intellektin inteqrasiyası və kibertəhlükəsizlik sahəsində irəliləyişlər əldə edib. Etik süni intellekt tədbirləri və gücləndirilmiş kibertəhlükəsizlik təşəbbüsləri ölkəmizi demokratik proseslərin qorunmasında lider mövqeyinə yüksəldir. Azərbaycan demokratiyanı qorumağa və rəqəmsal dövrdə seçki bütövlüyünü təmin etmək üçün bütün millətlərlə əməkdaşlığa sadiqdir”.

Komitə iclasındakı çıxışında Sevinc Fətəliyeva, həmçinin Ermənistan parlamentinin deputatı Lilit Galstyanın müzakirələrdən kənar, Azərbaycana qarşı əsassız iddialarına da cavab verib. Belə ki, erməni deputat çıxışında hazırda Bakıda məhkəməsi keçirilən Azərbaycan dövlətinə və xalqına qarşı ağır cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxsləri, xüsusilə Ruben Vardanyanı “hərbi əsir” kimi təqdim edərək onların məhkəməsinin obyektivliyi ilə bağlı tədbir iştirakçılarında yanlış rəy formalaşdırmağa çalışıb. Sevinc Fətəliyeva isə erməni deputatın yalanlarını ifşa edərək deyib: “Azərbaycanın milli qanunlarına və beynəlxalq konvensiyalara uyğun olaraq, öz ərazisində cinayətlərdə, o cümlədən müharibə cinayətləri və terrorizmdə ittiham olunan şəxsləri araşdırmaq və mühakimə etmək suveren hüququ var. Ruben Vardanyan və ölkəmizin Qarabağ bölgəsindən olan digər 15 şəxs terrorizm, soyqırımı və müharibə cinayətləri ilə ittiham olunurlar. Azərbaycan bu məhkəmə proseslərini şəffaf şəkildə və hüquqi standartlara uyğun aparır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Fevral 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see387

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see352

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see332

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see331

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see329

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see311

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see307

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see284

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see274

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see264

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see263

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see257

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see256

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see255

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see238

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see218

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see214

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see206

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri