Icma.az
close
up
RU
ADNSU da QALMAQAL: Nə baş verir? Yeni rektorun...

ADNSU da QALMAQAL: Nə baş verir? Yeni rektorun...

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Fevralın 3-də təyinatından bir il ötən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Rüfət Əzizovdan və onun ali məktəbin rəhbərliyinə gətirdiyi yeni komandadan ciddi narazılıqlar var.

Bakıvaxtı.az xatırladır ki, dosent R. Əzizov daha əvvəl Sumqayıt Dövlət Universitetinin rektoru olub və apardığı islahatlarla tanınıb. Onun rektor olduğu dövrdə bu universitetdə tüğyan edən rüşvətxorluq və digər neqativ hallar kəskin azalıb.

Elm və təhsil naziri Emin Əmrullayev də onu ADNSU kollektivinə təqdim edərkən bu nailiyyətlərini xatırladıb. Nazir onun əldə etdiyi uğurlardan bəhs edərək, Rüfət Əzizovun ADNSU-ya rəhbərliyi dövründə istər tədris, istərsə də elm sahəsində ciddi nailiyyətlər əldə olunacağına əminliyini vurğulayıb.

Rektor da nazir və kollektiv qarşısında söz verib ki, universitetin daha da inkişaf etdirilməsi istiqamətində çalışacaq və dövlət başçısının etimadını doğruldacaq.

Heç şübhəsiz, müsbət imici ilə ad qazanmış Rüfət Əzizovun rektor təyinatı uzun müddət bərbad idarəçilikdən doğan problemlərdən əziyyət çəkən ADNSU kollektivini də sevindirib. Çünki rektor əvəzi, dosent Vazeh Əsgərovun “dövründə” universitetin müəllim-professor heyəti yerli medianın gündəmindən düşmürdü. Qanunsuzluq və ədalətsizliklə bağlı şikayətlərin ardı-arası kəsilmirdi.

Görünür, məhz buna görə V. Əsgərovun rektor olmaq arzusu baş tutmadı. O, hazırda ADNSU-nun strateji məsələlər üzrə prorektorudur. Yeri gəlmişkən, universitetin strateji məsələlərinin əhatə dairəsi açıqlansa, ictimaiyyət Vazeh müəllimin böyük məsuliyyət yükünün mahiyyətini anlayardı.

Nə qədər qəribə də olsa, universitetdən “AzPolitika”ya verilən məlumatlar yeni rektorun da sələfinin yolunu davam etdirdiyi barədə təsəvvür yaradır. R. Əzizovun təyinatından sevinənlər indi məyusluq içərisindədirlər, çünki onların işi və karyerası təhlükə altındadır.

Məlumat verən mənbə bildirir ki, cənab Əzizovun "komandası” dekan və kafedra müdirlərini sıxışdıraraq vəzifədən çıxarır, onların yerinə isə öz “adamlarını” təyin etdirir.

Qeyd olunur ki, yeni komandanın əsas tələbi ingilis dilini bilməkdir.

“Ağzına gələni danış, amma ingiliscə! Tələb budur. Müəllimləri çox sıxışdırırlar, fikirlərini nəzərə almırlar, hərədə bir "səhv" tuturlar, tez-tez izahat yazdırırlar. ‘Köhnə kadrsan’, ‘səninlə işləmək istəmirəm’, ‘biz varıq, qalan heç kimdir’, – deyirlər”, – deyə mənbə şikayətlənir.

Məlumatda daha sonra qeyd olunur ki, yeni rəhbərliyin professorlara da münasibəti yaxşı deyil. Son zamanlar hərəsinə bir bəhanə ilə  6 professor həm işdən, həm də vəzifədən çıxarılıb.

Mənbə vurğulayıb ki, rektorun humanitar məsələlər üzrə müşaviri Nəsibə xanım və İnsan resursları şöbəsinin rəhbəri Günay xanım universitetin kadr heyətinə qarşı təzyiqlərdə xüsusi rola malikdirlər. Şöbə müdirinin aldığı maaş isə professorların maaşından 2 dəfə, dosentlərin maaşından 2.5 dəfə çoxdur...

Rüfət Əzizovun fəaliyyətindən narazı olan professor-müəllim heyəti onun kollektivə təqdimatı zamanı nazir Emin Əmrullayevin qarşısında verdiyi sözləri xatırladaraq, vədləri ilə əməllərinin uyğun gəlməməsindən təəssüfləndiklərini vurğulayırlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 02 Aprel 2026 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see430

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see336

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see330

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see298

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see246

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see245

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see234

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see214

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see214

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see205

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see201

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see200

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see198

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see197

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see193

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see190

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see181

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri