Icma.az
close
up
RU
Xankəndidəki qalmaqal: sahibkar cavab yazdı Nə baş verir?

Xankəndidəki qalmaqal: sahibkar cavab yazdı Nə baş verir?

Icma.az bildirir, Axar.az portalına istinadən.

Xankəndi şəhər Karl Marks küçəsi ev 32-də qeydiyyatda olan, Gəncə şəhər Müəllimlər İnistutunun Yataqxanasında müvəqqəti məskunlaşan fərdi sahibkar Səfər Vəlyəddin oğlu Salmanov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmi açıqlamasına cavab göndərib.

Axar.az-ın redaksiyasına ünvanlanan müraciətdə sahibkar (12.10.1983-cü il təvəllüdlü) işğaldan azad edilmiş torpaqlarda sahibkarlıq fəaliyyəti göstərmək üçün yalnız cənab Prezidentə “mətbuat vasitəsi ilə müraciət edəndən sonra” süni maneələrin aradan qaldırıldığı və ona sahibkarlıq fəaliyyəti göstərməsi üçün yer ayrıldığını bildirib.

“Lakin mənim fəaliyyətimin bir ili tamam olmamış icarə haqqının qaldırılması Xankəndi xüsusi nümayəndəliyinin əməkdaşları, xüsusən Azər Şərbətov tərəfindən qeyri-rəsmi tələb edilməyə başlanıldı. Mən də onların diqqətinə çatdırdım ki, hələ bir müddət öncə mən icarə haqqının aşağı salınması ilə bağlı müraciət ünvanlasam da, siz ona cavab verməmisiniz”, - o qeyd edib.

Sahibkarın iddiasına görə, “Xankəndi Xüsusi nümayəndəliyinin yaydığı məlumat” həqiqətəuyğun deyil, təhrif edilib:

1. “Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 29.11.2007-ci il tarixli 191 nömrəli qərarına əsasən qiymətləri Nazirlər Kabineti müəyyən edir, Publik hüquqi şəxs deyil. İdarəetmə Publik hüquqi şəxsə verilsə də, icarə qiymətləri qanunla tənzimlənir. Həmin qaydalara əsasən hesablanılarsa, mənim icarə haqqı kimi ödəyəcəyim illik icarə məbləği 625 km sahə üçün 4500 manat olar. Halbuki mən hazırda illik icarə haqqı kimi 17.700,0 manat ödəniş edirəm. Lakin Xüsusi nümayəndəlik bunu illik 30.000,0 manata qaldırmaq istəyir.

2. Xüsusi nümayəndəlik mənim cənab Prezidentə etdiyim şikayətə cavab olaraq bildirir ki, guya mən şəhərsalma və memarlıq normalarını pozaraq müvafiq qurumların razılığı olmadan qeyri-qanuni tikinti, manqalxana inşa etmişəm. Buna cavab olaraq bildirirəm ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1-ci maddəsinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli sahələrin tikintisinə icazə tələb edilmir. Hündürlüyü 3 metr, ümumi sahəsi 13 kv.m olan manqal üçün hansı qrumdan icazə almalı olduğumu xüsusi nümayəndəlik mənə izah etsin xahiş edirəm. Azərbaycan Respublikası Konstitusiyasına əsasən mülkiyyət toxunulmazdır. Yaxşı olardı ki, Xankəndi Xüsusi nümayəndəliyi Məhkəmə qərarı olmadan mülkiyyətimi məhv etməsinin əsasını göstərsin.

3. Müqavilə müddətinin bitməsi və mənim qeyri-qanuni fəaliyyət göstərməyim ilə bağlı bildirirəm ki, “Xankəndi, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ ilə rəhbəri olduğum “XAN ARAZ 2024” MMC arasında bağlanmış 11.04.2024-cü il tarixli birgəfəaliyyət haqqında müqavilənin 9.1-ci bəndinə əsasən müqavilənin müddəti bir illik bağlanmışdır. Müqavilə müddətinin bitməsinə 1 (bir) ay qalmış tərəflərdən biri birgə fəaliyyətə xitam vermək niyyətini bildirmədiyi təqdirdə müqavilənin müddəti növbəti bir ilə uzadılmış hesab edilir. Göründüyü kimi, Xüsusi nümayəndəliyin bu açıqlaması da tamamilə əsasız arqumentdən və özünümüdafiə taktikasından başqa bir şey deyildir.

4. Mənim sahibkarlıq fəaliyyəti göstərdiyim XAN ARAZ restoranına 200 min manatdan çox investisya qoymağım ilə bağlı da bildirirəm ki, investisyanı qoyan və xərci çəkən mənəm və çəkdiyim xərcin uçotunu dəqiq aparmışam. Xüsusi nümayəndəlik mənim obyektimdə heç bir rəsmi qiymətləndirmə aparmadan mənim iddiamı təkzib etməsi də tamamilə əsassızdır. Mənim icarə götürdüyüm vaxt da obyektin video və foto çəklişləri var, indi də. İstənilən ekspertin cəlb edilməsinə etiraz etmirəm”.

Redaksiyadan zəruri qeyd:

Sahibkarın mövqeyi baxımından redaksiyaya ünvanladığı müraciəti olduğu kimi təqdim etsək də, işarələdiyi 4 bəndlə bağlı bəzi suallar bizim üçün açıq qalır:

1. “Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği”nin təsdiq edilməsi haqqında NK-nın 2007-ci il qərarı, yəni 18 il öncəki icarə şərtlərini sahibkarın tələb etməsi doğrudurmu? 18 il öncəki qiymətlərləmi müştərilərə xidmət edir ki, 626 kv.m sahə (!!!) üçün illik 17,7 min, yəni aylıq 1,5 min manat civarında ödənişə etiraz edir?

2. Sahibkar yazır: “Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1-ci maddəsinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli sahələrin tikintisinə icazə tələb edilmir”.

Əvvəla, sözügedən bənd olduğu kimi belədir:

“79.1. Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur:

79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin…”

Manqalxana – kənd, meşə təsərrüfatı və balıqçılıq fəaliyyətinə aid deyil!

Digər tərəfdən, sözügedən qanunun təfsirində bildirilir: “Bu qayda, əlbəttə, tikintinin digər tərəflərini, məsələn, təhlükəsizlik, tikinti standartları və şəhərsalma planları ilə bağlı qaydaları təsirsiz hala gətirmir. Bunlar əsasən tikintinin məqsədinə, yerinin təyin edilməsinə və digər amillərə görə tətbiq olunur”.

3. Sahibkar bildirir: “Müqavilə müddətinin bitməsinə 1 (bir) ay qalmış tərəflərdən biri birgə fəaliyyətə xitam vermək niyyətini bildirmədiyi təqdirdə müqavilənin müddəti növbəti bir ilə uzadılmış hesab edilir”.

Tərəflərin bir-birindən narazılığı icarə müqaviləsi və manqalxanadan başlayıb və artıq media müstəvisinə çıxıb. Bu halda tərəflərdən birinin “etiraz etmədiyini” iddia etmək olmur.

4-cü bəndlə bağlı mövqeyi - investisiya qalmaqalını ekspertlər həll edə bilər, sahibkar isə video-sübutları yaysa, mövqeyini gücləndir bilər – və yaxud əksinə!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:225
embedMənbə:https://axar.az
archiveBu xəbər 11 İyun 2025 20:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see596

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see421

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see304

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see284

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see279

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see269

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see258

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see256

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see239

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see233

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see210

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see203

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see203

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see198

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see187

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see182

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see176

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see176

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri