Icma.az
close
up
RU
ADNSU məzunları üçün təntənəli “Məzun Günü” keçirilib FOTOLAR

ADNSU məzunları üçün təntənəli “Məzun Günü” keçirilib FOTOLAR

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İyunun 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) məzunları üçün Avropa Oyunları Parkındakı təntənəli “Məzun Günü” tədbiri təşkil olunub. SİA tədbirdə dövlət qurumlarının, müxtəlif nazirliklərin və özəl müəssisələrin rəhbər şəxsləri, millət vəkilləri, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. ADNSU-nun rektoru, dosent Rüfət Əzizov “Məzun Günü”ndə açılış nitqi ilə çıxış edərək ali təhsilin inkişafında dövlət siyasətinin əhəmiyyətini vurğulayıb. O bildirib ki, ADNSU bu gün Azərbaycan iqtisadiyyatı üçün yüksək ixtisaslı mütəxəssislər hazırlayan aparıcı təhsil müəssisələrindən biridir. Dosent Rüfət Əzizov məzunlara müraciət edərək qeyd edib ki, onlar universitetin adını hər zaman uca tutmalı, qazandıqları bilik və bacarıqlarla ölkənin iqtisadi inkişafına öz töhfələrini verməlidirlər. Elm və təhsil nazirinin müavini İdris İsayev, Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov çıxış edərək Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətə davamlı şəkildə inkişaf etdiyini diqqətə çatdırıblar. Məzunları təbrik edən nazir müavinləri çıxışlarında ADNSU məzunlarının ölkə iqtisadiyyatının, xüsusən də sənaye və enerji sahələrinin inkişafına mühüm töhfə verəcəyinə əmin olduqlarını bildiriblər. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, ADNSU-nun məzunu Arzu Cavadova universitetdə keçirdiyi tələbəlik illərini xatırladaraq bildirib ki, ADNSU-da formalaşan bilik və peşəkar baza hər bir məzunun gələcək karyerasında əvəzsiz rol oynayır. O, universitetin yetişdirdiyi mühəndislərin ölkənin neft və sənaye sektorunda mühüm layihələrə imza atdığını vurğulayıb. Qeyd edək ki, bu il ADNSU-nu 4 mindən çox məzun bitirib.

Tədbirdə fakültələr üzrə fərqlənən məzunlara mükafatlar təqdim olunub. Rəsmi hissədən sonra “Məzun Günü” tədbiri sənət adamlarının və tələbələrin musiqi ifaları ilə davam etdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://sia.az
archiveBu xəbər 01 İyul 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see359

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see235

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see179

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see174

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see164

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see158

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see157

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see153

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see143

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see141

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see140

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see137

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see136

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see136

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see135

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri