Icma.az
close
up
RU
ADNSU nun 10 magistr tələbəsinə təqaüd veriləcək FOTOLAR

ADNSU nun 10 magistr tələbəsinə təqaüd veriləcək FOTOLAR

Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Rüfət Əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov qonaqları salamlayaraq ADNSU ilə əməkdaşlıqdan məmnun olduğunu və bu əməkdaşlığın uğurlu nəticələr verəcəyinə əminliyini bildirib. Suya tələbatın artması, su resurslarının azalması fonunda yeni ixtisaslı kadrların yetişdirilməsinin, yeni yanaşmaların tətbiq olunmasının əhəmiyyətindən söz açan sədr Zaur Mikayılov ADNSU-da bu sahədə ilk dəfə olaraq ali təhsil alan tələbələr üçün Təhsil Təqaüd proqramı vasitəsilə Agentliyin gənclərə və ali təhsilə dəstək olmağı hədəflədiyini bildirib. 

ADNSU-nun rektoru, dosent Rüfət Əzizov çıxışında sənaye ilə əməkdaşlığın yalnız tədris prosesinə deyil, elmi-tədqiqat fəaliyyətlərinə də müsbət təsir göstərdiyini vurğulayıb. O, universitetin əsas məqsədlərindən birinin ölkə üçün prioritet sahələrdə ixtisaslı kadrların hazırlanmasına töhfə vermək olduğunu qeyd edib. Təqaüd proqramına seçilən tələbələri təbrik edən rektor, əməkdaşlığın yalnız təhsil sahəsində deyil, eyni zamanda elmi və innovativ təşəbbüslərin reallaşdırılmasında da önəmli rol oynadığını bildirib. R.Əzizov sənayedə çalışan peşəkarların tədris prosesinə cəlb edilməsinin və su ehtiyatları mövzusunda konfransların keçirilməsinin tələbələrin peşəkar inkişafına əhəmiyyətli töhfə verəcəyinə əminliyini ifadə edib.

Görüşdə həmçinin birgə elmi tədqqiat işlərinin və təhsil proqramlarının həyata keçirilməsinin müasir texnologiyaların tətbiqi və bu istiqamətdə kadr hazırlığı kimi məsələlər də gündəmə gətirilib. Agentlik tərəfindən Təqaüd qazanan tələbələr göstərilən diqqətə görə universitet rəhbərliyinə və agentliyə təşəkkürlərini bildiriblər. 

Qeyd edək ki ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin bu il ilk dəfə qəbul aparılan (UFAZ) "Su ehtiyatlarının idarə olunması və mühafizəsi ” üzrə magistr səviyyəsinə qəbul olan10 nəfər tələbəsinə Agentlik tərəfindən təqaüd veriləcək.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 03 Sentyabr 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri