Icma.az
close
up
RU
ADNSU nun təşkilatçılığı ilə beynəlxalq konfransa start verildi FOTOLAR

ADNSU nun təşkilatçılığı ilə beynəlxalq konfransa start verildi FOTOLAR

Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) təşkilatçılığı ilə "UFAZ Beynəlxalq Konfransı 2025: Kimya, Proseslər və Materiallar” konfransı öz işinə başlayıb.

AZXEBER.COM xəbər verir ki, konfrans UFAZ-ın Baş katibi Martin Qodonun açılış nitqi ilə başlayıb. Sonra ADNSU-nun  rektoru, dosent Rüfət Əzizov qonaqları salamladıqdan sonra ADNSU-nun fəaliyyəti, tələbə və məzunların nailiyyətləri, beynəlxalq və yerli tədbirlərdə uğurları, həmçinin sənaye sahələrinə töhfələri və tədqiqat potensialı ilə bağlı təqdimatla çıxış edib. 

Sonra konfransın əsas tərəfdaşlarından olan "SOCAR Polymer”in Baş direktoru Fuad Əhmədov çıxış edərək sahə peşəkarlarının və gənc tədqiqatçıların sənaye sahəsindəki rolunu yüksək qiymətləndirib. "SOCAR Polymer”in fəaliyyəti, istehsal gücü, ixraca töhfəsi, eyni zamanda peşəkar kadrların hazırlanması üçün təcrübə proqramlarından və qlobal sənaye istehsalçıları ilə dayanıqlı rəqabət qabiliyyətindən bəhs edib.

Ardınca UFAZ-ın professoru və kimya müəllimi Dünya Babanlı iştirakçıları salmlayaraq konfransın ilk sessiyasının sədri kimi spiker və təqdimatçılara ümumi məlumat verib. Mövzusu üzrə ilk əsas spiker – Mixael Köhler İyerarxik quruluşlu zərrəciklərin kimya və mühəndislik sahələrindəki rolu ilə bağlı mühazirə ilə çıxış edib. Sonra mövzu  üzrə iştirakçıların suallar cavablandırılıb.

 Konfransın ilk sessiyası Gülnar Qəhrəmanova (ADNSU/UFAZ), Sevinc Cavadova (Kataliz vıə Qeyri-üzvi Kimya İnstitutu), İrfan Məhəmməd (Hindistanın Tirupati Texnologiya İnstitutu) və Lara Mikakın (Ruder Boşkoviç İnstitutu) çıxışları ilə davam edib. 

ADNSU-nun Ümumi kimya kafedrasının müdiri Minirə Ağahüseynovanın sədrliyi ilə ikinci sessiyada əsas spiker kimi Dünya Babanlı qatlı xalkogenidlər əsasında topoloji izolyator materialların hazırlanması ilə bağlı təqdimatla çıxış edib. Ardınca Elnur Oruclu (ADNSU), Kəmalə Bədəlova (Azərbaycan Tibb Universiteti) və Şəbnəm Feyziyevanın (Strasburq Universiteti) çıxışları dinlənilib.  

UFAZ-ın müəllimi Gülnaz Qəhrəmanovanın sədrliyi ilə keçirilən üçüncü sessiyasında əsas spiker Stefano Belluci ətraf mühitin bərpasında qabaqcıl karbon nanomateriallarının tətbiqi ilə bağlı çıxış edib. Ardınca Minirə Ağahüseynova (ADNSU), Ülviyyə Qurbanova (Neft-Kimya Prosesləri İnstitutu) və Təhminə Tağı (ADNSU/UFAZ, CNRS, Strasburq Universiteti) təqdimatla çıxış ediblər.

Qeyd edək ki, kimya, proses və material elmlərinə həsr olunmuş üç günlük konfrans beynəlxalq və yerli alimləri, professor və sənaye liderlərini, eyni zamanda təhsil işçiləri, gənc tədqiqatçılar və tələbələri bir araya gətirir. Konfrans iyunun 3-dən 5-dək davam edəcək. 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 03 İyun 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see245

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see245

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see242

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see184

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see171

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see155

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see151

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see142

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see141

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see140

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri