Icma.az
close
up
RU
ADNSU nun PR rəhbəri beynəlxalq “Stevie” mükafatının finalçısı oldu

ADNSU nun PR rəhbəri beynəlxalq “Stevie” mükafatının finalçısı oldu

Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ADNSU-nun PR və marketinq rəhbəri beynəlxalq "Stevie” mükafatı finalçısı seçilən ilk azərbaycanlı jurnalist olub.

AZXEBER.COM xəbər verir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Xülya Sabirli beynəlxalq "Stevie® Awards for Women in Business” mükafatının 2026-cı il finalçıları sırasında yer alıb.

Xülya Sabirli "İlin ən innovativ qadını – dövlət və ya qeyri-kommersiya sektoru” ("Most Innovative Woman of the Year – Government or Non-Profit”) nominasiyası üzrə finalçı seçilib. O, Azərbaycandan bu mükafat üzrə final mərhələsinə yüksələn ilk jurnalist və ali təhsil müəssisəsi nümayəndəsidir.

23-cü dəfə keçirilən "Stevie® Awards for Women in Business” qadın rəhbərlərin, sahibkarların, əməkdaşların və onların rəhbərlik etdikləri təşkilatların nailiyyətlərini beynəlxalq səviyyədə qiymətləndirir. 2026-cı ildə müsabiqəyə 56 ölkə və ərazidən 1 500-dən çox nominasiya təqdim olunub.

Finalçılar dünyanın müxtəlif ölkələrindən olan 200-dən çox peşəkarın yeddi münsif heyətində apardığı qiymətləndirmənin orta nəticələri əsasında müəyyən edilib.

Xülya Sabirlinin müsabiqəyə təqdim olunan nominasiyası onun 2025-ci ildən etibarən ADNSU-da həyata keçirdiyi kommunikasiya və brend transformasiyasını əhatə edir. Nominasiyada universitetin vahid vizual identikliyinin və kommunikasiya üslubunun formalaşdırılması, rəqəmsal və ənənəvi kommunikasiya kanallarının sistemləşdirilməsi, eləcə də müxtəlif auditoriyalar üçün yeni media məhsullarının yaradılması əsas nailiyyətlər sırasında təqdim edilib.

Ali təhsildə ictimaiyyətlə əlaqələr sahəsində tətbiq edilən yeni yanaşmaların əsas məqsədi universitet kommunikasiyasını yalnız rəsmi məlumatların yayımlandığı ənənəvi modeldən çıxararaq tələbələr, məzunlar, media, beynəlxalq tərəfdaşlar və digər auditoriyalar üçün daha açıq, tanınan və sistemli kommunikasiya ekosisteminə çevirmək olub. Nominasiyada bu yanaşmanın ayrıca media formatları, vahid redaksiya standartları və auditoriyaya uyğun rəqəmsal kommunikasiya vasitələri ilə davamlı modelə çevrildiyi vurğulanıb.

Xülya Sabirli 15 ildən artıq peşəkar təcrübəyə malikdir. Onun fəaliyyəti ali təhsil, sosial sahə, bank sektoru, televiziya jurnalistikası, ictimaiyyətlə əlaqələr və tədris sahələrini əhatə edir.

O, daha əvvəl ADNSU-nun nəzdində Fransız-Azərbaycan Universitetində (UFAZ) PR meneceri, Kapital Bank-da PR eksperti, televiziya aparıcısı və reportyor kimi çalışıb. ADA Universiteti, UFAZ, UNEC və digər ali təhsil müəssisələrində ictimai çıxış, akademik və biznes kommunikasiyası istiqamətlərində dərs deyib. Xülya Sabirli eyni zamanda dörd bədii kitabın müəllifidir.

Qeyd edək ki, finalçıların "Qızıl Stevie”, "Gümüş Stevie” və "Bürünc Stevie” üzrə yekun nəticələri 16 noyabr 2026-cı ildə Nyu-Yorkda keçiriləcək mükafatlandırma mərasimində açıqlanacaq.

Stevie Awards-un Xülya Sabirliyə göndərdiyi rəsmi bildirişdə finalçıların yekunda Qızıl, Gümüş və ya Bürünc "Stevie” mükafatlarından birinə layiq görüləcəyi bildirilib.

Mərasimdə dünyanın müxtəlif ölkələrindən 400-dən çox qadın lider və qonağın iştirakı gözlənilir. Mükafatların təqdimatı beynəlxalq auditoriya üçün canlı yayımlanacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 17 Sentyabr 2026 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri