Icma.az
close
up
RU
ADNSU nun növbəti beynəlxalq uğuru

ADNSU nun növbəti beynəlxalq uğuru

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İyunun 19-da dünyanın nüfuzlu ali təhsil qiymətləndirmə agentliklərindən biri olan Quacquarelli Symonds (QS) tərəfindən universitetlərin 2026-cı il üzrə reytinq sıralaması açıqlanıb. SİA xəbər verir ki, nəticələrə əsasən, “QS Dünya Universitetləri Reytinqi 2026”-da Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ötən illə müqayisədə əhəmiyyətli irəliləyiş göstərərək 851–900-cü sıralarda yer alıb.

Qeyd edək ki, QS-nin 2025-ci il üçün açıqladığı reytinqdə ADNSU 1001–1200-cü sıralarda qərarlaşmışdı. Builki irəliləyiş əsasən universitetin tədris keyfiyyətinin və beynəlxalq əlaqələrinin inkişafı ilə bağlıdır. Reytinq göstəricilərinin təhlili göstərir ki, ADNSU xüsusilə tədrisin keyfiyyətinə görə (tələbələrə dəstək, tələbə-müəllim münasibətinə görə) yüksək nəticə əldə edib. Belə ki, universitet bu göstəricidə 73.3 bal toplayaraq tələbələrə göstərilən akademik dəstəyin və tədris prosesinin yüksək səviyyədə olduğunu sübut edib. Bundan əlavə, əcnəbi müəllim heyəti üzrə göstərici 46.8 bal, məzunların işlə təminatı üzrə göstərici isə 45.0 bal olub. Bu, ADNSU-nun beynəlxalq əmək bazarına inteqrasiya olunmuş məzunlar yetişdirdiyini və akademik heyətinin qlobal rəqabətə uyğunluğunu təsdiqləyir. Bu nailiyyət təkcə ADNSU üçün deyil, bütövlükdə Azərbaycanın ali təhsil sistemi üçün də əlamətdar hadisədir. Belə ki, “QS Dünya Universitetləri Reytinqi 2026”da Azərbaycanın ümumilikdə 9 universiteti yer alıb. Bu isə əvvəlki illə müqayisədə 3 dəfə artım deməkdir. ADNSU bu reytinqdə ölkə üzrə 3-cü yeri paylaşaraq Azərbaycanın beynəlxalq mövqeyini gücləndirən əsas ali təhsil müəssisələrindən biri kimi çıxış edir. QS-in regional direktoru Sergey Xristolyubov da qeyd edib ki, Azərbaycanın ali təhsil sistemi bu nəticələrlə Cənubi Qafqaz regionunda lider mövqeyini bir daha təsdiqləyib. ADNSU isə bu uğurun ayrılmaz tərkib hissəsi kimi həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə etibarlı, müasir və strateji ali təhsil müəssisəsi statusunu bir daha sübut edib.

Onu da qeyd edək ki, QS Dünya Universitetləri Reytinqi üçün bu il 106 ölkədən 8467 universitet müraciət edib. Onlardan 2026-cı il reytinqində 1501 universitet yer alıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 İyun 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see432

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see428

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see306

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see282

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see271

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see265

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see262

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see258

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see242

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see227

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see220

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see217

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see216

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see213

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see212

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see211

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see208

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see207

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see205

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri