Icma.az
close
up
RU
ADNSU nun üç əməkdaşı “Qlobal İqlim Dəyişikliyi Çağırışı 2025” müsabiqəsində münsif seçildi

ADNSU nun üç əməkdaşı “Qlobal İqlim Dəyişikliyi Çağırışı 2025” müsabiqəsində münsif seçildi

Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin üç nümayəndəsi – Rəqəmsal İnkişaf və İnnovasiyalar Mərkəzinin direktoru Elviz İsmayılov, rektorun müşaviri Orxan Kərimzadə və Mexanika kafedrasının müəllimi Məhmud İsmayılov – Oksfordun nüfuzlu "Qlobal İqlim Dəyişikliyi Çağırışı 2025” ("Oxford Saïd Global Climate Change Challenge 2025”) beynəlxalq müsabiqəsinin münsif heyətinə seçilib.

AZXEBER.COM xəbər verir ki, münsif heyətində ümumilikdə 25 nəfər yer alır və onlar 15 müxtəlif ölkəni təmsil edirlər. Ən çox nümayəndəsi olan ölkələr Birləşmiş Krallıq (5 nəfər), Azərbaycan (3 nəfər) və Hindistan (3 nəfər) olub. Azərbaycanı isə yalnız ADNSU-nun nümayəndələri – Elviz İsmayılov, Məhmud İsmayılov və Orxan Kərimzadə təmsil edir.

Saïd Biznes Məktəbi (Oksford Universiteti) tərəfindən təşkil olunan bu qlobal yarışma, dünyanın müxtəlif ölkələrindən məktəblilər (15–18 yaş) və müəllimləri bir araya gətirərək iqlim dəyişikliyi ilə mübarizə üzrə innovativ həllərin hazırlanmasını hədəfləyir və BMT-nin COP30 İqlim Konfransına (Braziliya, noyabr 2025) hazırlıq çərçivəsində keçirilir.

ADNSU müəllimləri dünyanın aparıcı iqlim mütəxəssisləri, biznes liderləri və alimlərindən ibarət beynəlxalq münsif heyətinin tərkibində yer alaraq, iştirakçıların təqdim etdiyi layihələri qiymətləndirəcəklər. Onların təcrübəsi və biliyi, gənclərin hazırladığı ən təsirli və innovativ iqlim həllərinin seçilməsində mühüm rol oynayacaq.

Qeyd edək ki, ilk dəfə 2024-cü ildə keçirilən yarışmaya 58 ölkədən 1,000-dən çox müraciət daxil olmuşdu. 2025-ci ildə qalib gələn beş şagird komandası layihələrini sentyabrda Oksfordda təqdim edəcək, beş müəllim isə dərs planlarını COP30-da təqdim edəcək. Qaliblərə tam maliyyələşdirilən təhsil və proqram imkanları təqdim olunacaq. Yarışmada iştirakçılar hava çirkliliyi, ekstremal hava hadisələri, ərzaq təhlükəsizliyi, su qıtlığı və biomüxtəliflik mövzularında öz həll təkliflərini təqdim edəcəklər.

ADNSU-nun beynəlxalq platformada bu uğurlu təmsilçiliyi, universitetin qlobal iqlim müzakirələrində və innovativ həllərin inkişafında fəal iştirakının göstəricisidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 08 Avqust 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see224

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see210

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see188

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see167

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see161

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see159

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see152

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see151

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see150

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see144

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see139

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see139

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see136

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see135

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri