Icma.az
close
up
RU
Qlobal ədalət çağırışı

Qlobal ədalət çağırışı

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Nyu-Yorkda – BMT Baş Assambleyasının 80-ci sessiyasında Azərbaycanın səsi bir daha ucaldı. Bu, sadəcə bir dövlət başçısının çıxışı deyildi. Bu, haqqın, ədalətin, qələbənin və sülhün səsi idi. Azərbaycan Prezidenti cənab İlham Əliyev dünya birliyinə təkcə ölkəmizin tarixi mübarizəsindən danışmadı, həm də yeni beynəlxalq düzənin ədalət prinsiplərini bəyan etdi.

İllər boyu BMT kürsüsündən Azərbaycan torpaqlarının işğalını, bir milyon insanın qaçqın düşməsini, qəbul olunub icra edilməyən qətnamələri xatırladan cənab Prezident İlham Əliyev bu dəfə tam fərqli bir mövqedən danışdı. O, qürurla bildirdi: “Bu gün isə qələbəyə və sülhə aparan uzun yolumuzdan danışacağam.” Azərbaycan bu sözlərlə dünya qarşısında haqq işinin qələbəsini təsdiqlədi. Vətən müharibəsi yalnız ərazi bütövlüyümüzün bərpası deyildi – bu, həm də beynəlxalq hüququn illərdir tapdanan prinsiplərinin bərpası idi. Cənab Prezident açıq dedi ki, Azərbaycan müharibəni beynəlxalq humanitar hüquqa riayət edərək apardı. Şəhərlərimizi raketlərlə vurub mülki əhalimizi qətlə yetirən Ermənistanın əksinə, Azərbaycan mülki şəxsləri qorudu. Vətən müharibəsində qazandığımız Qələbə ədalətin bərqərar olmasının sübutu idi. Daha önəmlisi, Qələbədən dərhal sonra Azərbaycan sülhün tərəfdarı olduğunu göstərdi. Ermənistanla münasibətlərin normallaşdırılması üçün beş əsas prinsip irəli sürüldü, sülh müqaviləsi masaya qoyuldu. Vaşinqtonda imzalanan sənədlər, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə paraflanan sülh müqaviləsi, ATƏT-in Minsk qrupunun tarixə qovuşması – bütün bunlar Azərbaycanın diplomatiyasının tarixi nailiyyətləridir. Artıq qlobal diplomatiyada yeni Azərbaycan görünür. Cənab Prezident İlham Əliyev çıxışında Azərbaycanın regional təşəbbüslərdən qlobal proseslərə qədər uzanan geniş fəaliyyətini nümayiş etdirdi. COP29-un uğurlu nəticələri, “Bakı Maliyyə Hədəfi”, enerji təhlükəsizliyində Azərbaycanın əvəzolunmaz tərəfdaş kimi rolu bir daha təsdiqləndi. Dövlət başçısı bəyan etdi: “Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində özünü etibarlı və əvəzolunmaz tərəfdaş kimi təsdiqləyib.” Bu sözlər Azərbaycanın artıq yalnız Xəzər hövzəsinin deyil, Avropa və Yaxın Şərqin enerji sabitliyində mühüm dayağa çevrildiyini göstərir. Humanitar missiya və Böyük Qayıdışdan danışan cənab Prezident İlham Əliyev həm də Azərbaycanın humanitar dəyərlərə sadiqliyini dünyaya xatırlatdı. İşğaldan azad edilmiş torpaqlarda həyata keçirilən “Böyük Qayıdış” proqramı, minlərlə insanın doğma yurduna dönməsi, məscidlərin, şəhərlərin, kəndlərin bərpası bu siyasətin bariz nümunəsidir. Amma Ermənistanın qoyub getdiyi minalar bu qayıdışı ləngidir. Bu faciə də cənab Prezidentin nitqində dünya birliyinə çatdırıldı.

Çıxışın ən yadda qalan və ən təsirli hissəsi bi də cənab Prezident İlham Əliyevin qlobal ədalət çağırışı idi: “Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq.” Bu, Azərbaycanın BMT kürsüsündən verdiyi tarixi mesajdır – dünya nizamı yalnız güclünün yox, ədalətin tərəzisində qurulmalıdır. Azərbaycan Prezidentinin BMT Baş Assambleyasındakı çıxışı dövlətimizin beynəlxalq mövqeyini bir daha təsdiqlədi. Bu nitqdə həm Zəfərin qüruru, həm sülhün çağırışı, həm də gələcək üçün böyük bir vizyon vardı. Azərbaycanın yeni diplomatik erası haqqın və ədalətin carçısı olmaq üzərində qurulub.

Gülər Sultanzadə

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:430
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Sentyabr 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see795

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see711

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see259

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see254

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see251

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see241

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see233

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see228

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see222

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see203

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see190

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see189

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see188

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see186

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see183

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see182

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see179

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see174

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see168

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri