ADNSU “QS Stars” auditində maksimum göstərici olan 5 ulduzla qiymətləndirilib
Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) dünyanın nüfuzlu reytinq agentliklərindən biri olan "Quacquarelli Symonds” (QS) tərəfindən keçirilən "QS Stars” auditində mükəmməlliyə görə mümkün olan ən yüksək göstərici – 5 ulduzla qiymətləndirilib.
AZXEBER.COM xəbər verir ki, audit ümumilikdə 9 fərqli kateqoriya üzrə aparılıb. ADNSU bu kateqoriyalardan 7 istiqamət – tədris, akademik inkişaf, təchizat, beynəlxalq əlaqələr, məşğulluq, ətraf mühitə təsir və idarəetmə sahələri üzrə maksimal nəticə göstərərək 5 ulduz alıb.
Universitet innovasiya və bilik mübadiləsi kateqoriyalarında 4 ulduz, mühəndislik (kimya) sahəsində isə 3 ulduzla qiymətləndirilib.
Bu nəticələr ADNSU-nun qeyd olunan sahələr üzrə fəaliyyətini müasir tələblərə və beynəlxalq standartlara uyğun şəkildə həyata keçirdiyini təsdiqləyir.


