Icma.az
close
up
RU
BDU “QS Stars” audit qiymətləndirilməsində 5 ulduza layiq görülüb

BDU “QS Stars” audit qiymətləndirilməsində 5 ulduza layiq görülüb

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı Dövlət Universiteti (BDU) daha bir beynəlxalq uğura imza ataraq, dünyanın nüfuzlu reytinq agentliklərindən biri olan “QS Quacquarelli Symonds” tərəfindən aparılan “QS Stars” auditində 5 ulduz (“excellent” - “mükəmməl”) ilə qiymətləndirilib.

"Unikal" xəbər verir ki, bu nəticə BDU-nun təhsil, elmi tədqiqatlar, akademik inkişaf, məzunların məşğulluq imkanları, infrastruktur və idarəetmə sahələrində beynəlxalq standartlara uyğun fəaliyyət göstərdiyini bir daha təsdiqləyir. BDU-nun əldə etdiyi yüksək göstərici strateji inkişaf planının uğurla həyata keçirildiyini və müasir ali təhsil tələblərinə uyğun keyfiyyətli tədris mühitinin yaradıldığını sübut edir.

BDU “QS Stars” auditində 9 fərqli kateqoriya üzrə qiymətləndirilib və onlardan 7 kateqoriya üzrə maksimal 5 ulduz (“mükəmməl”) əldə edib.

Kateqoriyalar üzrə nəticələr aşağıdakı kimidir:

- Tədris (“Teaching”) – 5 ulduz (“mükəmməl”)
BDU tələbələrə yüksək keyfiyyətli tədris mühiti təqdim etdiyi və müasir pedaqoji metodlardan istifadə etdiyi üçün tədris kateqoriyasında ən yüksək qiymətləndirməni alıb. Universitetin peşəkar professor-müəllim heyəti, interaktiv tədris metodları və innovativ yanaşmaları bu uğurun əsas səbəblərindəndir.

- Akademik inkişaf (“Academic Development”) – 5 ulduz (“mükəmməl”)
BDU-da tələbələrin akademik inkişafına xüsusi diqqət yetirilir. Universitet daim təhsil proqramlarını yeniləyir, müəllimlərin və tələbələrin elmi fəaliyyətini dəstəkləyir və onların beynəlxalq akademik mühitə inteqrasiyasına şərait yaradır.

- İnfrastruktur (“Facilities”) – 5 ulduz (“mükəmməl”)
BDU müasir laboratoriyalar, yüksək səviyyəli elmi-tədqiqat mərkəzləri, tələbələr üçün rahat kitabxana və yataqxana şəraiti ilə seçilir. Universitetin infrastrukturu müasir texnologiyalar və innovativ yanaşmalar əsasında təkmilləşdirilir.

- Məşğulluq (“Employability”) – 5 ulduz (“mükəmməl”)
Məzunlarının uğurlu karyera qurmasına dəstək olan BDU əmək bazarının tələblərinə uyğun kadr hazırlığı aparır. BDU məzunlarının dünya miqyasında məşğulluq səviyyəsinin yüksək olması, iş dünyası ilə sıx əməkdaşlıq və peşə yönümlü təcrübə proqramları bu kateqoriyada 5 ulduz qazanmağa imkan yaradıb.

- Ətraf mühitə təsir (“Environmental Impact”) – 5 ulduz (“mükəmməl”)
BDU dayanıqlı inkişaf prinsiplərini və ekoloji təşəbbüsləri aktiv şəkildə həyata keçirir. Universitet yaşıl kampus təşəbbüsləri, enerji effektivliyi və ekoloji maarifləndirmə sahəsindəki layihələri ilə yüksək qiymətləndirilib.

- Müxtəliflik, bərabərlik və inklüzivlik (“Diversity, Equity & Inclusion”) – 5 ulduz (“mükəmməl”)
BDU multikultural və inklüziv mühitin təmin olunması, beynəlxalq tələbələr üçün geniş imkanlar yaradılması və gender bərabərliyinin təşviqi sahəsində nümunəvi fəaliyyət göstərir. Universitetdə müxtəlif sosial təbəqələrdən olan tələbələr üçün bərabər imkanlar yaradılması da bu uğura töhfə verib.

- Yaxşı idarəçilik (“Good Governance”) – 5 ulduz (“mükəmməl”)
BDU səmərəli idarəetmə strategiyaları, şəffaf qərar qəbuletmə prosesi və innovativ universitet rəhbərliyi sayəsində “yaxşı idarəçilik” kateqoriyasında da ən yüksək nəticəni əldə edib.

- Qlobal iştirak (“Global Engagement”) – 4 ulduz (“çox yaxşı”)
BDU beynəlxalq əlaqələrini daim genişləndirir, dünya universitetləri ilə əməkdaşlıq edir və beynəlxalq akademik mühitdə fəal iştirak edir. Bu istiqamətdə görülən işlərin intensivləşdirilməsi universitetin gələcək reytinq göstəricilərinə müsbət təsir edəcək.

- Proqramın üstünlükləri: Kimya (“Program Strength: Chemistry”) – 4 ulduz (“çox yaxşı”)
BDU-nun kimya sahəsində əldə etdiyi nəticələr yüksək səviyyədə qiymətləndirilib. BDU bu sahədə tədqiqatların daha da genişləndirilməsi və yeni elmi nailiyyətlərin qazanılması istiqamətində fəaliyyətini davam etdirir.

“QS Stars” ali təhsil müəssisələrinin müxtəlif fəaliyyət sahələrini dəyərləndirən beynəlxalq reytinq sistemidir. Bu sistem universitetlərin güclü tərəflərini və inkişaf etdirilməli sahələrini müəyyən etməyə, eləcə də onların qlobal səviyyədə tanınmasına kömək etməyə yönəlib. “QS Stars” auditində 5 ulduz almaq universitetin yüksək akademik və idarəetmə keyfiyyətinə malik olduğunu sübut edir.

Bu nailiyyət BDU-nun dünya miqyasında nüfuzunun artmasına və beynəlxalq ali təhsil məkanında tanınmasına mühüm töhfə verəcəkdir.

Bu möhtəşəm nəticə BDU kollektivinin fədakar əməyi, müasir ali təhsil tələblərinə uyğun inkişaf strategiyası və keyfiyyətli tədris mühiti yaradılması istiqamətində atılan addımlar sayəsində əldə edilib. 

Universitetimiz gələcəkdə də:

? Beynəlxalq reytinqlərdə mövqeyini daha da gücləndirmək,
? Elmi tədqiqatları inkişaf etdirmək və dünya elminə töhfə vermək,
? İnnovativ tədris və idarəetmə metodlarını tətbiq etmək,
? Qlobal akademik əməkdaşlıqları genişləndirmək və
? Tələbələrə yüksək keyfiyyətli təhsil mühiti təqdim etmək istiqamətində fəaliyyətini davam etdirəcəkdir.

BDU rəhbərliyi bu uğurun qazanılmasında əməyi olan bütün akademik və inzibati heyətə, tələbələrə və tərəfdaş qurumlara dərin minnətdarlığını bildirir. BDU bu uğurla kifayətlənməyərək, beynəlxalq akademik arenada daha böyük nailiyyətlərə imza atmaq əzmindədir!

BDU ölkədə “QS Stars” auditindən keçən digər ali təhsil müəssisələrinə də uğurlar arzulayır və onların da qlobal akademik mühitdə layiqli mövqeyə sahib olmalarını dəstəkləyir.

https://www.credential.net/3b71f300-7ec3-42f6-a1d5-b99c78d1134f#acc.Sg9cIs74


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:228
embedMənbə:https://unikal.az
archiveBu xəbər 17 Fevral 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri