Icma.az
close
up
RU
ADNSU rəhbərliyi və nümayəndə heyəti Zəfər Günü ərəfəsində şəhid məzunların ailələrini ziyarət edib

ADNSU rəhbərliyi və nümayəndə heyəti Zəfər Günü ərəfəsində şəhid məzunların ailələrini ziyarət edib

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizov və universitetin nümayəndə heyəti Zəfər Günü ərəfəsində 44 günlük Vətən müharibəsində şəhid olmuş universitet məzunlarının ailələrini ziyarət edib. Görüşlər zamanı rektor Rüfət Əzizov şəhid ailələrinin qayğı və ehtiyacları ilə maraqlanıb, Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan danışıb. O qeyd edib ki, hərbçilərimizin, o cümlədən şəhidlərimizin göstərdiyi igidlik nəticəsində bu gün suveren Azərbaycanın hər yerində üçrəngli bayrağımız qürurla dalğalanır. Rektor vurğulayıb ki, ADNSU şəhid məzunlarının ailələrini daim diqqətdə saxlayır və onları universitet ictimaiyyətinin ayrılmaz bir hissəsi kimi dəyərləndirir. Universitet nümayəndələri paytaxtla yanaşı, Qazax, Ağstafa, Şəki, Oğuz, Neftçala, Salyan və digər rayonlarda yaşayan şəhid ailələrini də ziyarət edərək ADNSU kollektivi adından ehtiramlarını bildiriblər. Ziyarətlər zamanı şəhidlərin xatirə abidələri önünə gül dəstələri qoyulub.

Qeyd edək ki, Vətən müharibəsində ADNSU-nun 23 məzunu şəhidlik zirvəsinə ucalıb. Şəhid valideynləri göstərilən diqqət və hörmətə görə minnətdarlıqlarını bildirərək, övladlarının təhsil aldığı universiteti hər zaman özlərinə doğma ocaq kimi gördüklərini qeyd ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 Noyabr 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see227

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see157

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see154

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see152

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see150

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see139

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see132

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see132

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see129

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see128

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see128

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see128

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see125

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri