Laçında Zəfər Günü ərəfəsində şəhid ailələri ziyarət olunub
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
8 Noyabr – Zəfər Günü ərəfəsində Laçın rayonunda yaşayan şəhid ailələri ziyarət olunub.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Rafiq Salmanov, xüsusi nümayəndəliyin və Xidmətin əməkdaşları, eləcə də Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur Regional Məşğulluq filialının və s. qurumların təmsilçiləri əvvəlcə Azərbaycanın Milli qəhrəmanları Oqtay Güləliyevin, İsrafil Şahverdiyevin ailələrini ziyarət oediblər.
Görüşlərdə Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən bəhs edilib.
Laçın rayonunda yaşayan digər şəhid ailələri də ziyarət olunub, onların qayğıları ilə maraqlanılıb.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 05 Noyabr 2026 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















