Icma.az
close
up
RU
ADNSU rektoru ilə bağlı növbəti şikayəti tanınmış alim etdi, onu da kənarlaşdırıblar: “Belə olmaz!”

ADNSU rektoru ilə bağlı növbəti şikayəti tanınmış alim etdi, onu da kənarlaşdırıblar: “Belə olmaz!”

Pravda.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ətrafında qalmaqal getdikcə böyüyür. ADNSU müəllimlərinin Prezident İlham Əliyevə ünvanladıqları şikayətlə bağlı daha bir alim açıqlama verib. 

Bu barədə Pravda.az-a danışan Geologiya və Geofizika İnstitutunun (GGİ) Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin müdiri Qulam Babayev bir sıra faktları açıqlayıb. 

Alimin dediklərini olduğu kimi təqdim edirik: 

“Neçə aydır, bu haqda danışmıram. Ötən gün ADNSU müəllimlərinin Prezident İlham Əliyevə müraciət ünvanlamaları barədə məqaləni oxuyandan sonra özümü saxlaya bilmədim. Təbii ki, mənim daimi işim var. Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin rəhbəri, yer elmləri doktoruyam. Öz işim, elmi istiqamətim var. Sadəcə, bu işlərlə məşğul olmağa davam etdim deyə ADNSU-da baş verən hadisəni kənara qoydum. Məqaləni oxuyandan sonra aydın oldu ki, mənim də başıma gələn, təxminən, eyni hadisədir. Sentyabrda dərslər başladı, 13 sentyabradək dərs yüküm təyin olunmuşdu, bütün rəsmi sənədlər yerində idi. 16 sentyabrda mənə qəfil zəng gəldi ki, sizin əmək müqavilənizə xitam verilir. Təbii ki, insan ani şoka düşər. Səbəb nədir? Hələ də niyə birdən-birə bunun baş verməsinin səbəbi barədə açıqlama ala bilmirəm. 2018-ci ildən ADNSU-nun Geofizika kafedrasında mütəmadi olaraq professor-müəllim kimi çalışırdım. Tədris sistemində iki amil qüsur sayıla bilər - əxlaq pozuntusu və rüşvət. Bunların heç biri məndə yoxdur. Heç kim məni bu barədə ittiham edə bilməz. Alim adamam, dərsimi vicdanla keçir, öz borcumu yerinə yetirirdim. Heç vaxt dərs yükü barədə nə kafedrada, nə dekanlıqda mübahisə etmirdim. Necə deyərlər, başımı aşağı salıb, dərsimi keçirdim, saatım bitəndən sonra çıxıb əsas elmi-tədqiqat işimə gəlirdim. Ümumiyyətlə, kiminləsə münaqişəyə girmək mənim təbiətimdə yoxdur. Hətta çətin vaxtlarda, ADNSU-da təmir işləri gedən dönəmlərdə mənə dərs keçmək üçün kompütersiz otaq verirdilər. Halbuki mən yer elmləri üzrə dərs keçirdim. Müasir zamanda seysmik kəşfiyyat dərsini kompütersiz, nümunə videolar olmadan tələbələrə necə keçmək olar? Buna baxmayaraq, rəngli printerdən materialları çap edirdim. Tələbələrə seysmik tədqiqat üsullarını bu cür göstərirdim. İşimə nöqsansız, heç bir tələbənin hüququnu pozmamaq şərti ilə yanaşırdım. Tələbə imtahanda boş vərəq verirdisə, yaxud nəsə yazırdısa, buna uyğun qiymətini alırdı. Bütün bu nailiyyətlərimə baxmayaraq, sentyabrda qəfil xəbər gəlir ki, müqavilənizə xitam verilib.  Deyilirdi ki, Vazeh müəllim (rektor Vazeh Əskərovu nəzərdə tutur-red) sosial şəbəkələrdə aktivdir. Mən də gördüm ki, "Messenger"də aktivdir, sentyabrın 17-də ona məktub yazdım. Məktubuma heç cavab da vermədi. Adicə "Salam, Qulam müəllim" də demədi. Vazeh müəllimlə hələ UFAZ-nin icraçı direktoru olduğu dönəmlərdən yaxşı əlaqələrim olub. Perspektivli gənc kadrdır. Xaricdə təhsil alıb, bir neçə dil bilir, öz sahəsi üzrə yaxşı mütəxəssisdir. Amma təəssüflər olsun ki, ətrafındakılar onu yoldan çıxarırlar, düzgün məlumat vermirlər, işini vicdanlı, qərəzsiz görənlərə qarşı qarayaxma siyəsəti apararaq onu pis istiqamətə yönəldirlər. Vazeh müəllim də məcbur olur, onların istiqaməti ilə iş görür. Nəticədə, qüsursuz çalışanlar kənarlaşdırılır. Axı belə də olmaz. Elmi-tədqiqat işi üzrə neçə illərdir, fəaliyyətim davam edir. Məqalələrim xaricdə dərc olunur. Geofizikəm. İstiqamətim seysmologiyadır. ADNSU mənim tələbəlik illərimin universitetidir. Bu universitetə həm can yandırıram, həm də tələbəlik illərim burada keçib. Heç nəyə baxmadan, verilən məlumatı dəqiqləşdirmədən müqaviləmə xitam verilir. İfadəmə görə üzr istəyirəm, axı mən küçədən keçən biri deyiləm. Məni xarici ölkələrdə tanıyırlar, diplomlarım, məqalələrim var. ABŞ-də, Yaponiyada oxumuşam. İnfofaktorlu jurnalların siyahısına daxil olsunlar, Qulam Babayevin reytinqlərinə baxsınlar. Belə münasibət göstərmək olmaz! İgilis dilində dərs deyirəm. Məgər ingilis dilində dərs deyən geofiziklər belə çoxdur ki, bilikli insanları bu cür asanlıqla uzaqlaşdırırlar? Bəs dərsi kim idarə edəcək? Tələbələrə kim bu bilikləri ingilis dilində aşılayacaq? Kimsə qara yaxır, siz də adlı-sanlı alimləri, professorları uzaqlaşdırırsınız. ADNSU-nun binasının qarşısında ümummilli liderimiz Heydər Əliyevin barelyefi var. Deməli, bu təhsil ocağı Azərbaycanda ən təmiz ocaqlardan biri olmalıdır. Deyəsən, Vazeh müəllimin ətrafındakılar bunu unudublar ki, ADNSU Heydər Əliyevin təhsil ocağı olub. Deməli, bu universitet diqqət mərkəzində, ən şəffaf, qüsursuz təhsil müəssisəsi  olmalıdır. "Mənim filankəsdən xoşum gəlmir, kafedrada kiməsə maneə olur, gəl onu uzaqlaşdıraq, nəsə fikirləşib qara yaxaq..." Belə deyil! Öz əsas işimin rəhbərliyindən başqa aylardır, bu barədə heç kimə danışmadım. Nə mənimlə maraqlandılar, nə də irəli çıxan oldu. Hamısı kənarda oturdular. Elə bil, professor Qulam Babayev adında adam yoxdur. Təbii ki, qorxurlar, çəkinirlər. Çünki onları işdən çıxara bilərlər, buna görə də yanaşmırlar. Ötən gün dərc edilən məqaləni oxudum, dəhşətə gəldim. Faktiki eyni şeyi mənimlə də etdilər. Belə şey olarmı? Bu cür müasir, dinamik ölkəmizdə! Cənab Prezidentin qoyduğu strategiya var - elm və vəhdət birləşməlidir! 2030-cu ilədək dövlət strategiyamız müəyyənləşdirilib. Elm, təhsil inkişaf etməli, tədrisə yeni kadrlar, xaricdə təhsil alan alimlər cəlb edilməlidir. İngilis dili qrupları yaradırlar. Bunlara kim dərs keçəcək? Mən və Londonda, digər ölkələrdə təhsil alan alimlər həyatımızı ölkəmizə həsr edirik. Elmimizi Azərbaycana fəda etmişik. Elə Amerikada qalardım, niyə gəldim? Gəldim ki, özüm yetişim, sonra da gənc kadrları öyrədim, yetişdirim. Ən azından çağırın, soruşun ki, sənin haqqında belə bir xəbər eşitmişik, doğrudan da belədir? Axı adlı-sanlı insanlarıq, elə-belə adamlar deyilik. Adlarını çəkməyəcəyəm. Çox təəssüf ki, bunu edənlər Vazeh müəllimin ətrafındakılardır. Ona kənardan zənglər, hədə-qorxular, hərbə-zorbalar gəlir, yoldan çıxarırlar, o da məcbur olur, onların dediklərini edir...” 

Pravda.az məsələ ilə bağlı ADNSU-ya sorğu ünvanlayıb. 

Aytəkin Qardaşova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://pravda.az
archiveBu xəbər 08 Yanvar 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see177

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see142

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see137

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see137

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see135

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see134

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see134

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see133

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see131

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see128

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see126

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see125

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see125

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see121

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see121

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see116

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri