ADNSU ya yeni prorektor təyin edildi DOSYE
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Seymur Nəcəfov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) maliyyə-təsərrüfat işləri üzrə prorektoru vəzifəsinə təyin olunub.
Bu barədə Modern.az-a ADNSU-dan məlumat verilib.
Seymur Əsgər oğlu Nəcəfov 24 avqust 1987-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini 1994–1999-cu illərdə Bakı şəhəri Yasamal rayonundakı 286 nömrəli tam orta məktəbdə, 1999–2005-ci illərdə isə Bakı Atatürk Liseyində alıb. Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) 2005–2009-cu illərdə “ümumi iqtisadiyyat” ixtisası üzrə bakalavr, 2009–2012-ci illərdə isə “iqtisadiyyat” ixtisası üzrə magistr təhsili alıb və hər iki təhsil pilləsini fərqlənmə diplomu ilə bitirib. 2009–2010-cu illərdə akademik məzuniyyət götürərək müddətli həqiqi hərbi xidmətdə olub. 2014–2018-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit kafedrasında fəlsəfə doktoru proqramı üzrə dissertant olub.
O, əmək fəaliyyətinə müxtəlif inzibati və maliyyə sahələrində davam edib. 2010–2012-ci illərdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Dövlət Baytarlıq Təchizatı Birliyində xəzinədar, 2012-ci ildə isə həmin təşkilatda mühasib vəzifəsində çalışıb. 2012-ci ildən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Maliyyə və Uçot İdarəsinin Mühasibat uçotu və hesabatı şöbəsində mühasib vəzifəsində çalışıb. 2013-cü ildə şöbə rəisi – baş mühasib, daha sonra isə 2014-cü ilədək şöbə rəisinin müavini vəzifələrində işləyib. 2014-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və mühasibatlıq departamentinin Təhsil haqlarına nəzarət şöbəsinin müdiri, daha sonra isə Maliyyə və təminat departamentinin Təhsil haqlarının uçotu və bank əməliyyatları şöbəsinin müdiri vəzifələrində çalışıb. 2024-cü ildə Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə Peşəkar Mühasib Sertifikatı alıb. 2015–2021-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və təminat departamentində direktor müavini – baş mühasibin müavini, 2021–2026-cı illərdə isə direktor – baş mühasib vəzifəsində çalışıb.
Seymur Nəcəfov 26 may 2026-cı il tarixindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Maliyyə və təminat departamentinin direktoru – baş mühasibi vəzifəsini icra edib.
Azərbaycan Dövlət İqtisad Universitetindəki fəaliyyətinə görə 8 iyul 2025-ci ildə Elm və Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif olunub. O, həmçinin Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı və yerli təşkilatlarının aparatlarında mühasibat uçotunun vahid qaydada təşkili, maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi prinsiplərini müəyyənləşdirən, eləcə də maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üzrə normativ tələbləri əhatə edən uçot siyasəti sənədinin müəllifidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 16 Oktyabr 2026 18:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















