Icma.az
close
up
RU
ADNSUda Karyera Mərkəzi açılıb

ADNSUda Karyera Mərkəzi açılıb

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Dekabrın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Karyera Mərkəzinin açılış mərasimi keçirilib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Universitetdən bildirilib ki, ölkənin aparıcı dövlət və qeyri-dövlət, yerli və xarici şirkət rəhbərlərinin iştirakı ilə keçirilən açılış mərasimində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi, dosent Vazeh Əskərov ADNSU-da sənaye-universitet işbirliyi sahəsində uğurlardan danışaraq, Karyera Mərkəzinin fəaliyyətə başlaması ilə bu sahədə əməkdaşlıqda yeni səhifənin açıldığına əminliyini ifadə edib.

Tədbir çərçivəsində ADNSU-da 40-dək şirkətin iştirakı ilə Karyera sərgisi keçirilib.

ADNSU və UFAZ-ın yuxarı kurs tələbələri üçün keçirilən sərginin açılış mərasimində çıxışı zamanı rektor əvəzi, dosent Vazeh Əskərov ADNSU-nun hazırda 700-dən artıq şirkətlə əməkdaşlıq etdiyini, hər il 3000-dən artıq tələbənin istehsalat təcrübəsində nəzəri biliklərini artırdığını, yüzlərlə tələbənin ödənişli təcrübə proqramlarının qalibi olduğunu qeyd edib. Dosent Vazeh Əskərov ADNSU-nun son 2 ildə ardıcıl olaraq beynəlxalq reytinqlərdə yüksəldiyini qeyd edərək, bu işdə universitetini işəgötürənlər arasında reputasiyasının önəmli yer tutduğunu vurğulayıb.

Sonra sərgi ilə tanışlıq olub.

Sərgi çərçivəsində dəyirmi masa ətrafında universitet ilə sənaye təmsilçiləri arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində müzakirələr aparılıb. Müzakirələr zamanı ölkənin bir neçə ali məktəbinin, o cümlədən ADNSU-nun beynəlxalq reytinqlərdə yer almasına toxunulub, bunun Azərbaycanda ali təhsilin keyfiyyətinin yüksəlməsi və beynəlxalq nüfuzunun artması üçün əhəmiyyəti vurğulanıb, işəgötürənlərin milli təhsilimizin inkişafına töhfə verməsi üçün bu prosesdə daha fəal iştirakının zəruriliyi qeyd olunub. Müzakirələrin yekununda ADNSU-da tədrisin müasir sənaye və iqtisadiyyatın, eləcə də əmək bazarının tələblərinə uyğun aparılması işinin ardıcıllığını təmin etməsini hədəfləyən Tədrisin İnkişafı Şurası yaradılıb.

Karyera sərgisi çərçivəsində ADNSU və UFAZ tələbələri üçün şirkətlərin nümayəndələri tərəfindən müxtəlif mövzularda təlimlər təşkil olunub, UFAZ-ın magistr proqramlarının təqdimatı keçirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:306
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 Dekabr 2024 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see329

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see312

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see297

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see256

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see251

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see248

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see243

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see234

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see230

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see218

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see213

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see209

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see207

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see206

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see197

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see183

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see183

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see179

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see177

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri