Icma.az
close
up
RU
ADNSUda Karyera Mərkəzi açılıb

ADNSUda Karyera Mərkəzi açılıb

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dekabrın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Karyera Mərkəzinin açılış mərasimi keçirilib. SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Universitetdən bildirilib ki, ölkənin aparıcı dövlət və qeyri-dövlət, yerli və xarici şirkət rəhbərlərinin iştirakı ilə keçirilən açılış mərasimində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi, dosent Vazeh Əskərov ADNSU-da sənaye-universitet işbirliyi sahəsində uğurlardan danışaraq, Karyera Mərkəzinin fəaliyyətə başlaması ilə bu sahədə əməkdaşlıqda yeni səhifənin açıldığına əminliyini ifadə edib.

Tədbir çərçivəsində ADNSU-da 40-dək şirkətin iştirakı ilə Karyera sərgisi keçirilib.

ADNSU və UFAZ-ın yuxarı kurs tələbələri üçün keçirilən sərginin açılış mərasimində çıxışı zamanı rektor əvəzi, dosent Vazeh Əskərov ADNSU-nun hazırda 700-dən artıq şirkətlə əməkdaşlıq etdiyini, hər il 3000-dən artıq tələbənin istehsalat təcrübəsində nəzəri biliklərini artırdığını, yüzlərlə tələbənin ödənişli təcrübə proqramlarının qalibi olduğunu qeyd edib. Dosent Vazeh Əskərov ADNSU-nun son 2 ildə ardıcıl olaraq beynəlxalq reytinqlərdə yüksəldiyini qeyd edərək, bu işdə universitetini işəgötürənlər arasında reputasiyasının önəmli yer tutduğunu vurğulayıb.

Sonra sərgi ilə tanışlıq olub.

Sərgi çərçivəsində dəyirmi masa ətrafında universitet ilə sənaye təmsilçiləri arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində müzakirələr aparılıb. Müzakirələr zamanı ölkənin bir neçə ali məktəbinin, o cümlədən ADNSU-nun beynəlxalq reytinqlərdə yer almasına toxunulub, bunun Azərbaycanda ali təhsilin keyfiyyətinin yüksəlməsi və beynəlxalq nüfuzunun artması üçün əhəmiyyəti vurğulanıb, işəgötürənlərin milli təhsilimizin inkişafına töhfə verməsi üçün bu prosesdə daha fəal iştirakının zəruriliyi qeyd olunub. Müzakirələrin yekununda ADNSU-da tədrisin müasir sənaye və iqtisadiyyatın, eləcə də əmək bazarının tələblərinə uyğun aparılması işinin ardıcıllığını təmin etməsini hədəfləyən Tədrisin İnkişafı Şurası yaradılıb.

Karyera sərgisi çərçivəsində ADNSU və UFAZ tələbələri üçün şirkətlərin nümayəndələri tərəfindən müxtəlif mövzularda təlimlər təşkil olunub, UFAZ-ın magistr proqramlarının təqdimatı keçirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Dekabr 2024 22:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see458

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see295

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see290

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see285

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see276

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see275

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see273

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see267

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see230

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see227

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see222

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see219

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see214

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see209

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see202

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

02 Sentyabr 2026 05:49see197

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

02 Sentyabr 2026 20:16see180

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

02 Sentyabr 2026 20:20see173

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see171

Tramp: Bugünkü zərbələr İranın radarlarını hədəf seçib

01 Sentyabr 2026 23:40see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri