Icma.az
close
up
RU
“Adore” saxta parfüm satır? Şikayət + Açıqlama

“Adore” saxta parfüm satır? Şikayət + Açıqlama

Icma.az bildirir, Mia.az portalına istinadən.

Paytaxt sakini tanınmış parfümeriya şəbəkələrindən olan “Adore”dan aldığı ətrin keyfiyyətindən narazıdır.

Mia.az xəbər verir ki, bu şikayətlə APA TV-yə Gülər Mehdiyeva müraciət edib.

Onun sözlərinə görə, yüksək məbləğə aldığı ətrin nə qoxusu, nə də qalıcılığı təqdim olunan xüsusiyyətlərə uyğundur. 

Şikayətçi məsələ ilə bağlı həm mağazaya, həm də rəsmi səhifələrə müraciət etdiyini, lakin buna laqeyd münasibət göstərildiyini iddia edib:

“Dekabrın 3-də “Adore”un “Gənclik Mall” filialından ətir aldım. Məhsulun öz qiyməti 402 manat, 30 faiz endirimlə 281 manat 40 qəpik idi. Evə gələndən sonra açıb istifadə etdim və gördüm ki, ətrin iyi tamamilə fərqlidir. Həm kəskin qoxu, həm də spirt iyi gəlirdi. Qalıcılığı da heç yox idi. Əvvəlcə səhifələrinə yazdım, cavab verilmədi. Daha sonra mağazaya yaxınlaşdım, onda da inkar etdilər ki, “bizdə saxta ətir olmur”. Laqeyd yanaşdılar və dedilər ki, “hara istəsəniz, müraciət edə bilərsiz”.

G.Mehdiyeva qeyd edib ki, məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinə (AİB) də müraciət edib. 

AİB sədri Eyyub Hüseynov bildirib ki, ictimai rəydə “Adore” parfümeriya və kosmetika mağazalar şəbəkəsi barədə mənfi rəylər mövcuddur:

“Böyük endirimlərlə istehlakçıları cəlb edərək onun tələbatına uyğun olmayan və natural ətirlə identik olmayan məhsullar satırlar. Nazirlər Kabinetinin 114 saylı Qərarını əsas tutaraq, bundan sui-istifadə edərək istehlakçıların hüquqlarını pozurlar”. 

“Adore” parfümeriya və kosmetika mağazalar şəbəkəsinin baş direktor müavini Yusif Zeynalov məsələ ilə bağlı bildirib ki, məhsul istehalçı şirkət tərəfindən hansı formada istehsal olunubsa, mağazalarda da eyni şəkildə satışa təqdim edilir.

Onun sözlərinə görə, daxil olmuş şikayətlə bağlı müvafiq brend artıq məlumatlandırılıb: “Həmin məhsulla bağlı həm gigiyenik sertifikatımız, həm məişət sertifikatımız, həm də gömrük bəyannaməmiz var. Həmin məhsul birbaşa Avropada brendin öz zavoduna göndərilə və orjinallığı yoxlanıla bilər”.

Məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən isə müvafiq araşdırma aparıldığı vurğulanıb:

“Qeyd olunanları nəzərə alaraq bildiririk ki, vətəndaşın müraciəti hazırda araşdırma mərhələsindədir. Araşdırma yekunlaşdıqdan sonra əldə edilmiş nəticələr barədə müraciət edən tərəfə qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmi qaydada məlumat veriləcək”. 

“Əgər müştəriyə satılan məhsulun saxta olduğu aşkarlanarsa, vətəndaş təzminat tələb edə bilər. Həmin məhsula görə şirkətin əldə etdiyi, formalaşdırdığı dövriyyəyə uyğun olaraq cərimə sanksiyası tətbiq oluna bilər. Eyni zamanda vətəndaş da ödəniş etdiyi məhsula görə vurulmuş zərərin tam məbləğini və mənəvi zərəri də tələb edə bilər”, - bunu isə məsələnin hüquqi tərəflərini izah edən hüquqşünas Ramil Süleymanov qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://mia.az
archiveBu xəbər 09 Yanvar 2026 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see583

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see250

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri