Icma.az
close
up
RU
“Adore” mağazasından ŞİKAYƏT “Orijinal adı ilə keyfiyyətsiz ətir satırlar”

“Adore” mağazasından ŞİKAYƏT “Orijinal adı ilə keyfiyyətsiz ətir satırlar”

Icma.az bildirir, Bizim media portalına istinadən.

“03.12.2025-ci il tarixində “Adore” mağazasının Gənclik Mall filialından Tizana Terenzi Kirke  (402 AZN, endirimlə 281.40 AZN) ətir məhsulu almışam. Məhsulu açıb istifadə etdikdən sonra onun keyfiyyətinin və qalıcılığının çox aşağı olduğunu müşahidə etdim. Məhsulun üzərində üstün notların meyvə notları olduğu göstərilsə də, real istifadədə kəskin və xoşagəlməz qoxu gəlir. Bundan əlavə, flakon üzərindəki seriya kodunun basma üsulla vurulması məhsulun orijinallığı ilə bağlı məndə ciddi şübhə yaratdı”.
Bunu Bizim.Media-ya müraciət edən Abşeron rayonu, Məhəmmədi qəsəbəsi,Nəbi Xəzri küçəsində yaşayan Mehdiyeva Gülər Bayram qızı deyib. O əlavə edib ki,  məsələ ilə bağlı mağazaya müraciət edib:
“Lakin mağaza əməkdaşları məhsulun orijinal olduğunu bildirsələr də, mənə köməklik göstərmədilər və “hara istəyirsiniz şikayət edin” deyərək qeyri-ciddi münasibət sərgilədilər. Halbuki məhsul mənə satılarkən satıcı tərəfindən onun qalıcılığının və keyfiyyətinin yüksək olduğu deyilmişdi. Qeyd edim ki, “Adore” mağazasının müdiri ilə də əlaqə saxlasam da, şikayətim eşidilmədi”.
“Ətriyyat malları geri qaytarılmır”
Mövzu ilə bağlı  fikirlərini Bizim.Media ilə bölüşən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, Nazirlər Kabinetinin 114 saylı qərarına əsasən ətriyyat malları geri qaytarılmayan və dəyişdirilməyən mallar siyahısına daxildir.
“Vətəndaş aldığı və sonradan narazı qaldığı ətriyyat mallarını heç cür geriyə qaytara bilmir. Çünki qanundakı boşluq birtərəfli qaydada sahibkarın maraqlarını müdafiə edir. Sahibkarlar da bu boşluqdan istifadə edib istehlakçılara aşağı keyfiyyətli və qeyri-orjinal məhsullar satırlar. Şikayət olanda isə Nazirlər Kabinetinin 114 saylı qərarını əsas tuturlar”.
Məsələ ilə bağlı “Adore” mağazası rəhbərliyinin mövqeyini öyrənmək istədik. Lakin rəhbərlik telefon zənglərimizə cavab verməyib.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Surxay Atakişiyev, Bizim.Media         

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:262
embedMənbə:https://bizim.media
archiveBu xəbər 07 Yanvar 2026 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri