Icma.az
close
up
RU
ADP dən Zelenskiyə dəstək çağırışı

ADP dən Zelenskiyə dəstək çağırışı

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Partiya dünyanın azadlıqsevər toplumunu Ukraynanın yanında olmağa çağırdı

“Freedom House” insan haqları müdafiə təşkilatının son bəyanatında Azərbaycanı azad olmayan ölkələr sırasında olması, jurnalistlərin ən çox həbs olunduğu ölkə kimi göstərməsi faktı obyektiv reallığı əks etdirir...

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən “Hürriyyət”ə verilən məlumata əsasən, toplantı iştirakçıları ilk növbədə Azərbaycana qarşı qərəzli, düşmən münasibəti ilə tanınan, Rusiya Federasiyası Dövlət Dumasının deputatı Konstantin Zatulinin insanlıq əleyhinə bir sıra qatı cinayətlər törətmiş, əlləri xalqımızın qanına bulaşan və bu gün ədalət məhkəməsi kürsüsünə çıxarılan erməni separatçılarının “repressiya qurbanı” olması ilə bağlı səsləndirdiyi bədnam bəyanata münasibət bildirib.

Partiya yetkililəri adı çəkilən şəxsin zaman-zaman xalqımızın əleyhinə obyektivlikdən uzaq, qərəzli çıxışlarını ona xatırlatmaqla, bu gün məhkəməsi qurulan şəxslərin ən qatı cinayətlərdə əli olduğunu, 20 əsrin ən dəhşətli faciəsi sayılan Xocalı soyqırımında bilavasitə iştirak etdiklərini diqətə çatdırıb və onun bu cür şəxsləri “repressiya qurbanı” olması barədə bəyanatını qətiyyətlə rədd edib.

İdarə Heyəti “Freedom House” insan haqları müdafiə təşkilatının son bəyanatında Azərbaycanı azad olmayan ölkələr sırasında olması, jurnalistlərin ən çox həbs olunduğu ölkə kimi göstərməsi faktından ciddi narahat olduğunu bildirib. Partiya rəsmiləri bu bəyanatın obyektiv reallığı əks etdirdiyini qeyd edib və son vaxtlar ölkədə bu və ya digər adlar altında çoxlu sayda jurnalistin, siyasi aktivlərin həbs edilməsi faktının qonşu dövlətlər tərəfindən təhdidlərin artdığı bir zamanda vətəndaş həmrəyliyinə, milli birliyə xidmət etmədiyini diqqətə çatdırıb və hakimiyyəti insan hüquq və azadlıqları, söz, mətbuat azadlığı ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə, həbs edilən jurnalistləri gözlənilən əfv siyahısına daxil etməyə çağırıb.

İdarə Heyəti son vaxtlar ölkəyə daxil olan və ya ölkəmizdə istehsal olunan insan orqanizmi üçün zərərli, vaxtı keçmiş bir sıra mühüm qida, ərzaq mallarının əhaliyə satışından, insanların bu qidalardan müxtəlif ağır xəstəliklərə düçar olmasından, xüsusilə zəhərli spirt satışı nəticəsində 15 sakinimizin dünyasını dəyişməsindən ciddi narahat olduğunu bildirib və hakimiyyəti qida təhlükəsizliyi üzrə tədbirlər görməyə, əhaliyə bu cür zərərli, vaxtı keçmiş məhsulları satan şəxsləri və şirkət sahiblərini ciddi cəzalandırmağa, qanun qarşısında cavabdehliyini təmin etməyə çağırıb.

İdarə Heyəti qonşu İran parlamentində adı çəkilən ölkənin konstitusiyasında milli dillərin inkişafı ilə bağlı müddəaya uyğun olaraq təqdim olunan layihənin geri qaytarılması, milli dildə ədəbiyyata yenidən qadağalar qoyulmsı faktına diqqət çəkib və bu halı orada yaşayan çoxmilyonlu türk soydaşlarımıza, eləcə də digər xalqların dilinə, mədəniyyətinə qarşı diskriminasiya siyasəti kimi dəyərləndirib.

İdarə Heyəti bir neçə gün öncə ABŞ prezidenti ilə Ukrayna prezidenti arasında baş tutan görüşün nəticələrinə də münasibət bildirib və bu görüşdə ABŞ prezidenti Donald Trampın və ölkənin vitse-prezidentinin Ukrayna prezidenti Vladimir Zelenski ilə heç bir diplomatik normaya sığımayan qaydada rəftarını qətiyyətlə pisləyib. İşğalçı, dikatator Putini öz adı ilə çağırmaqdan çəkinən Trampın öz xalqının azadlığı, suverenliyi uğrunda ləyaqətlə mübarizə aparan Zelenskiyə “diktator” deməsinin nə qədər məntiqsiz olduğuna diqqət çəkən partiya yetkililəri özünü dünyada demokratiyanın qoruyucusu kimi tanıdan ölkənin adına ləkə olduğunu bildririb. Qeyd edilib ki, Rusiya ilə Ukrayna arasında yaranmış hərbi konfliktin Rusiyaya verilən hədsiz güzəştlər hesabına həll edilməsi nəinki postsovet məkanına daxil olan ölkələri üçün, həmçinin Avropanın özü üçün təhlükəsizliyin təhdid altına düşməsinə gətirib çıxara bilər. Partiya rəsmiləri ABŞ prezidentinin hadisələrə merkantil maraqları çərçivəsində yanaşmasını qınamaqla bütün dünyanın azadlıqsevər insanlarını Ukrayna xalqının haqlı mübarizəsinə dəstək verməyə çağırıb.

İdarə Heyəti Avropa dövlətlərinin Ukrayna ilə bağlı Londonda keçirilən zirvə görüşünün nəticələrinə münasibət bildirib və sammitə daxil olan dövlətlərin Ukraynanın Rusiya işğalına qarşı mübarizəsini dətəkləməsini, ona bundan sonra da hər cür maddi, mənəvi, siyasi yardım göstərmələri barədə təşəbbüslərini yüksək dəyərləndirib, eyni zamanda hakimiyyəti də bu məsələdə Ukrayna ilə həmrəy olmağa, qardaş Türkiyənin Ukraynanın suverenliyi, ərazi bütövlüyü ilə bağlı sərgilədiyi prinsipial mövqeni davam etdirməyə çağırıb.

İdarə Heyəti Pakistan baş naziri N.Şərifin ölkəmizə səfəri, səfər zamanı müzakirə olunan məslələr barədə fikir mübadiləsi aparıb və Pakistanla Azərbaycan arasında bu günə qədər olan əlaqələri daha yüksək səviyəyə qaldırmaq, qarşlıqlı faydalı əmakdaşlığı, dostluq münasibətlərini yeni zəmində inkişaf etdirmək üçün səyləri gücləndirməyin vacibliyini diqqətə çatdırıb.

İdarə Heyəti Suriyada formalaşan yeni hakimiyyətlə Azərbaycan arasında əlaqələr məsələsinə diqqət çəkib və bu ölkənin yeni yönətiminin ölkənin idarə olunması ilə bağlı keçirdiyi böyük tədbirə Suriyada yaşayan və əhalinin böyük bir kəsimini əhatə edən türksoylu vətəndaşların kənarda sxlanmasından təəssüf hissi keçirdiyini bildirib və hakimiyyəti iki ölkə arasında yaranmış yeni əlaqələrində bu fakta xüsusi diqqət ayırmağa, türk düyasının bir parçası olan Bayırbucaq türkmənlərinin hüquqlarının müdafiəsi üçün lazımı addımlar atmağa çağırıb.

Hazırladı: KƏNAN

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 Mart 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see392

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see377

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see313

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see308

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see307

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see301

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see293

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see238

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see226

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see224

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see222

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see208

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see202

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see184

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see181

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see169

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri