Icma.az
close
up
RU
Ukrayna məğlub oldu, dostu qovuldu Zelenskiyə dəfn çağırışı

Ukrayna məğlub oldu, dostu qovuldu Zelenskiyə dəfn çağırışı

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mərhum Papa Fransiskin aprelin 26-da Vatikanda keçirilən dəfn mərasimindən öncə ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında baş tutan görüş dünya mediasında müzakirələrə səbəb oldu.

Görüşün ardınca Donald Tramp Rusiya Prezidenti Vladimir Putini tənqid etdi və Kiyevə endirilən hava zərbələrinin dayandırılması tələbini irəli sürdü. Tramp Zelenskini sülh danışıqlarına daha açıq olmağa çağırdı, həmçinin Vatikandakı qısa görüşün müsbət keçdiyini dedi. Ukrayna prezidenti isə ölkəsinin ərazi bütövlüyünü qorumaq şərtilə sülh danışıqlarına hazır olacaqlarını ifadə etdi.​ Prezidentlərin 15 dəqiqəlik söhbətinin görüntüləri də ictimaiyyətdə maraqla qarşılandı.

Vatikanda Tramp və Zelenski arasında baş tutan görüş sülh danışıqlarına necə təsir edəcək? Moskvanı hansı şərtlər əsasında müzakirə masasına gətirmək mümkün olar?

Globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, Trampın Zelenski ilə görüşə heç kimi buraxmaması, xüsusilə Fransa Prezidenti Emmanuel Makronu nümayişkəranə şəkildə uzaqlaşdırması söhbətin ciddiliyindən xəbər verir:

“Bu, həm də Ukraynaya münasibətdə Avropa İttifaqının (Aİ) mövqeyinin sonrakı zamanlarda da nəzərə alınmayacağını əyani şəkildə göstərdi. Tramp Avropaya dedi ki, siz Ukraynanı qızışdırmağa davam etsəniz, Zelenskini görəndə onu alqışlarla qarşılasanız da, bu, heç nəyi dəyişmir. Vaşinqton Kiyevə münasibətini dəyişmək istəmədiyini hər addımda nümayiş etdirir. Şərtlərini yalnız bu ölkəyə deyil, həm də onun dəstəkçisi olan Avropaya qəbul etdirməyə çalışır.

Görüşün keçirildiyi məkan, ortada olan situasiya onu deməyə əsas verir ki, burada müzakirə aparılmayıb. Çox güman ki, Tramp ABŞ-ın konkret şərtləri ilə bağlı açıq qalan suallarına cavab istəyib. Həmçinin atəşkəsə nail olunması üçün Birləşmiş Ştatların mövqeyini bir daha bəyan edib və bunun yerinə yetirilməsini tələb edib”.


Mütəllim Rəhimli

Politoloqun sözlərinə görə, ABŞ indi öz mövqeyini təkcə Ukraynaya deyil, bütövlükdə ona qarşı çıxmağa çalışan Avropaya qəbul etdirməlidir:

“Ukrayna artıq 3 il qabaq müharibəyə sürüklənəndə və ondan da əvvəl Zelenski hakimiyyətə gələndə məğlub duruma düşüb. Təəssüf ki, hazırda dünyada demokratik dəyərlər dəstəklənmir, dövlətlərin ərazi bütövlüyünə hörmət olunmur. Ukrayna da indi bundan ən çox əziyyət çəkən ölkədir. İndi Zelenski belə həlledici məqamda heç olmasa bir siyasətçi kimi qərar verməyi bacarmalıdır. O, artıq ABŞ-a müqavimət göstərmək gücündə deyil və Avropanın oyunlarını anlamır. Buna görə də tezliklə prezident seçkilərinə getməli və Ukraynanı qoruya biləcək yeni bir qüvvənin hakimiyyətə gəlməsinə imkan yaratmalıdır. Bunu edərsə, Vatikanda özünün dəfn olunmasına razılaşacaq, əks halda isə Ukraynanı dəfn etmiş olacaq”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Aprel 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see164

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see161

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see127

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see127

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri