Icma.az
close
up
RU
ADP hökuməti sosial yönümlü siyasət həyata keçirməyə çağırdı

ADP hökuməti sosial yönümlü siyasət həyata keçirməyə çağırdı

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ADP İdarə Heyətinin ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslərə dair növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən “Hürriyyət”ə verilən məlumata əsasən, toplantı iştirakçıları ilk növbədə 06-07 oktyabr 2025-ci il tarixlərində Azərbaycanda Türk Dövlətləri Təşkilatının “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunan 12-ci Zirvə görüşü ətrafında müzakirələr aparıb.

Müzakirələrdə bu zirvə görüşünün türk dövlətləri arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət etdiyi qeyd edilib, eyni zamanda bu tipli görüşlərdə təşkilata üzv olan ölkələrin daxilindəki problemlərin həlli, xalqların mədəni və siyasi həyat səviyyəsinin yüksəldilməsi istiqamətində də müzakirələrin aparılmasının vacibliyi qeyd edilib.

İdarə Heyətində qonşu Gürcüstanda 04 oktyabr 2025-ci il tarixində keçirilən bələdiyyə seçkilərindən sonra yaranmış siyasi gərginlik ətrafında da müzakirələr aparılıb. Müzakirələrdə Gürcüstandakı hadisələrin dinc və demokratik qaydada inkişafının bölgə dövlətlərinin qarşılıqlı inteqrasiyası üçün vacibliyi qeyd edilib. İdarə Heyəti Gürcüstanda yaşayan soydaşlarımızı hər cür zorakılıqdan imtina etməyə və təxribatlara uymamağa dəvət edib. Eyni zamanda qeyd edilib ki, azərbaycanlıların Gürcüstanın hakimiyyət orqanlarında təmsilçiliyi istiqamətində Azərbaycan hökuməti səylərini davam etdirməlidir.

İdarə Heyəti bir daha ölkədə ictimai nəqliyyatda gediş haqlarının artırılmasından və ölkədə həyat səviyyəsinin durmadan çətinləşməsindən dolayı cəmiyyətdə yaranmış haqlı narazılıqlara diqqət çəkib. İdarə Heyəti hökuməti mövcud narazılıqları nəzərə alaraq əmək haqlarını artırmağa, aztəminatlı ailələrə və əhalinin həssas qruplarına yönəlik sosial yönümlü siyasət həyata keçirməyə çağırıb.

İdarə Heyəti son zamanlar Kremlin təbliğat simalarının davamlı olaraq Azərbaycana qarşı qarayaxma və təhdid xarakterli təbliğatına bir daha münasibət bildirib. Baş verənləri Azərbaycana qarşı düşmənçilik siyasəti kimi dəyərləndirən müzakirə iştirakçıları bu tipli ritorikanın yolverilməz olduğunu, iki dövlət arasındakı münasibətlərin daha da gərginləşməsinə xidmət etdiyini bildirib.

İdarə Heyəti Qəzzada atəşkəsin əldə olunması ilə bağlı ABŞ prezidenti D.Trampın səylərini alqışlayıb, bölgədə ədalətli sülhə nail olmaq naminə Fələstin dövlətinin yaradılmasının, Qəzzada baş verən hərbi cinayətlərin müstəqil beynəlxalq təşkilatlar tərəfindən araşdırılmasının və hərbi cinayətlərə yol vermiş hərbiçilərin beynəlxalq hüquq normaları çərçivəsində cəzalandırılmasının vacibliyini bildirib.

KƏNAN

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 08 Oktyabr 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see225

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see213

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see181

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see142

Zirə autsayderə qarşı

22 Noyabr 2025 09:31see135

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see134

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

22 Noyabr 2025 10:49see133

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see132

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see131

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see130

Naxçıvanda yol qəzası olub, 4 nəfər xəsarət alıb

22 Noyabr 2025 19:20see128

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see127

Duz beyinə necə təsir edir?

22 Noyabr 2025 07:37see125

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see124

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see123

Ən nadir 5 pişik cinsi

23 Noyabr 2025 03:03see122

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see122

Ləzizbəy üç il “dincələcək”

23 Noyabr 2025 00:57see122

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see121

Qırğızıstanın sabiq prezidentinin oğlu SAXLANILDI

22 Noyabr 2025 23:03see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri