Icma.az
close
up
RU
RUSİYADAN GÖZLƏNİLƏN TƏHLÜKƏ… ADP vətəndaşları təhdidlərə hazır olmağa çağırdı

RUSİYADAN GÖZLƏNİLƏN TƏHLÜKƏ… ADP vətəndaşları təhdidlərə hazır olmağa çağırdı

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ADP İdarə Heyətinin ölkə və beynəlxalaq aləmdə baş verən ictimai-siyasi proseslərə dair növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən “Hürriyyət”ə verilən məlumata əsasən, toplantı iştirakçıları ilk növbədə Rusiya-Ukrayna müharibəsi ətrafında baş verən son hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.

Partiya yetkililəri ABŞ prezidenti Donald Tramla Rusiya prezidenti Vladimir Putinin Budapeştdə keçiriləcək görüşünə diqqət çəkib. Keçirilməsi planlaşdırılan görüşdə atəşkəs əldə edilməsi ilə bağlı razılaşmaların mümkünlüyünə ümidvar olduğunu ifadə edən toplantı iştirakçıları beynəlxalq gücləri Ukraynanın ərazi bütövlüyü, suverenliyi uğrunda apardığı mübarizədə onlara dəstək olmağa, işğalçı Rusiyanın daha irticaçı təcavüzkar planlarını önləmək üçün adı çəkilən ölkəyə ciddi təsir göstərmək üçün bir səfdə birləşməyə çağırıb.

İdarə Heyəti İngiltərənin Azərbaycan və Ermənistana tətbiq etdiyi silah embarqosunun aradan qaldırılması ilə bağlı qəbul etdiyi qərarı təqdir edib və bu addımın iki dövlət arasında otuz ildən artıq davam edən qanlı müharibənin bitməsi anlamına gəldiyini qeyd etməklə, Cənubi Qafqazda sülhün, təhlükəsizliyin qorunmasına, hər iki dövlətin Rusiyadan gələn təhdidlərə qarşı müdafiə qabiliyyətinin artmasına xidmət edəcəyini diqqət çəkib.

İdarə Heyəti MDB ölkələrinin Düşənbədə keçirilən sammitindən sonra bir sıra rus rəsmilərinin, xüsusilə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun MDB ölkələrində rus dilinin qorunması ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib və Rusiyanın özündə MDB ölkələrinə mənsub miqrantların sıxışdırıldığı, rus şovinizminin qabardığı bir vaxtda bu cür çıxışların yalnız Rusiyanın imperialist istəklərinə xidmət etdiyini, hərbi, siyasi vasitələrlə yanaşı dil vasitəsi ilə də MDB ölkələrini öz təsir dairəsinə salmaq istəyindən irəli gəldiyini bildirib və hakimiyyəti Azərbaycanda dövlət büdcəsindən maliyyələşən rusdilli məktəblərin fəaliyyətini dayandırmağa, işə götürmələr zamanı rusdilli vətəndaşlardan Azərbaycan dilindən imtahan verilməsi tələbini irəli sürməyə çağırıb.

İdarə Heyəti Rusiya Xarici İşlər nazirinin müavini M.Qaluzinin Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasında Rusiyanın mühüm yer almasını, sülh sazişinin imzalanma məkanının Rusiya ərazisində gerçəkləşməsinin vacibliyini önə çəkməsi barədə bəyanatını qəbul edilməz hesab edib və bu addımları iki dövlət arasında Vaşinqtonda paraflanan razılaşmaların ruhuna zidd olmaqla, Rusiyanın yenidən Cənubi Qafqazda imperialist niyyətlərinin reallaşması üçün növbəti cəhdi kimi dəyələndirib və hakimiyyəti bu cür sərsəm bəyanatlara adekvat reaksiya verməyə çağırıb.

İdarə Heyəti son günlər Prezident Administrasiyasının keçmiş şefi, AMEA-ın sabiq prezidenti Raniz Mehdiyevin haqqında ağır itthamlar sürülərək dindirməyə cəlb edilməsi, barəsində dörd aylıq ev dustaqlığı həbs qətimkan tədbirinin tətbiq edilməsi ilə bağlı məsələyə münasibət bildirib və bu ittihamlar rəsmi təsdiqini tapdığı halda onun haqqında Cinayət Məcəlləsi üzrə tədbirlər görülməsini istisna etməyib. Partiya yetkililəri dövlətin bu günə qədər olan rəsmi reaksiyasının ona qarşı irəli sürülən ittihamlara adekvat olmadığını qeyd edib və bu məsələnin ciddiliyini nəzərə alaraq bəzi qrupların öz rəqiblərini sıradan çıxarmaq üçün fürsət güddüyünü, məsələni bir şəxsin üzərinə yönəltməklə Rusiyanın daha real agentura şəbəkəsinin diqqətdən yaındırılması xarakteri daşıdığı qənaətində olduğunu bildirib, dövlət rəsmilərini gecikmədən məsələyə rəsmi münasibət bildirməyə, vətəndaşlarımızı Rusiyadan gözlənilən daha təhlükəli təhdidlərə hazır olmağa çağırıb.

İdarə Heyəti son vaxtlar səhiyyə sistemində baş alıb gedən özbaşınalıq, rüşvətxorluq, vətəndaşları süründürmə halları ilə bağlı məsələyə münasibət bildirib və vətəndaşların icbari sığorta üzrə dövlət xəstəxanalarında pulsuz müayinə olunması barədə imtiyazları olmasına baxmayaraq onlardan rəsmi ödənişlərdən kənar rüşvət tələb edilməsi, xəstələri get-gələ salınması kimi neqativ halları qətiyyətlə pisləyib və bunların imkansız, aztəminatlı ailələr üçün dözülməz vəziyyət yaratdığını bildirməklə hakimiyyəti səhiyyə sistemində olan süründürməçiliyə, rüşvət tələb etmə faktlarına görə ciddi tədbirlər görməyə şağırıb.

Hazırladı: KƏNAN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 20 Oktyabr 2025 20:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see276

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see249

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see181

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see176

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see138

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see133

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see129

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see128

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

19 Oktyabr 2025 04:02see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see125

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see125

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see124

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see123

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see119

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri