Icma.az
close
up
RU
ADP İdarə Heyəti növbəti toplantısını keçirib

ADP İdarə Heyəti növbəti toplantısını keçirib

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Ermənistanda keçirilmiş seçkilərin nəticələri Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması perspektivlərini daha da gücləndirir...

Bu gün ADP İdarə Heyətinin növbəti həftəlik iclası keçirilib. İclasda regionda və dünyada baş verən aktual siyasi proseslər, beynəlxalq münasibətlər sistemində müşahidə olunan tendensiyalar, eləcə də Azərbaycanın milli maraqları baxımından əhəmiyyət kəsb edən məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

İdarə Heyəti ötən gün Ermənistanda keçirilmiş parlament seçkilərinin nəticələrini geniş müzakirə edib. Qeyd olunub ki, bu seçkilər Cənubi Qafqaz regionunda son illərin ən demokratik, azad və qanuni seçkilərindən biri kimi qiymətləndirilə bilər. Müzakirələr zamanı bildirilib ki, seçkilər Rusiyanın müxtəlif siyasi təsir və təzyiq cəhdlərinə, eləcə də Rusiyapərəst qüvvələrin fəallaşdırılmasına baxmayaraq, azad və şəffaf şəkildə keçirilib. Nəticədə Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvə seçkilərin qalibi olub. İdarə Heyəti hesab edib ki, seçkilərin nəticələri Ermənistan cəmiyyətinin böyük əksəriyyətinin Paşinyan hökumətinin daxili və xarici siyasət kursunu dəstəklədiyini göstərir. Xüsusilə ölkədə demokratik institutların inkişafı, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə, hüquqi dövlət quruculuğu istiqamətində aparılan siyasətə ictimai dəstəyin ifadə olunduğu vurğulanıb. Eyni zamanda qeyd olunub ki, Ermənistan seçiciləri Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması, regionda davamlı sülhün təmin olunması və qonşularla qarşıdurma deyil, əməkdaşlıq siyasətinin davam etdirilməsi istiqamətində öz mövqelərini ortaya qoyublar. Müzakirələrdə bildirilib ki, seçkilərin nəticələri təkcə Ermənistan üçün deyil, bütövlükdə Cənubi Qafqaz regionunun təhlükəsizliyi və sabitliyi baxımından müsbət əhəmiyyət daşıyır. Bu nəticələrin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması perspektivlərini daha da gücləndirdiyi vurğulanıb. İdarə Heyəti bu prosesləri Ermənistanın və bütövlükdə regionun xarici təsirlərdən daha müstəqil siyasi xətt yürütməsi istiqamətində mühüm addım kimi qiymətləndirib.

İclasda Yaxın Şərqdə son günlər müşahidə olunan gərginlik, xüsusilə İran və İsrail arasında atəşkəs rejiminin pozulması və qarşılıqlı raket zərbələrinin endirilməsi məsələləri də müzakirə olunub. Qeyd olunub ki, hazırda İran ilə ABŞ arasında aparılan danışıqlar fonunda hərbi əməliyyatların yenidən aktivləşməsi və atəşkəs rejiminin pozulması bölgədə sülh və təhlükəsizliyə ciddi təhdid yaradır. Bu cür addımlar siyasi avantüra kimi qiymətləndirilib. İdarə Heyəti hesab edib ki, mövcud problemlərin həlli hərbi qarşıdurma deyil, siyasi dialoq və diplomatik vasitələr yolu ilə mümkün ola bilər. Tərəflər əldə olunmuş razılaşmalara əməl etməyə, gərginliyi artıran addımlardan çəkinməyə və problemləri danışıqlar yolu ilə həll etməyə çağırılıblar.

İdarə Heyətində Rusiya-Ukrayna müharibəsinin gedişi və son dövrlərdə ortaya çıxan sülh təşəbbüsləri də müzakirə edilib. Qeyd olunub ki, Ukrayna Prezidenti V.Zelenskinin Rusiya Prezidenti V.Putinə müraciət edərək müharibənin dayandırılması məqsədilə birbaşa görüş təklif etməsi Ukrayna rəhbərliyinin və Ukrayna xalqının sülhə nail olunmasında maraqlı olduğunu göstərən mühüm siyasi addımdır. İdarə Heyəti bildirib ki, bu təşəbbüsə Rusiya rəhbərliyi tərəfindən müsbət cavab verilməməsi Kremlin müharibəni davam etdirmək niyyətinin göstəricisi kimi qiymətləndirilə bilər və bu yanaşma kəskin şəkildə pislənib. Müzakirələr zamanı Avropa və digər Qərb institutları tərəfindən Ukraynaya göstərilən siyasi, iqtisadi və hərbi dəstəyin davam etdirilməsi istiqamətində qəbul olunmuş qərarlar müsbət qiymətləndirilib. Həmçinin Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqinə dair qərarların beynəlxalq hüququn müdafiəsi baxımından əhəmiyyətli olduğu qeyd olunub. İdarə Heyəti münaqişənin beynəlxalq hüquq normaları əsasında, ədalətli və davamlı sülh yolu ilə həllinin vacibliyini bir daha vurğulayıb.

İdarə Heyəti Qazaxıstan Respublikasının Cənubi Kipr Respublikası ilə münasibətlərinin inkişafı məsələsini də müzakirə edib. Qeyd olunub ki, Qazaxıstanın xarici siyasət kursunu müəyyənləşdirməsi onun suveren hüququdur. Bununla belə, Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında formalaşmış qarşılıqlı etimadın və həmrəyliyin qorunmasının vacibliyi vurğulanıb. Müzakirələr zamanı bildirilib ki, Türk Dövlətləri Təşkilatında təmsil olunan dövlətlərin xarici siyasətdə daha çox uzlaşma və qarşılıqlı məsləhətləşmə prinsiplərinə üstünlük vermələri təşkilatın gələcək inkişafı baxımından faydalı olardı. Eyni zamanda qeyd olunub ki, Qazaxıstanın Şimali Kipr Türk Cümhuriyyəti ilə iqtisadi, humanitar və mədəni əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində addımlar atması Türk dünyası daxilində əlaqələrin gücləndirilməsinə töhfə verə bilər.

İdarə Heyəti Rusiya-Azərbaycan münasibətlərində son dövrlərdə müşahidə olunan prosesləri və Rusiya rəsmilərinin regionla bağlı bəyanatlarını da müzakirə edib. Xüsusilə ötən həftə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Rusiya tərəfinin Azərbaycan və Ermənistan arasında sülh sazişinin Rusiya platformasında imzalanması ilə bağlı səsləndirdiyi təkliflər diqqət mərkəzində olub. Müzakirələr zamanı qeyd olunub ki, son dövrlərdə Rusiya tərəfindən Azərbaycan və Ermənistana yönəlik müxtəlif siyasi təzyiq cəhdləri Moskvanın regionda öz təsir imkanlarını qoruyub saxlamaq istəyindən qaynaqlanır. İdarə Heyəti hesab edib ki, Azərbaycan öz milli maraqlarını əsas götürərək müstəqil siyasət kursunu davam etdirməli, ölkənin suveren qərarvermə hüququna təsir göstərməyə yönələn istənilən xarici təzyiqə qarşı prinsipial mövqe nümayiş etdirməlidir. Qeyd olunub ki, Azərbaycan-Ermənistan sülh prosesinin gələcəyi ilk növbədə iki dövlətin siyasi iradəsinə əsaslanmalı, hər hansı xarici gücün geosiyasi və ya imperial maraqlarının alətinə çevrilməməlidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 İyun 2026 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri