Icma.az
close
up
RU
ADP İdarə Heyəti növbəti toplantısını keçirib

ADP İdarə Heyəti növbəti toplantısını keçirib

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Moderator.az xəbər verir ki, toplantı iştirakçıları ötən həftə İmişli rayonunda baş verən avtoqəza nəticəsində 3 məktəbli qızın həlak olmasından ciddi narahat olduğunu bildirib və hakimiyyət orqanlarını baş verən hadisənin şəffaf aparılmasına, günahkarların cəzalandırılmasına çağırış etməklə yanaşı emosional halda olan qanun pozuntusuna yol vermiş gənclərin barələrində həbs qətimkan tədbiri görülərək onların azadlıqdan məhrum edilməsini, polis idarələrində onlara qarşı zor tətbiq edilməsini pisləyib və barələrində çıxarılan məhkəmə hökmlərinin dəyişdirilməsini zəruri hesab ediblər.

İdarə Heyəti son vaxtlar orduda qeyri-döyüş şəraitində bir neçə əsgərimizin vəfat etməsi faktından ciddi narahat olduğunu bildirib və bu faktın arxasında hərbi nizam-intizamın zəifləməsi, bəzi zabitlərin hələ də təcrübə toplamamış əsgərlərlə rəftarında kobud səhvlərə yol verilməsi, ordumuzda zamanın tələblərinə uyğun ciddi dəyişikliklər edilməsinə baxmayaraq, bir sıra yüksək rütbəli zabitlərin köhnə qaydalardan əl çəkməməsi hallarının durduğunu qeyd edib və Müdafiə Nazirliyini orduda nizam-intizamın möhkəmləndirilməsi istiqamətində səylərini artırmağa, əsgər ölümlərinə səbəb olan şəxslərin cəzalandırılmasına çağırıb.

İdarə Heyəti son vaxtlar Rusiya Azərbaycan münasibətlərində gərginliklər yaşanması, Rusiyanın rəsmi dairələrindən tutmuş media resurslarına qədər bütün instansiyalarda Azərbaycana qarşı qara piar kampaniyası aparması faktından narahatlığını ifadə edib və baş verənlərin heç də təsadüfü olmadığını, əksinə Rusiyanın zaman-zaman ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə yönəlik imperial iddialarından irəli gəldiyini qeyd edib. Azərbaycanın Rusiya ilə münasibətlərində beynəlxalq hüquq normalaına söykənən qarşılıqlı, faydalı əməkdaşlığa üstünlük verməsinə baxmayaraq adı çəkilən ölkənin mütəmadi olaraq ölkəmizə qarşı imperiya təfəkkürü ilə yanaşması, ölkəmizin 44 günlük Vətən müharibəsindən sonra suverenliyini, ərazi bütövlüyünü bərpa etməsini həzm edə bilməməsi Putin Rusiyasının iki ölkə arasında əldə edilən razılaşmalara, xüsusilə 22 fevral 2022-ci il tarixində Azərbaycan və Rusiya dövləti arasında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında Bəyannaməyə zidd mövqe tutduğunu ortaya qoyur. İdarə Heyəti ikili münasibətlərdə hakimiyyətin bu faktorları nəzərə almağa, xarici siyasət prioritetlərində ölkəmizi hər zaman təhdid altında saxlamağa cəhd edən Rusiya ilə deyil, Qərb alyansına inteqrasiya olunmağa üstünlük verməyə çağırıb.

İdaraə Heyəti Belarusda keçirilən prezident seçkilərinin nəticələrinə münasibət bildirib və bu seçkilərin azad, demokratik ədalətli keçirilmədiyindən, Lukaşenko diktaturasına uyğun aparılmasından dolayı seçicilərin əksəriyyətinin seçki hüququnun pozulmasından narahat olduğunu qeyd edib və bu cür seçkilərin antidemokratik mahiyyət daşıdığını diqətə çatdırıb.

İdarə Heyəti son vaxtlar Türkiyə ilə Azərbaycan arasında münasibətlərin iki qardaş ölkənin milli maraqlarına uyğun davam etdirilməsini, hərbi, siyasi, iqtisadi sahədə əməkdaşlığın yeni mərhələyə daxil olmasından, ordu sistemimizin NATO ölkəsi olan Türkiyə təcrübəsinə uyğun qurulmasından, Suriya ilə bağlı siyasətdə birgə mövqe nümayiş etdirməsindən, beynəlxalq təhdidləri dəf etmədə yekdillik göstərməsindən məmnunluğunu ifadə edib və hakimiyyəti bundan sonrakı siyasətində də həmin xətti dah da inkişaf etdirməyə səsləyib.

İdarə Heyəti ölkə prezidentinin Davos iqtisadi forumunda iştirakını, bu forum zamanı ayrı-ayrı ölkə və şirkət sahibləri ilə keçirdiyi görüşlərini, ölkəmizin iqtisadi maraqlarının qorunması istiqamətində göstərdiyi təşəbbüsləri təqdir edib və beynəlxalq səviyyəli belə bir iqtisadi forumda təmsil olunmanın dövlətimiz üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

İdarə Heyəti son vaxtlar İranla Azərbaycan arasında qarşı tərəfin qonşuluq əlaqələrinə sığmayan hərəkətləri, sərsəm bəyanatları, təhdidləri nəticəsində münasibətlərin pozulmasından narahat olduğunu və Tehrandan idarə olunan bu hadisələrin Kremlin son vaxtlar ölkəmizə qarşı başlatdığı qaralama kampaniyası ilə eyni vaxtda baş verdiyini bildirib və İran yetkililərini ölkələrimiz arasında tarixən movcud olan sağlam münasibətləri qorumağa, təhdidlərdən, yersiz iddialardan əl çəkib hər iki ölkənin qarşlıqlı maraqlarına, iqtisadi, siyasi, mədəni əlaqələrinin inkişafına xidmət edən tövr sərgiləməyə çağırıb.

İdarə Heyəti Bayden administrasiyası dövründə ABŞ ilə Azərbaycan arasında yaranmış soyuq münasibətlərin D.Trampın prezidentliyi dövründə aradan qaldırılması istiqamətində ölkə başçısı tərəfindən verilən mesajların ümidverici olduğunu bildirib və hakimiyyəti dünyanın super gücü olan bu ölkə ilə münasibətlərində yeni bir mərhələ başlatmağa, ölkəmizin suverenliyini, təhlükəsizliyini təmin etmək üçün ABŞ-nin regiondakı maraqları ilə uzlaşan siyasət izləməyə çağırıb.

İdarə Heyəti son vaxtlar ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşmasından, ölkə əhalisinin iqtisadi durumunun çətinləşməsindən, zəruri təlabat mallarının qiymətinin sürətlə artmasından ciddi narahat olduğunu bildirib və hakimiyyəti süni qiymət artımını, dövlətin iqtisadi gücünü sarsıdan rüşvət, korrupsiya, monopoliya faktlarının aradan qaldırılması istiqamətində addımlar atmağa, ölkə vətəndaşlarının sosial rifahını təmin etmək üçün iqtisadi islahatlar həyata keçirməyə çağırıb.

İdarə Heyəti son vaxtlar Bakı Metropoliteni də daxil olmaqla bir sıra dövlət təşkilatlarında Hesablama Palatasının apardığı audit yoxlamaları zamanı külli miqdarda yeyintilərin aşkar olması faktına diqqət çəkib. Partiya yetkililəri dövlət resurslarının dağıdılmasına, mənimsənilməsinə xidmət edən bu cür yeyintilərin aşkarlanması, yüksək ranqlı məmurların məsuliyyətə cəlb edilməsi faktını təqdir etməklə, Hesablama Palatasının bu yeyintilərin qarşısını cari yoxlamalarda deyil, on illər keçdikdən, külli miqdarda mənimsəmə faktı baş verdikdən sonra yoxlama aparmasını sorğulayıb. Partiya yetkililəri bu yoxlamaların növbəti hədəfinin Hesablama Palatası, Vergilər və Maliyyə Nazirliyi olmasına diqqət çəkib və hakimiyyəti külli miqdarda yeyintilərə göz yuman bu nazirliklərdə yoxlama nəzarət işini gücləndirməyə çağırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://moderator.az
archiveBu xəbər 27 Yanvar 2025 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see499

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see272

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see267

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see265

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see258

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see257

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see256

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see245

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see226

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see226

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see224

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see221

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see214

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see211

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see207

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see202

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see202

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see199

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri