Icma.az
close
up
RU
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib

ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün ADP İdarə Heyətinin ölkə və beynəlxalaq aləmdə baş verən ictimai-siyasi proseslərə dair növbəti toplantısı keçirilib.

Moderator.az xəbər verir ki, toplantı iştirakçıları ilk növbədə Nepalda baş verən hadisələr ətrafında müzakirələr aparıb və çevrilişlə nəticələnən bu hadisənin əsas səbəbinin adı çəkilən ölkədə korrupsiyanın dövlət səviyyəsinə qalxması, hakimiyyətin xalqın səsini dinləməməsi, kəskin qütbləşmə fonunda ölkə əhalisinin əksəriyyətinin sosial-iqtisadi vəziyyətinin acınacaqlı hala düşməsi, demokratiyanın, insan hüquq və azadlıqlarının ardıcıl olaraq pozulması faktları və eyni zamanda beynəxalq güclərin bu ölkə üzərində təsir dairəsini gerçəkləşdirmək istəyi ilə bağlı olduğunu diqqətə çatdırıb. İdarə Heyəti bu cür arzuolunmaz çaxnaşmalardan yayınmaq naminə hakimiyyət yetkililərini ölkədə yeridilən daxili siyasəti, dövlət başçısının mövcud şərtlərə uyğun yürütdüyü uğurlu xarici siyasətə uyğunlaşdırmağa, vətəndaşları dövlətdən narazı salmamağa, insan hüquq və azadlıqlarına dair beynəlxalq öhdəliklərə vicdanla əməl etməyə, siyasi plürallığı təmin etməyə, dövləti içdən sarsıdan korrupsiya və rüşvətxorluğa qarşı ciddi tədbirlər almağa çağırıb.

İdarə Heyəti İsrailin Qətərə hərbi hava hücumunu bu ölkənin suveren hüquqlarının, təhlükəsizliyinin pozulması baxımından yolverilməz olduğunu bildirib və bu cür hərbi insidentlərin beynəlxalq hüquq prinsipləri ilə bir araya sığmadığını, dövlətlərarası münasibətlərin hərbi təcavüz yolu ilə deyil, diplomatik yolla həll edilməsinin tərəfdarı olduğunu bəyan edib.

İdarə Heyəti son günlər Rusiyanın hərbi arealını genişləndirərək Polşa və Ruminiyanın hava məkanına daxil olması, pilotsuz uçuş aparatları ilə hücum etməsi faktını qətiyyətlə pisləyib və Ukraynadan sonra digər Avropa dövlətlərini təhdid edən bu hücumların qarşısının alınması üçün ciddi tədbirlər görülməsinin, adı çəkilən ölkəyə qarşı ağır sanksiyalar tətbiq edilməsinin, Putin Rusiyasının təcavüzkar imperiya ambisiyalarının boğulmasının vaxtı çatdığını qeyd edib.

İdarə Heyəti “Beynəlxalq Böhran Qrupu”nun Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanması prosesinin sürətlənməsi üçün sülh müqaviləsinin imzalanmasının, onun ratifikasiyasının isə Ermənistan Konstitusiyasına ediləcək düzəlişlərdən sonraya saxlanılması ilə bağlı irəli sürdüyü təşəbbüs ətrafında fikir mübadiləsi aparıb və bu təklifin Azərbaycan üçün qəbuledilməz olduğunu diqqətə çatdırıb. Eyni zamanda İdarə Heyəti son vaxtlar Azərbaycanla Ermənistan arasında ikili qaydada keçirilən görüşləri, Ermənistan baş naziri N.Paşinyanın sülhün qaçılmaz olduğu barədə səsləndirdiyi bəyanatları müsbət dəyərləndirib və adı çəkilən ölkənin öz Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması istiqamətində qətiyyətli addımlar atacağına ümidvar olduğunu bildirib.

İdarə Heyəti Böyük Britaniya Xarici İşlər Nazirliyinin Azərbaycanla iki dövlət arasında mövcud münasibətlərin statusunun strateji tərəfdaşlıq səviyyəsinə qaldırıldığı ilə bağlı açıqlaması ətrafında müzakirə aparıb və bu strateji yaxınlaşmanı Azərbaycanın istər siyasi, istərsə də təhlükəsizlik baxımından milli və dövlət maraqlarına uyğun olduğunu diqqətə çatdırıb.

İdarə Heyəti sonda cari məsələlərə baxıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:273
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Sentyabr 2025 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri