Icma.az
close
up
RU
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib

ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Moderator.az xəbər verir ki, toplantı iştirakçıları Qahirədə İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) sammiti zamanı Azərbaycanın bu təşkilata üzv seçilməsi məsələsinə münasibət bildirib. Partiya yetkililəri böyük iqtisadi potensiala malik “İslam Səkkizliyi” adlanan D-8-ə ölkəmizin yekdilliklə üzv seçilməsini təqdir edib və bu faktı ölkəmizin milli və strateji maraqlarına xidmət edəcəyinə əminliyini qeyd edib.

İdarə Heyəti Türkiyədə baş verən helikopter qəzası nəticəsində həlak olan insanların doğmalarına və bütövlükdə Türkiyə xalqına dərin hüznlə başsağlığı ünvanlayıb və həlak olanlara Allahdan rəhmət diləyib.

İdarə Heyəti Avropa Parlamentinin Azərbaycan hökumətinin vətəndaş cəmiyyətinə, müstəqil mediaya və siyasi müxalifətə qarşı repressiyalarını pisləyən, siyasi məhbusların azad edilməsini tələb edən və yüksək vəzifəli məmurlara qarşı hədəfli sanksiyaların tətbiqinə çağıran qətnamasinə münasibət bildirib. Partiya yetkililəri son zamanlar Qərb institutları ilə münasibətlərin gərginlik fazasına daxil olmasından dolayı Azərbaycana qarşı insan hüquq və azadlıqlarının pozulmasını özündə ehtiva edən bu cür qətnamələrin davamlı xarakter almasından narahatlığını ifadə edib və bu qərarların qərəzli, ya qərəzsiz olmasından asılı olmayaraq hakimiyyət yetkililərini ölkədə vətəndaş hüquq və azadlıqlarının qorunması, siyasi məhbusların azad edilməsi, media üzərində basqıların aradan qaldırılması istiqamətində addımlar atmağa və bu sahədə üzərinə götürdüyü beynəlxalq öhdəlikləri vicdanla yerinə yetirməyə çağırıb.

İdarə Heyəti Bəşər Əsəd dönəmindən sonra Suriyada baş verən hadisələr, ölkənin yenidən şəkillənməsində qardaş Türkiyənin bu ölkənin unitar yapısının, ərazi bütövlüyünün, suverenliyinin qorunması istiqamətində atdığı müsbət addımlar, İran rəsmilərinin yenə də Suriyanın daxili işlərinə müdaxilə xarakterli çağrışlar etməsi ilə bağlı məsələlər ətrafında müzakirə aparıb. Qeyd edilib ki, İranın ali dini rəhbəri Xomeneinin Suriyada formalaşan hökumətə qarşı müqavimət göstərilməsi ilə bağlı çağıışı bu ölkənin bu vaxta qədər Suriyada Əsəd rejimini dəstəkləməsinə, özgür Suriyanı öz vassalına çevirməsinə əyani sübutdur və bu cür çağırışlar beynəlxalq hüququn suverenlik prinsipi ilə ziddiyyət təşkil edir. Partiya rəsmiləri qardaş Türkiyənin Suriyanın yenidən qurulması istiqamətinə yönəlik dövlət siyasətinin önəmini qeyd edib və Azərbaycan hakimiyyətini qardaş ölkə ilə eyni xətti izləməyə çağırıb.

İdarə Heyəti Ukrayna-Rusiya müharibəsinə bir daha münasibət bildirib və dünya dövlətlərini bu qanlı müharibənin bitməsi üçün səylərini biləşdirməyə, barışın Ukraynanın birtərəfli qaydada sülhə zorlanması yolu ilə deyil, beynəlxalq hüquq normalarının ərazi bütövlüyü, suverenlik kimi ana prinsiplərinin rəhbər tutulması ilə əldə edilməsinə təsir imkanlarını artırmağa çağırıb.

İdarə Heyəti son vaxtlar ölkədə siyasi motivli həbs dalğasının genişlənməsindən, müxtəlif bəhanələrlə jurnalistlərin, aktiv siyasilərin həbsdə saxlanılmasından dolayı ölkəmizin demokratik ictimayyətin qınağına tuş gəlməsindən, Qərb institutlarının insan hüquqlarının pozulması ilə bağlı qəbul etdiyi qətnamələrlə üz-üzə qalmasından narahat olduğunu bildirib və dövlət başçısı İ.Əliyevi bir daha humanizm prinsiplərini, ölkədə milli birliyi, vətəndaş həmrəyliyini, vətəndaşların dövlətə bağlılıq dəyərlərini nəzərə alaraq qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə əfv fərmanı imzalamağa çağırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://moderator.az
archiveBu xəbər 23 Dekabr 2024 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri