Icma.az
close
up
RU
ADP Rusiya ilə müttəfiqlik münasibətlərinə yenidən baxılmasını TƏKLİF EDİR

ADP Rusiya ilə müttəfiqlik münasibətlərinə yenidən baxılmasını TƏKLİF EDİR

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə və regionda baş verən ictimai-siyasi proseslər, eləcə də beynəlxalq gündəmin əsas mövzuları geniş müzakirə olunub.

Hurriyyet.org xəbər verir ki, İdarə Heyəti ilk növbədə Rusiya-Ukrayna arasında davam edən və minlərlə insanın həyatına son qoymuş qanlı müharibə ilə bağlı bir daha mövqeyini ifadə edib. Soyuq hava şəraitində Rusiya tərəfindən Ukraynanın mülki infrastrukturuna və dinc əhalisinə qarşı zərbələrin dayandırılması ilə bağlı beynəlxalq çağırışlar müsbət qiymətləndirilib. ABŞ-ın moderatorluğu ilə aparılan danışıqların beynəlxalq hüququn fundamental prinsipləri - dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında nəticələnəcəyinə ümid ifadə olunub. İdarə Heyəti hesab edib ki, bu müharibənin uzanması təkcə region üçün deyil, bütün dünya üçün ciddi təhlükələr yaradır və onun tezliklə başa çatdırılması mühüm əhəmiyyət daşıyır.

Toplantıda İran ətrafında formalaşan təhlükəli hərbi-siyasi vəziyyət də ciddi narahatlıq doğurub. Qeyd edilib ki, ABŞ-ın bölgəyə geniş hərbi kontingent cəmləməsi müharibə riskini kəskin şəkildə artırır, İrana qarşı mümkün hərbi müdaxilə təkcə bu ölkəni deyil, bütövlükdə region dövlətlərini ağır hərbi eskalasiya və təhlükəsizlik böhranı ilə üz-üzə qoya bilər. İdarə Heyəti ABŞ-İran münasibətlərində mövcud ziddiyyətlərin yalnız diplomatik danışıqlar yolu ilə həll edilməsini yeganə düzgün yol hesab edib və beynəlxalq ictimaiyyəti bu istiqamətdə məsuliyyətli mövqe sərgiləməyə çağırıb. Eyni zamanda xüsusi vurğulanıb ki, gərginliyin artdığı bir şəraitdə Azərbaycan hökuməti Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın təhlükəsizliyi məsələsində açıq, prinsipial və ciddi siyasi mövqe ortaya qoymalıdır.

İdarə Heyəti Fransanın Ermənistandakı səfirliyinin Ermənistan silahlı birləşmələrinin Azərbaycana qarşı işğalçı müharibədə məhv edilmiş üzvlərini “vətən uğrunda həlak olanlar” kimi təqdim edən bəyanatını qətiyyətlə pisləyib. Qeyd olunub ki, Azərbaycan ərazilərində işğalçılıq müharibəsi aparan şəxslərin “vətən müdafiəçisi” kimi təqdim edilməsi Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə açıq hörmətsizlikdir. Bu mövqe təxribat xarakteri daşıyır, Azərbaycan-Ermənistan arasında aparılan sülh danışıqlarına kölgə salır və regionda davamlı sülhə xidmət etmir.

Toplantıda NATO-nun Baş katibinin müavininin Azərbaycana səfəri və səfər çərçivəsində aparılan danışıqlar müsbət dəyərləndirilib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolun vurğulanması, NATO ilə əməkdaşlığın dərinləşdirilməsi, minaların təmizlənməsi, vacib infrastrukturun qorunması və dəniz limanlarının təhlükəsizliyi sahələrinə dəstək məsələləri Azərbaycanın regional təhlükəsizliyə verdiyi töhfənin göstəricisi kimi qiymətləndirilib. Hesab edilib ki, bu əməkdaşlıq ölkəmizə qarşı mümkün təhlükə və təhdidlərin qarşısının alınması baxımından da mühüm əhəmiyyət kəsb edir.

İdarə Heyəti Rusiyanın rəsmi və qeyri-rəsmi dairələri tərəfindən səsləndirilən, postsovet ölkələrinin ərazi bütövlüyünü və müstəqilliyini şübhə altına alan bəyanatları ciddi təhlükə kimi dəyərləndirib. Bu cür açıqlamaların həm MDB-nin Nizamnaməsinə, həm də Azərbaycan ilə Rusiya arasında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannaməyə zidd olduğu qeyd edilib. İdarə Heyəti hesab edib ki, əgər bu təhdidlər sistemli və davamlı xarakter alarsa, Azərbaycan dövləti Rusiya ilə müttəfiqlik münasibətlərinə və MDB çərçivəsindəki iştirakına yenidən baxmalıdır.

Toplantıda Pakistanda bəzi etnik qruplara xarici dəstək verilməsi və separatçı fəaliyyətlərin təşviqi ilə bağlı məsələlər də müzakirə olunub. İdarə Heyəti hesab edib ki, nüvə silahına malik Pakistan kimi bir dövlətdə separatizmin alovlandırılmasına cəhdlər bütün region üçün ciddi və təhlükəli nəticələrə yol aça bilər. Bu baxımdan bölgə dövlətləri bu cür məsuliyyətsiz addımlardan çəkinməyə çağırılıb, Azərbaycan hökumətinin isə Pakistanla mövcud müttəfiqlik münasibətlərinə uyğun olaraq bu ölkəyə açıq siyasi dəstək verməsinin vacibliyi vurğulanıb.

İdarə Heyəti 2 Fevral - Gənclər Günü münasibətilə bütün Azərbaycan gənclərini təbrik edib. Azərbaycan gənclərinin elm, təhsil və idman sahəsində ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil etməsini yüksək qiymətləndirib. Bununla yanaşı, ölkədəki mövcud gənclər siyasəti kəskin tənqid olunub. Gənclərin mənzil problemləri, təhsil imkanlarının məhdudluğu, işsizlik, ailə quran gənclərə sosial dəstəyin olmaması Azərbaycan hakimiyyətinin gənclərlə bağlı siyasətinin qənaətbəxş olmadığının göstəricisi kimi dəyərləndirilib. İdarə Heyəti hesab edib ki, gənclik milli-mənəvi dəyərlər və azad düşüncə ruhunda tərbiyə olunmalı, hər bir gəncə öz potensialını reallaşdırmaq və ölkənin ictimai-siyasi həyatında fəal iştirak etmək üçün real imkanlar yaradılmalıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:40
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 02 Fevral 2026 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see623

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see251

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see231

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see231

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see209

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see190

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see184

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see184

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see164

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see153

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see149

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see148

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see147

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri