Icma.az
close
up
RU
ADP rusdilli məktəblərin bağlanılmasını təklif edir

ADP rusdilli məktəblərin bağlanılmasını təklif edir

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Partiya Azərbaycan və Rusiya prezidentlərinin görüşü haqda açıqlama yaydı: “Putin Azərbaycana qarşı imperialist niyyətindən vaz keçməyib”

Dünən ADP İdarə Heyətinin ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslərə dair növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən “Hürriyyət”ə verilən məlumata əsasən, toplantı iştirakçıları ilk növbədə ötən həftə MDB-nin Düşənbə sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan görüş ətrafında müzakirə aparıb. Müzakirələrdə bu görüşün iki dövlət arasında son dövrlər yaşanan gərgin münasibətlərin yoluna qoyulması istiqamətində əhəmiyyətli olduğu qeyd edilib.

İdarə Heyəti eyni zamanda V.Putinin MDB-nin Düşənbə sammiti zamanı çıxışında “Azərbaycanı rusdilli ölkə kimi dəyərləndirilməsi” məsələsinə də münasibət bildirilib. Toplantı iştirakçıları Azərbaycanın türkdilli dövlət olduğu halda V.Putinin bu açıqlamasını kəskin tənqid edib, bu bəyanatın arxasında Rusiya prezidentinin Azərbaycana qarşı imperialist niyyətindən vaz keçmədiyi qeyd edilib. İdarə Heyəti bir daha Azərbaycanda dövlət büdcəsi hesabına fəaliyyət göstərən rusdilli məktəblərin bağlanmasının Azərbaycanın suverenliyi və müstəqilliyi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

İdarə Heyəti İsrail ilə HƏMAS arasında atəşkəs razılaşması və bu razılaşma əsasında tərəflər arasında girovların qaytarılması hadisəsini təqdir edib. Baş tutmuş razılaşmanın bölgədə yaşanan humanitar böhranın aradan qaldırılması baxımından böyük əhəmiyyət daşıdığı bildirilib. Eyni zamanda, bölgədə ədalətli sülhə nail olmaq naminə Fələstin dövlətinin yaradılmasının, Qəzzada baş verən hərbi cinayətlərin müstəqil beynəlxalq təşkilatlar tərəfindən araşdırılmasının və hərbi cinayətlərə yol vermiş hərbçilərin beynəlxalq hüquq normaları çərçivəsində cəzalandırılmasının vacibliyi bir daha vurğulanıb.

İdarə Heyəti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın türk əsilli əcnəbilərin Türkiyədə hüquqi statuslarının və imkanlarının əhəmiyyətli dərəcədə genişləndirilməsi istiqamətində qərarına da münasibət açıqlayıb. Qəbul edilmiş qərarı təqdir edən toplantı iştirakçıları bu qərarın türkdilli əcnəbilərin Türkiyədə leqallaşmasına böyük töhvə verəcəyini bildirib.

İdarə Heyəti ötən həftə Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin Ankarada baş tutan görüşü ətrafında da fikir mübadiləsi aparıb. Müzakirələrdə bu görüşün Qafqazda sülhün və təhlükəsizliyin təmin olunması baxımından əhəmiyyəti vurğulanıb.

İdarə Heyəti ötən həftə Naxçıvan MR Babək rayonun Nehrəm kənd sakini, 44 günlük Vətən savaşının qazisi Əliyev Vüsal Məhərrəm oğlunun imkansızlıq səbəbindən intihar etməsi hadisəsinə də diqqət çəkib. Baş vermiş hadisəni böyük faciə kimi dəyərləndirən toplantı iştirakçıları aidiyyəti dövlət qurumlarını şəhidlərimizin və qazilərimizin ailələrinin sosial problemlərinin həllinə xüsusi diqqət ayırmağa çağırıb.

Hazırladı: KƏNAN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:243
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 14 Oktyabr 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see359

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see320

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see320

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see304

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see290

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see287

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see270

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see261

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see253

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see250

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see240

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see230

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see223

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see214

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see200

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see194

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see194

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see193

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri