ADPU CVU Peşəkar İnkişaf Təlimi liderlik dialoqu ilə yekunlaşıb
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 18 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ABŞ-nin Corc Vaşinqton Universiteti (CVU) arasında həyata keçirilən ikili diplom proqramı çərçivəsində ADPU heyəti üçün təşkil olunan ikigünlük peşəkar inkişaf təlimi başa çatıb.
Bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib.
Tədbirin ikinci günündə ADPU-nun rektoru professor Cəfər Cəfərov, CVU-nun prorektoru, ADPU-CVU ikili diplom proqramının direktoru Sevinc Məmmədova və CVU-nun Təhsil və İnsan İnkişafı üzrə Ali Məktəbinin dekanı professor Lionel Hovard təlimlərin və qrup müzakirələrinin gedişi ilə tanış olublar. İştirakçılar tərəfindən dəyişikliklərə qarşı müqavimətin idarə olunması, liderlik, strateji kommunikasiya və komanda əməkdaşlığı ilə bağlı aparılan müzakirələr izlənilib, qrupların yanaşmaları dinlənilib.
Görüş zamanı ADPU-nun rektoru professor Cəfər Cəfərov Sevinc Məmmədovanı CVU-da yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra CVU-nun prorektoru Sevinc Məmmədova və dekan professor Lionel Hovard çıxış ediblər. Çıxışlarda ADPU ilə CVU arasında əməkdaşlığın inkişafı, ikili diplom proqramının əhəmiyyəti, beynəlxalq təcrübə mübadiləsi və universitet heyətinin peşəkar inkişafına yönəlmiş təşəbbüslərin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Təlim proqramı “Liderlik dialoqu” ilə yekunlaşıb. Dialoqda ADPU-nun rektoru professor Cəfər Cəfərov və professor Lionel Hovard müasir ali təhsil idarəçiliyində liderlik, dəyişikliklərin idarə olunması, komanda daxilində effektiv kommunikasiya və institusional inkişaf məsələləri ilə bağlı fikirlərini bölüşüblər.
Açıq müzakirə formatında davam edən görüşdə iştirakçıların sualları cavablandırılıb, ali təhsil müəssisələrində liderlik təcrübələri və idarəetmədə qarşıya çıxan çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 18 Sentyabr 2026 19:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















