BSU da “İnklüziv bankçılıq” mövzusunda peşəkar inkişaf təlimi keçirilib FOTO
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yanvarın 24-də Bakı Slavyan Universitetinin (BSU) “İnklüziv təhsildən inklüziv cəmiyyətə” layihəsi çərçivəsində Bank Respublikanın rəsmi müraciətinə əsasən bankın Müştəri xidmətləri departamentinin əməkdaşları üçün “İnklüziv bankçılıq” peşəkar təlim proqramı təşkil olunub.
Moderator.az xəbər verir ki, təlim proqramının əsas məqsədi bank mühitində inklüzivlik anlayışının mahiyyətini izah etmək, müştəri davranışlarına fərqli baxış bucağından yanaşmanı formalaşdırmaq, eləcə də xidmət proseslərinin insan hüquqlarına əsaslanan, çevik və müştəriyönümlü yanaşma əsasında qurulmasının vacibliyini ön plana çıxarmaq olub.
Proqram iki modul üzrə həyata keçirilib. Birinci modulda “İnklüziv bank: müştəri mərkəzli yanaşma”, ikinci modulda isə “Müştəri xidmətində inklüzivlik: ünsiyyət, əlçatanlıq və təhlükəsiz xidmət” mövzularında ətraflı məlumat verilib.
Təlim zamanı “çətin”, “problemli”, “susqun” və “əsəbi” kimi xarakterizə edilən müştəri davranışlarının arxasında dayanan mümkün fiziki, psixososial və koqnitiv səbəblər izah edilib, inklüziv bankçılığın mərhəmət deyil, ədalət və funksionallıq prinsiplərinə əsaslanan xidmət standartı olduğu xüsusi vurğulanıb.
İnteraktiv formatda təşkil olunan proqram çərçivəsində iştirakçılar üçün situativ tapşırıqlar təqdim edilib, real iş mühitində qarşılaşılan hallara uyğun həll yolları müzakirə olunub. Təlimdə həm görünən, həm də görünməyən əlillik anlayışlarına diqqət çəkilərək inklüziv xidmətin eyni xidmətin fərqli üsullarla təqdim olunması olduğu qeyd edilib.
Təlimin sonda iştirakçılar arasında təlimlə bağlı məmnunluq sorğusu keçirilib.
Qeyd edək ki, təlimin yekun görüşünün keçirilməsi, aparılan sorğunun nəticələrinin müzakirəsi və iştirakçılara sertifikatların təqdim olunması fevralın 4-də Bakı Slavyan Universitetində nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 25 Yanvar 2026 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















